Cənub-Şərqi Avropa — Vikipediya
Cənub-Şərqi Avropa ölkələri — regiona Ukrayna, Rumıniya, Moldova, Albaniya, Şimali Makedoniya, Bolqarıstan, Serbiya, Monteneqro, Kosova, Xorvatiya, Bosniya və Herseqovina daxildir. Regionun ərazisinin və əhalisinin təxminən yarısı Ukraynanın payına düşür. Bu qrup ölkələrin İCM (iqtisadi coğrafi mövqeyi)-nin başlıca xüsusiyyətini Adriatik, Qara və Azov də- nizləri ilə əhatə olunması müəyyən edir. Dunay çayının Serbiya, Monteneqro, Bolqarıstan və Rumıniyanın, Dnepr çayının Ukraynanın, Dnestr çayının isə Moldova ərazisindən keçməsi bu ölkələrin daxili bölgələrini Qara dənizlə birləşdirir. Regionda əhalinin təbii artımı Avropanın bütün regionlarından çoxdur. Xüsusilə Albaniya yüksək təbii artımı ilə fərqlənir. Əhalinin milli tərkibində slavyan xalqları üstünlük təşkil edir. Region ölkələri həm əhalisinin sıxlığına, həm də urbanizasiya səviyyəsinə görə Mərkəzi Avropadan xeyli geridə qalır. Ən iri şəhərləri Buxarest, Kiyev, Xarkov, Odessa, Dnepropetrovskdur. Ukrayna inkişaf etmiş sənaye-aqrar ölkədir. Sənayenin aparıcı sahələri yanacaq-energetika (daş kömür, AES, SES, İES), qara metallurgiya (Donetsk, Dnepr- yanı, Azovsahili), maşınqayırma (metallurgiya, mədən avadanlığı, energetika və elektrotexnika, gəmiqayırma), kimya, yeyinti sənayesidir. Ukraynanın kömür, dəmir filizi və manqan yataqlarının Donetsk və Dneprboyu kimi yaxın ərazidə toplanması qara metallurgiyanın inkişafına əlverişli şərait yaratmışdır. Bu regionda ən iri dəmir filizi yatağı Ukraynadadır (Krivoy Roq)[1].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Nəriman Cəbrəyılov. Coğrafiya. Bakı: Hədəf. 2015. səh. 3328-329.