Elxan Ağahüseynoğlu — Vikipediya

Elxan Ağahüseynoğlu
Elxan Ağahüseyn oğlu Ağahüseynov
Digər adı Elxan Ağahüseynov
Doğum tarixi 8 dekabr 1942(1942-12-08)
Doğum yeri
Vəfat tarixi 2 avqust 2009(2009-08-02) (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi şəkərli diabet
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2002 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1991
IMDb ID3213691

Elxan Ağahüseynov (8 dekabr 1942, Bakı2 avqust 2009, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002).

Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb:

  • Varri ("Antoni və Kleopatra", V.Şekspir),
  • Reynaldo ("Hamlet", V.Şekspir),
  • Təlxək ("Heç nədən hay-küy", V.Şekspir),
  • Birinci aktyor (Kral) ("Hamlet", V.Şekspir),
  • Hersoq Kornuel ("Kral Lir", V.Şekspir),
  • Eyiden ("Orlean qızı", F.Şiller),
  • Kürd Musa, Zülfüqar və İbrahim xan ("Vaqif", S.Vurğun),
  • Özdəmir ("Od gəlini", C.Cabbarlı),
  • Gülverdi ("Almaz", C.Cabbarlı),
  • Məşədi ("Küləklər", S.Rəşman),
  • Qatil ("Şöhrət və ya unudulmuş adam"),
  • Naib ("Xəyyam"),
  • Xaxan ("İblis"),
  • Kinto ("Knyaz", H.Cavid),
  • Kimbel ("Üç quruşluq opera", B.Brext),
  • Agah ("Qanlı Nigar", S.Şendil),
  • Ziyad və Əmir ("Yayda qartopu oyunu", V.Səmədoğlu),
  • İkinci kişi ("Hara gedir bu dünya"),
  • Gözətçi ("Fəryad"),
  • Çin zabiti ("Özümüzü kəsən qılınc"),
  • İbn Süheyl ("Dar ağacı"),
  • Gülağa ("Rəqabət", B.Vahabzadə),
  • Mirzə Hüseyn xan ("Şeyx Xiyabani", İ.Əfəndiyev),
  • Lisanoviç ("Hökmdar və qızı", İ.Əfəndiyev),
  • Polyaniçko ("Ah, Paris… Paris!..", Elçin),
  • Professor ("Poçt şöbəsində xəyal", Elçin),
  • Şarmankaçalan ("Brüsseldən məktudlar", Mir Cəlal),
  • Qiyas ("Dirilən adam", Mir Cəlal),
  • Canişin ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev),
  • Müəllim ("Ölülər", C.Məmmədquluzadə),
  • Məşədi Səftər ("Mesenat", Ə.Əmirli),
  • Cümşüd xan ("Eloğlu", A.Şaiq) və s.

Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Bunlardan:

  • S. Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir),
  • S. Dağlının "Sabiqlər" (Müdir),
  • "Adı sənin, dadı mənim" (Nəzarətçi),
  • S. Rəhmanın "Şirin bülbül" (Sərnişin),
  • İ. Əfəndiyevin "General" (Zabit),
  • M. F. Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı)

Pyeslərinin tamaşalarını göstərmək olar.

Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib.

Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]