Coldplay — Vikipediya

Coldplay
Soldan sağa: Chris Martin, Guy Berryman, Jonny Buckland, Will Champion
Soldan sağa: Chris Martin, Guy Berryman, Jonny Buckland, Will Champion
Ümumi məlumatlar
Milliyyəti Böyük Britaniya Birləşmiş Krallıq, London
Musiqiçi məlumatları
Fəaliyyət illəri 1996-h.h.
Janrlar alternativ rok, post-britpop, pop rok, piano rok, pop, elektronika
Albom şirkətləri Parlophone, Capitol, EMI
coldplay.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coldplay (Koldpley kimi tələffüz olunur) – İngiltərə alternativ rok qrupu. 1996-cı ilin payızında fəaliyyətə başlayan qrup indiki müvəffəqiyyətə 2000-ci ildə yayımlanan Parachutes albomu ilə nail oldu. Albomdakı «Yellow» hiti uzun müddət Böyük BritaniyaAmerika Birləşmiş Ştatları hitparadlarında zirvədə öz yerini saxladı. Coldplay albomları 50 milyondan çox tirajla satılıb.

Qrup dörd üzvdən ibarətdir:

  • Kris Martin (Chris Martin) — vokal, klavişlər, akustik gitara, piano, dodaq qarmonu;
  • Coni Baklend (Jonny Buckland) — elektrik gitara, bek-vokal;
  • Qay Berrimen (Guy Berryman) — bas-gitara, sintezator, akustik gitara, dodaq qarmonu, bek-vokal;
  • Uill Çempion (Will Champion) — zərb, klavişlər, bek-vokal.

Coldplay iştirakçıları müxtəlif sosial və siyasi şirkətlərin aktiv tərəfdarıdır, xüsusilə Oxfam — Make Trade Fair və Amnesty Internationaldə. Qrup həmçinin müxtəlif sosial layihələrdə; Band Aid 20, Live 8 və xərçəng xəstəsi olan uşaqlara dəstək üçün nəzərdə tutulmuş konsertlərdə çıxış edib.

Coldplay qrupunun üzvləri London Universitet Kollecinin yataqxanasında tanış olmuşdular. Onlar burada oxuyurdular. Qrupun gələcək vokalisti Kris Martin tarixçi olmağa hazırlaşırdı, gitara çalan Coni Baklend astronomiya və riyaziyyatla maraqlanırdı, bas gitarist Qay Berrimen isə özünü mühəndis olaraq görürdü, amma baraban ifaçısı Uill Çempion planlaşdırırdı ki, özünü antropologiyaya həsr etsin.
Coldplay solisti - Kris Martin xristian ailəsində tərbiyə olunurdu və eyni zamanda kilsə xorunda ifa edirdi. 18 may 1998-ci ildə qrupun Safety adlı mini-albomunun 500 surəti buraxıldı. Bu disklərin əksəriyyəti qrup üzvlərinin yaxın dostlarına paylanması üçün, yalnız 50 surəti satış üçün nəzərdə tutulmuşdu. 1998-ci ilin sonunda qrup Safety adlı albomunu yenə öz dostlarına və albom şirkətlərinə göndərərək şansını sınadı. Və qısa zaman içərisində müstəqil albom şirkəti olan Fierce Panda Records ilə müqavilə bağladı.

Parachutes dövrü

[redaktə | mənbəni redaktə et]

2000-ci ildə Parachutes adlı ilk studiya albomunu Ken Nelsonun prodüserliyində satışa təqdim edən Coldplay, albomla alternativ rok tərzinin ən müvəffəqiyyətli albomlarından birinə imza atdı. Bir çox musiqi sevərlər bu albomu Radiohead'ın The Bends ilə OK Computer albomlarına bənzədirdi. Ancaq albom, qrupu Bilboard 200 siyahılarında 51-ci sıraya, İngiltərə hitparadlarında izə zirvəyə apardı.
2000-ci ilin sonlarında Sparks adlı albomlarını satışa çıxardan qrup, sonrakı il Norveç'dəki performansından sonra sadəcə 5 mahnıdan ibarət olan Trouble Live EP adlı mini-albomunu öz sevənləri ilə paylaşır. İlin sonunda isə Mince Spies adlı mini-albomonu satışa çıxardır.

