Buhenvald həbs düşərgəsi — Vikipediya
Buhenvald həbs düşərgəsi (alm. Konzentrationslager Buchenwald) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyada yaradılmış Nasist həbs düşərgəsi. Düşərgə 1937-ci ilin iyun ayından 1945-ci ilin aprel ayına qədər fəaliyyət göstərmişdir. Buhenvald düşərgəsi əvvələr Veymar şəhəri yaxınlığında Etersburq fəhlə düşərgəsi adı ilə yaradılmışdır. Fəaliyyət göstərdiyi 8 il ərzində Buhenvald həbs düşərgəsinə 250 min məhkum gətirilmişdir. 250 min məhkumdan 11 mini yəhudi olmaqla, 56 mininin öldürüldüyü güman olunur.[1] 11 aprel, 1945-ci ildə ABŞ ordusunun III tağımı Buhenvald düşərgəsində saxlanılan məhkumları xilas etmişdi. Həmin ilin mart ayından etibarən bir qrup yəhudi amerikan əsgərləri ilə ratsiya əlaqəsinə girmiş və düşərgədə olan vəziyyət haqqında onlara ətraflı məlumat verərək xilas olunmaları üçün kömək istənmişdir [2] Almaniya Demokratik Respublikası tərəfindən 1958-ci ildə Buhenvald həbs düşərgəsinin yerində anma mərkəzi açılmışdır. 1991-ci ildə isə düşərgə muzey şəklində yenidən yaradılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Chronik des Konzentrationslagers Buchenwald, Aufruf: 06.02.2008". 2012-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-29.
- ↑ "kriegsende.ard.de". 2009-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-29.