Deflyasiya — Vikipediya
Deflyasiya (lat. deflatio — şişirmə) — yerli valyutanın alıcılıq qabiliyyətinin artması. Deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan ağır faktor hesab edilir[1].
Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənəvi olan nəticələr – istehsalın[2], investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır[3]: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın mübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir[4].
Əsas səbəbləri
[redaktə | mənbəni redaktə et]Qiymətlərin ümumi səviyyəsinin enməsi ümumi tələb çatışmazlığından irəli gəlir və bunun nəticəsində firmalar istehsal gücünü azaldaraq tələbin daha da aşağı düşməsinə səbəb olan işçilərin ixtisarını aparır[5][6]. Bir tərəfdən istehlakçılar qiymətlərin düşməsiylə bağlı mövcud tələblərini də gecikdirir[7]; digər tərəfdən isə artan işsizlik az olan tələbi daha da azaldaraq iqtisadiyyatın ortasında qara dəliyi xatırladan deflasiya prosesinin hər şeyi udmasına və iqtisadiyyatın durğunluq həddinə gəlib çıxmasına səbəb olur[8].
Klassik kapitalist nəzəriyyələri sistemin öz-özünü təmir edəcəyinə[9], qiymət və işçi maaşlarının elastik olduğuna inanır. Ancaq bunun praktikada özünü doğrultmaması kapitalist anlayışın digər modelinə, yəni ictimai xərcləri artıraraq tələbi dəstəkləməyə çağıran Keyns nəzəriyyəsinə üstünlük verildi. Həyata keçirilən təcrübələr müəyyən nəticə versə də, ictimai xərcləri faizli pul ilə artırma prosesi ölkələri inflyasiyaya və borc bataqlığına saldı. Çünki faizlə götürülən borc pul ilə sərf edilən xərclərin qaytarılması üçün hökumətlər vergiləri artırmaq və orta vədəli həm cari, həm də sosial xərcləri azaltmaq məcburiyyətində qaldılar[10].
Bir tərəfdən yüksələn vergilər istehsal xərclərini artırarkən, digər tərəfdən həm ictimaiyyətin orta vədəli xərclərini məhdudlaşdırma məcburiyyətində qalınması, həm də vergilərlə bazardan pulun yığılması yerli əhalinin tələbatını azaltdı[11].
Nəticədə qısa vədədə bir qədər faydalı görünən Keyns metodu orta və uzun vədədə, həm məsrəf inflyasiyasına, həm də tələbin azalmasına səbəb oldu. Beləliklə, dünya iqtisadiyyatı həm işsizlik, həm də inflyasiya adlanan yeni bir xəstəliklə – yəni staqflasiya ilə üzləşdi.
Deflasiya ilə aparılan mübarizədə xəstəliyin səbəbləri müəyyən edilmədiyi üçün verilən reseptlər bir növ yalnız ağrıkəsici rolunu oynamışdır. Xəstəlik davam etdi, sadəcə təsiri bir qədər azaldıldı. Çünki xəstəlik yerli əhalinin istehlak qabiliyyətini itirməsiylə bağlı olduğu halda, bu çatışmazlığın faizli pul ilə ödənilən ictimai xərclər vasitəsilə aradan qaldırılmasına səy göstərildi. Tələbi artırmaq məqsədilə istifadə edilən faizli pulun geri ödənilməsi orta müddətdə həm ictimai xərclərin məhdudlaşmasına, həm də vergi dərəcələrinin artırılmasına səbəb oldu[12].
Deflasiyadan çıxmaq üçün nə etməli sualına və indiyə qədər tətbiq olunan siyasətlərin niyə səhv və yaxud əskik olduğuna cavab tapmamışdan əvvəl gəlin daha vacib bir suala cavab axtaraq: iqtisadiyyat niyə deflasiyaya məruz qalır? İndiyədək bütün məşhur iqtisadi modellərin cavab tapa bilmədiyi bu sualı belə də qoya bilərik[13]: inkişaf etməkdə olan iqtisadi güclər niyə bir müddətdən sonra durğunluğa qapılaraq davamlı inkişaf prosesindən kənarda qalırlar? Çünki iqtisadiyyatda arabir meydana gələn bu durğunluq dövrləriylə deflasiya xəstəliyinin kökü birdir[14].
Əvvəllər inkişaf etmiş ölkələrdə meydana gələn bu problem hal-hazırda başlıca xəstəlik kimi ölkəmiz başda olmaqla təxminən dünyanın hər yerində iqtisadiyyat üçün təhlükə yaradır[15]. Belə olan halda yəqin ki bu xəstəliyi müalicə etmədən öncə onun səbəblərini müəyyən etmək lazımdır.