A Rush of Blood to the Head dövrü

[redaktə | mənbəni redaktə et]

İlk albom Parachutes ilə 2002 ilindəki Grammy ("Ən Yaxşı Alternativ Rok Albomu") mükafatını qazanan Coldplay, ilin sonunda isə A Rush of Blood to the Head adlı ikinci studiya albomunu yenə Ken Nelson ilə çalışaraq pərəstişkarları ilə paylaşdı. Albomun içərisində yavaş parçaların yanında epik rok, piano ağırlıqlı və sərt gitara melodiyaların iştirak etdiyi işlərə da yer verən qrup, albomun sözlərində isə əlaqələrdə yaşanan mövzuları əfsanəvi bir izahatla dilə gətirdi. Albomla Billboard 200 siyahılarında 5, İngiltərə siyahılarında isə yenidən zirvədə olmağı bacaran qrup, albomdan "In My Place", "The Scientist", "Clocks" və "God Put a Smile upon Your Face" adlı parçalarını single olaraq satışa çıxardı. Bu single'lardan "In My Place" ilə İngiltərədə 2, Billboard Müasir Rok siyahılarında 17-ci sırada olan qrup, "The Scientist" single'ı ilə də İngiltərə siyahılarında 10, Billboard Müasir Rok siyahılarında isə 18-ci sıraya yerləşdi. "Clocks" single'ı isə İngiltərə siyahılarında 9, Billboard Hot 100 siyahılarında 29, Billboard Müasir Rok siyahılarında isə 9-cu sırada olarkən, qrup ili albomun turnesiyle tamamladı.

2005-ci ildə X&Y adlı üçüncü studiya albomunu Danton Supple və Ken Nelson ilə bir araya gələrək ərsəyə gətirən Coldplay, albomla ilk dəfə tərzinə, elektronik musiqi növündən bəzi xüsusiyyətlər də qatdı. Bunun səbəbi albomun hazırlanması zamanı bolca dinlənilən Kraftwerk ilə 70-ci illərdə elektron musiqi sınaqlarını nəzərdən keçirən Brian Eno və David Bowie qarşılıqlı təsirləri olaraq ifadə edilərkən, ayrıca albomda sıx bir şəkildə U2'nun təsirləri də müşahidə edilirdi. Albomun sözlərində isə ciddi və üstü bağlı bir şəkildə yenə əlaqələr mövzusunu işləyən qrup, albomuyla Billboard 200 və İngiltərə siyahıları daxil bir çox ölkənin musiqi siyahılarında də zirvədə olmağı bacardı. Albomdan "Speed ​​of Sound", "Fix You", "Talk", "The Hardest Part", "What If" və "White Shadows" adlı işlərini single olaraq satışa çıxardan qrup, bu single'lardan "Speed ​​of Sound" ilə İngiltərə siyahılarında 2, Billboard Hot 100 siyahılarında 8, Billboard Müasir Rok siyahılarında isə 5-ci sıra öz yerini tutdu. "Fix You" single'ı ilə də İngiltərə siyahılarında 4, Billboard Hot 100 siyahılarında 59, Billboard Müasir Rok siyahılarında isə 18-ci sırada olan qrup, "Talk" single'ı ilə də İngiltərədə 10, Billboard Hot 100-də 86 və Billboard Müasir rockdan isə 5-ci sırada idi.

