Dyula Krudi — Vikipediya

Dyula Krudi
mac. Gyula Krúdy
Doğum tarixi 21 oktyabr 1878(1878-10-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 may 1933(1933-05-12)[3][1][…] (55 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Dəfn yeri
Fəaliyyəti yazıçı, jurnalist
Fəaliyyət illəri 1897-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dyula Krudi (mac. Gyula Krúdy; 21 oktyabr 1878, Niredxaza — 12 may 1933, Budapeşt) — macar yazıçıjurnalist.

Dyula Krudi Avstriya-Macarıstanın Niredxaza şəhərində anadan olmuşdur. Atası hüquqşünas, anası isə evdar xanım idi. Dyula 17 yaşına çatanadək valideynləri ailə həyatı qurmamışdılar. Məktəbli olarkən qısa hekayələr yazmağa və onları qəzetlərdə nəşr etdirməyə başlamışdır. Atası onun vəkil olmasını istəsə də, Dyula bir müddət əyalət qəzetlərində (Debreçen, Oradya) redaktor kimi çalışmış və 1896-cı ildə Budapeştə köçmüşdür. Krudi vərəsəlikdən məhrum edilsə də, həyat yoldaşını (o da yazıçı idi) və üç övladını qısa hekayələrin nəşrindən əldə etdiyi vəsaitlə dolandıra bilirdi; romanları, demək olar ki, həmişə dövri nəşrlərdə və gündəlik qəzetlərdə ardıcıl olaraq nəşr edilirdi.

1911-ci ildə nəşr olunan "Sindibadın gəncliyi" onun müvəffəqiyyətini sübut etdi və Krudi fəaliyyəti boyunca dəfələrlə Min bir gecə nağıllarının qəhrəmanı ilə eyni adı paylaşan obrazlardan istifadə etmişdir. Digər qəhrəmanı Kazmer Rezeda Krudinin onlarla romanında canlandırılmışdır. Krudinin sonuncu hekayələr toplusu - "Həyat bir yuxu" 2010-cu ildə ingilis dilində dərc edilmişdir.

Krudinin Budapeşt haqqında romanları Birinci Dünya müharibəsi zamanı məşhur idi, lakin sonradan alkoqollu içkilərə və qumara aludə olduğundan bu məşhurluğu itirdi. İkinci dəfə ailə həyatı quran Krudinin Juja adlı qızı dünyaya gəlmişdir. Juja sonralar atasının əsərlərini cild şəklində redaktə etmişdir. 1920-ci illərin sonu 1930-cu illərin əvvəllərində sağlamlığında problemlər yaşayan Krudinin oxucuları əhəmiyyətli şəkildə azalmışdı.

Ölümündən sonra onun əsərləri 1940-cı ilə qədər əhəmiyyətli dərəcədə unudulmuşdu. 1940-cı ildə macar roman yazarı Şandor Marai Krudinin son günlərinin fantastik təsvirini özündə əks etdirən "Sindibad evə qayıdır" əsərini dərc etdirmişdir. Şepirodalminin (Budapeşt, 1978-89) nəşr etdiyi toplanmış əsərlərin ümumi nəşri iyirmi cilddə çatırdı. Ömrünün son üç ilində yaşadığı Obuda şəhərində yerləşən Macarıstan Ticarət və Turizm Muzeyində Krudinin həyatına həsr olunmuş daimi bir sərgi var.

Dyula Krudinin məzarı. Heykəltəraş — Mikloş Borşoş, 1963.
  • Üres a fészek (Boş söhbət) - (1897, hekayələr)
  • Az aranybánya (Qızıl mədəni) - (1900, roman)
  • Szindbád ifjúsága és utazásai (Sindibadın gəncliyi) - (1911, hekayələr)
  • Francia kastély (Fransız sarayı) - (1912, roman)
  • A vörös póstakocsi (Qırmızı vaqon) - (1913, roman)
  • Szindbád: A feltámadás (Sindibadın dirilməsi) - (1915, hekayələr)
  • Aranykéz utcai szép napok (Arankez küçəsində gözəl günlər) - (1916, hekayələr)
  • Napraforgó (Günəbaxan) - (1918, roman)
  • N. N. (Anonim) - (1920, roman)
  • Az utitárs (Yoldaş) - (1922, roman)
  • Az élet álom (Həyat bir yuxu) - (1931, nağıllar)
  • Rezeda Kázmér szép élete (Rezeda Kazmerin gözəl həyatı) - (1933, roman)
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Gyula Krúdy // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 Круди Дьюла // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]