Hər təklifin öz tələbini formalaşdırması fikri böyük bir səhvdir. Əgər inkişaf edən bir iqtisadiyyata maliksinizsə bu inkişafı təmin edən istehlak həcmini istehsaldan əldə olunan gəlirlə təmin etmək mümkün deyil. Hər dövrdə bu inkişafa müqabil çatışmayan istehlak həcminin emissiya ilə tarazlanması zəruridir.
Bu əsas şərti gerçəkləşdirməyən ölkələr inkişafın müəyyən bir mərhələsinə çatandan sonra hər il inkişafla birlikdə sürətlə artan tələb çatışmamazlığı problemiylə də qarşılaşır və nəticədə bu proses iqtisadiyyatı öz daxilindən çökdürür. Bu vəziyyəti bədəni inkişaf edən bir insanın sümükləri kifayət qədər bərkimədiyi üçün ayaq üstündə dura bilməməsinə bənzədə bilərik[16].
İqtisadiyyata təsiri
[redaktə | mənbəni redaktə et]- Əmək haqqının azaldılması
Deflyasiya vəziyyətində şirkətlərin gəlirləri azalmağa başlayır, belə ki, zərərləri ödəmək üçün edilən cəhdlərdən biri əmək haqqının azaldılmasıdır. Ümumilikdə bu, daha çox deflyasiyanın artmasına kömək edir[17].
- İşsizlik səviyyəsinin artması
Şirkətlərin öz xərclərini azaltmaq üçün gördükləri tədbirlərdən biri də işçi sayının azaldılmasıdır.
- Məhsulların qiymətlərinin azaldılması
Deflyasiya pulun alıcılıq qabiliyyətinin artmasına gətirib çıxarır. Nəticədə, istehsal şirkətlərinin gəlir səviyyəsi azalır. Rəqabətə qarşı durmaq üçün müəssisələr məhsulların qiymətini azaltmağa məcbur olurlar ki, bu da itkilərin daha da artmasına gətirib çıxarır.
- Məhsullara olan tələbatın azalması
Əmək haqqının azaldılması və işsizlik səviyyəsinin artması nəticəsində məhsullara olan tələbat azalır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Robert J. Barro and Vittorio Grilli (1994), European Macroeconomics, chap. 8, p. 142. ISBN 0-333-57764-7
- ↑ O'Sullivan, Arthur; Sheffrin, Steven M. Economics: Principles in Action. Upper Saddle River, New Jersey: Pearson Prentice Hall. 2003. səh. 343. ISBN 0-13-063085-3.
- ↑ Harry Wallop, Harry Wallop. "Deflation: why it is dangerous". The Telegraph. Telegraph Media Group. 18 November 2008. 8 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2016.
- ↑ "The Economist explains: Why deflation is bad". Economist. Economist magazine. 7 Jan 2015. 26 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2016.
- ↑ Krugman, Paul. "Why is Deflation Bad?". New York Times. New York Times. 14 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2016.
- ↑ Walker, Andrew. "Is deflation such a bad thing?". BBC. 29 January 2016. 8 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2016.
- ↑ Thoma, Mark. "Explainer: Why is deflation so harmful?". Moneywatch. CBS. 28 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2016.
- ↑ Hummel, Jeffrey Rogers. "Death and Taxes, Including Inflation: the Public versus Economists" (January 2007). [1] Arxivləşdirilib 2009-03-25 at the Wayback Machine
- ↑ Blanchard, O.; Dell’Ariccia, G.; Mauro, P. "Rethinking macroeconomic policy". Journal of Money, Credit and Banking. 42 (1). 18 August 2010: 199–215. CiteSeerX 10.1.1.153.7293. doi:10.1111/j.1538-4616.2010.00334.x.
- ↑ "Arxivlənmiş surət". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-29.
- ↑ Hussman, Ph.D., John, O. "Bernanke Leaps into a Liquidity Trap". 2010. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-29.
- ↑ Beckworth, David. "Aggregate Supply-Driven Deflation and Its Implications for Macroeconomic Stability" (PDF). Cato Journal. Cato Institute. 28 (3). 2011-10-09 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ Kendrick, John. "U.S. Productivity Performance in Perspective, Business Economics, October 1, 1991". 1991. July 8, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 29, 2020.
- ↑ Kendrick, John. "U.S. Productivity Performance in Perspective, Business Economics, October 1, 1991". 1991. July 8, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 29, 2020.
- ↑ Beaudreau, Bernard C. Mass Production, the Stock Market Crash and the Great Depression. New York, Lincoln, Shanghi: Authors Choice Press. 1996.
- ↑ Friedman, Milton. Money Mischief: Episodes in Monetary History. Houghton Mifflin Harcourt. 1994. 38. ISBN 9780547542225.
- ↑ Ginsburg, David. Gold Coins of the New Orleans Mint - How Gold Coins Circulated in 19th Century America. 2006. 25–33. ISBN 9780974237169. 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-29.