Viva la Vida dövrü

[redaktə | mənbəni redaktə et]

11 iyun 2008-ci ildə Viva La Vida or Death and All Hiss Friends adlı dördüncü studiya albomunu Markus Dravs, Brian Eno, Rik Simpson və Jon Hopkins'ten ibarət olan bir istehsal qrupuyla çalışaraq pərəstişkarlarına təqdim edən Coldplay, albomun tərzinə Latın Amerika və İspan musiqisinin təsirlərini də əks etdirdi. Ayrıca albomda kilsə zəngi və bunun kimi təcrübi səsləri də əlavə edən qrup, albomuyla Billboard 200 və İngiltərə siyahıları daxil bir çox ölkənin siyahılarında bir daha zirvəvədəki yerini saxladı. Albomdan bu ana qədər "Violet Hill", "Viva La Vida" və "Lost!" adlı mahnılarını da single olaraq satışa çıxardan qrup, bu single'lardan "Violet Hill" ilə də İngiltərə siyahılarında 8, Billboard Hot 100 siyahılarında 40, Billboard Müasir Rok siyahılarında isə 9-cu sırada idi. "Viva la Vida" single, qrupu İngiltərə, Billboard Hot 100 və Billboard Müasir Rok Single siyahılarında zirvədə olarkən, "Lost!" single'ı da İngiltərə siyahılarında 55, Billboard Müasir Rok Single siyahılarında isə 22-ci sırada idi. Qrupun 19 noyabrda çıxardığı Prospekt's March adlı mini-albomunda Jay-Z ilə olan Lost+ adlı duseti də yer alırdı.

Mylo Xyloto (MX) dövrü

[redaktə | mənbəni redaktə et]

Coldplay 24 oktyabr 2011-ci ildə Mylo Xyloto adlı 5-ci studiya albomlarını satışa çıxartdı. Bu albomla birlikdə Coldplay post-britpop - rok tərzini bir kənara buraxıb elektron pop - rok tərzinə yönəlmiş rok musiqinin materiallarını isə çox az istifadə etmişdir. Albom'a Rihanna ilə edilən Princess of China adlı bir duet də daxildir. Mylo Xyloto bir mənası olmayan google, yahoo, coca cola kimi bir sözdür. Belə bir ad seçilməsinin səbəbi albomunun təmasının; azadca özün olmaq, özünü dilədiyincə ifadə edə bilmək olmasıdır.

Ghost Stories dövrü

16 May 2014 tarixində Coldplay qrupunun altıncı studiya albomu işıq üzü görür. Artıq bu albomda Coldplay rokdan demək olar ki, imtina edərək özünü "dream pop" janrında sınayır. Albomun "Magic" , "Midnight" , "A Sky Full of Stars" , "True Love" trekləri albomun ən öndə gedən və sevilən trekləri olur.

A Head Full of Dreams dövrü

[redaktə | mənbəni redaktə et]

Coldplay'in sayca 7-ci albomu sayılır və final yəni son albomu olaraq da adlandırılır. 4 dekabr 2015-ci ildə ParlophoneAtlantic Records leyblları adı altında yayımlanmışdır. Albom bəzilərinə görə qrupun digər 6 albomundan fərqləndiyi söylənsə də amma bəzilərinə görə isə albomun məhz 2011-ci ildəki Mylo Xyloto albomunun bir növ davamı olduğu və ona çox bənzədiyi söylənilir. Albomda qrup pop rok, funk, diskopop janrlarından istifadə etmişdir. Albom fərqli musiqi tənqidçiləri tərəfindən fərqli rəylər aldı. Albom yayımlandığı həftə 235.975 kopya ilə İngiltərə musiqi top listinə 2-ci sıradan girdi və Coldplay'in İngiltərədə top list lideri ola bilməyən ilk albomu olaraq tarixə düşdü. Albomun ilk sinqlı "Adventure of a Lifetime" 6 noyabrda, klipi isə 29 noyabr 2015-ci ildə yayımlandı. "Hymn for the Weekend" adlı trek albomun 2-ci sinqlı oldu. Bir əvvəlki albom "Ghost Stories" üçün geniş çaplı turneyə çıxmayan qrup A Head Full of Dreams üçün 2016'nın yazından başlayaraq geniş bir dünya turnesi planlayır.