Czech Airlines — Vikipediya

Czech Airlines
(Çexiya Hava Yolları)
Loqonun şəkli
IATA
OK
ICAO
CSA
Çağırış adı
CSA-LINES
Təsis olunub 1923
Mərkəz hava limanı Praqa Beynəlxalq Hava Limanı
Donanma ölçüsü 18
Təyinat məntəqələri 50
Qərargahı Çexiya Praqa, Çexiya
Rəhbər Yozef Sinzak (prezident)
Əməliyyat mənfəəti
  • 86.284.000 Kč (2021)[1]
Gəlir
  • 664.739.000 Kč (2021)[1]
Xalis mənfəət
  • 87.845.000 Kč (2021)[1]
Ümumi aktivlər
  • 1.155.602.000 Kč (31 dekabr 2021)[1]
Ümumi kapital
  • −1.664.847.000 Kč (31 dekabr 2021)[1]
İşçi sayı
  • 184 nəf. (31 dekabr 2021)[1]
Saytı czechairlines.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Czech Airlines baş qərargahı

CSA Czech Airlines (çex. ČSA; rəsmi adı: çex. České aerolinie, ing. Czech Airlines, «Çexiya Hava Yolları») — Çexiya Respublikasının ən iri aviaşirkəti, milli aviadaşıyıcısıdır. Qərargahı Praqa Hava limanında yerləşir. Aviaşirkət Avropa, Yaxın Şərq və Asiyanın müxtəlif regionlarına avia daşımalar həyata keçirir. Aviaşirkət həmçinin, Çarter reysləri və yük daşımaları da həyata keçirir. SkyTeam avia alyansının üzvüdür. Tez-tez uçan sərnişinlər üçün sadiqlik proqramı "OK Plus" adlanır.

Bir səhmdar şirkət olan Czech Airlines avia şirkətinin əsas səhmdarları Travel Service Airlines şirkətidir.

Birinci özəlləşdirmə

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə aviaşirkət səhmlərinin 91,5% özəlləşdirilməsi həyata keçirilmişdir. AB meyarlarına uyğun olaraq, yalnız AB ölkələrindən, minimum 51% kapitala sahib bir şirkət iddiaçı ola bilər. Birinci mərhələdə :[2]

20 aprel 2009-cu ildə özəlləşdirmənin ikinci mərhələsinə yalnız 2 ərizəçi keçdiyini elan edilmişdir: Air France-KLM və “Unimex Group və Travel Service konsensiusu”. 19 avqust 2009-cu ildə Air France-KLM şirkəti iqtisadi səbəblərdən tenderdə iştirakdan imtina etmişdir[3].

26 oktyabr 2009-cu ildə Çexiya hökuməti Czech Airlinesi bir şirkətə satmaqdan imtina etmişdir[4]

2010-cu ilin mayında dövlət şİrkətdə olan payını artırmağa çalışır və bunu 91,75 %-dən 95,69 %-dək qaldırır. Digər səhmdarlar isə Praqa (1,53 %, 16 068 səhm) və Bratislava şəhərləri, həmçinin Česká pojišťovna sığorta şirkətidir[5][6]

İkinci özəlləşdirmə

[redaktə | mənbəni redaktə et]

2012-ci ilin noyabrında hökumət şirkətin 50 % səhmini satmaq qərarına gəlir. Bu qərarla həm də Avropa Birliyindən kənarda yerləşən şirkətlərin də özəlləşdirilmədə iştirak etməyə imkanı yaranırdı. Tenderdə 4 şirkətin adı çəkilirdi:[7]

13 mart 2013-cü ildə bir şirkərtin böyük bir payı almasına icazə verir. Korean Air şirkəti 44 % səhmə görə 67,5 milyon kron təklif edir[8]. 10 aprel tarixində Czech Airlines avia şirkətinin 44 % səhminin Korean Air[9] şirkətinə satılması barədə müqavilə imzalanır. Müqavilədə Korean Air şirkətinin üstəlik 34 % səhmi almasına[10] belə icazə verilir.

Özəlləşdirmədən sonra

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Travel Service avia şirkəti Korean Air-dən 34 % səhmi alır. Beləliklə, aviaşirkətin səhmdarları: Korean Air — 44 %, Travel Service — 34 %, Çexiya Respublikası — 19,74 % və Çexiya Sığorta şirkəti (Česká pojišťovna) — 2,26 %[11] olur.

2018-ci ilin fevralında Travel Service avia şirkəti Korean Air və Çexiya Respublikasının hissələrini alaraq səhmlərini 97,7 %[12] çatdırır.

Aviaşirkətin 2015-ci ilin sentyabr ayının sonuna olan orta yaşı 9.4 ildir.

Czech Airlinesin fotoları
Model Sayı Orta yaş Foto
ATR 42-500 3 10
ATR 72-500 5 14
Airbus A319-112 9 (onlardan 2
lizinqə verilib)
7
Airbus A330-323 1 14
  1. 1 2 3 4 5 6 İllik hesabat.
  2. «iDNES.cz», «Slabý zájem o ČSA: jen čtyři firmy, nikdo z Asie», 23 марта 2009 Arxivləşdirilib 2009-03-25 at the Wayback Machine (çex.)
  3. «iDNES.cz», «Aerolinky Air France vzdaly soutěž o ČSA», 19 avqust 2009 Arxivləşdirilib 2009-08-21 at the Wayback Machine (çex.)
  4. «iDNES.cz», «České aerolinie zůstanou státní, rozhodla vláda», 26 oktyabr 2009 Arxivləşdirilib 2009-10-27 at the Wayback Machine (çex.)
  5. «Letectvi.cz», «Stát zvýšil podíl v Českých aeroliniích», 26 мая 2010 Arxivləşdirilib 2014-06-06 at the Wayback Machine (çex.)
  6. «E15», «Praha se zbavuje akcií ČSA», 6 noyabr 2012 Arxivləşdirilib 2012-11-21 at the Wayback Machine (çex.)
  7. «Letectvi.cz», «O ČSA mají zájem čtyři velké aerolinie», 14 ноября 2012 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (çex.)
  8. «E15.cz», «Vláda schválila prodej ČSA Korejcům, získá 68 milionů», 13 марта 2013 Arxivləşdirilib 2013-03-15 at the Wayback Machine (çex.)
  9. «E15.cz», «Aerolinky Korean Air získaly podíl v ČSA», 10 апреля 2013 Arxivləşdirilib 2013-04-13 at the Wayback Machine (çex.)
  10. «iDNES.cz», «Travel Service koupí třetinu Českých aerolinií. Využije opce od Korean Air», 5 dekabr 2013 Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (çex.)
  11. «iDNES.cz», «ČSA padly do soukromých rukou, Travel Service koupil třetinu akcií», 31 марта 2015 Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (çex.)
  12. «E15.cz», «Šimáně se Šmejkalem ovládli ČSA», 27 fevral 2018 Arxivləşdirilib 2018-02-27 at the Wayback Machine (çex.)