Bayquş gələndə… (film, 1978) — Vikipediya

Bayquş gələndə...
Janr dram
uşaq
Rejissor Şamil Mahmudbəyov
Əsərin müəllifi Maqsud İbrahimbəyov
Ssenari müəllifi Maqsud İbrahimbəyov
Baş rollarda Emin Qafarzadə
Fikrət Məmmədov
Həsənağa Turabov
Gülşən Qurbanova
Firəngiz Şərifova
İsmayıl Osmanlı
Vidadi Əliyev
Sevil Rəsulova
Operator Arif Nərimanbəyov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Kamil Nəcəfzadə
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 31 iyul 1978
Filmin növü tammetrajlı bədii film
Müddət 73 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
Texniki məlumatlar 8 hissə
2082 metr
genişekranlı
"Svema" kinolenti
Rəng rəngli
IMDb ID1889369

Bayquş gələndə filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Filmdə əsas rolları Emin Qafarzadə, Fikrət Məmmədov, Həsənağa Turabov, Gülşən Qurbanova, Firəngiz Şərifova, İsmayıl Osmanlı, Vidadi Əliyev və Sevil Rəsulova ifa edirlər.

Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır.[1]

Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi (İsmayıl Osmanlı) yaşayır. Keçmişdən, gələcəkdən maraqlı əhvalatlar danışan bu kişinin evinə Tahir də tez-tez qonaq gəlir. Elə bu zaman qəsəbədə Rəşid (Həsənağa Turabov) adında varlı bir adam peyda olur. O, alverçiliklə topladığı böyük sərvəti eninə-uzununa xərcləməyə başlayır. Qoca öləndən sonra onun da bağını öz əlinə keçirmək üçün yollar axtarır. Bütün bunlar balaca Tahiri həm təəccübləndirir, həm də narazı salır. Elə bu Rəşidin təqsiri üzündən bağ qonşusu, yazıçı Kamilin (Vidadi Əliyev) də ailəsinə nifaq düşür. Amma qəsəbədə xeyirxah adamlar da az deyil. Balaca Tahir adamları bir-birindən seçməyə və onlara qiymət qoymağa başlayır...[1]

  • Film yazıçı Maqsud İbrahimbəyovun "Bayquş gəlmişdi"[2] povesti əsasında ekranlaşdırılmışdır.[1]
  • Film qəflətən vəfat edən Şahlarbəy obrazını oynayan aktyor İsmayıl Osmanlının kinoda son işidir. Film ekranlara çıxmamış aktyor vəfat etmişdi.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Əsərin müəllifi: Maqsud İbrahimbəyov
Ssenari müəllifi: Maqsud İbrahimbəyov
Rejissor: Şamil Mahmudbəyov
Operator: Arif Nərimanbəyov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Emin Sabitoğlu

Emin Qafarzadə — Tahir
Fikrət Məmmədov — Vasif
Həsənağa Turabov — Rəşid
Gülşən Qurbanova — Ədilə
Firəngiz Şərifova — nənə
İsmayıl Osmanlı — Şahlarbəy
Vidadi Əliyev — Kamil
Sevil Rəsulova — Nailə
S. Süleymanova — Xanımana
Yaşar Nuri — həkim

Eldəniz Rəsulov — Eldəniz

Filmi səsləndirənlər:

Ramiz Əzizbəyli - Vasif (Fikrət Məmmədov (aktyor) ) (titrlərdə yoxdur)

Şahmar Ələkbərov — Kamil (Vidadi Əliyev) (titrlərdə yoxdur)
Səməndər Rzayev — Şahlar bəyin oğlu (titrlərdə yoxdur)

Elxan Ağahüseynoğlu — Milis işçisi (titrlərdə yoxdur)

Əminə Yusifqızı — Ədilə (Gülşən Qurbanova)(titrlərdə yoxdur)

  1. 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.98-99
  2. "BAYQUŞ GƏLMİŞDİ". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257; 287.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220.

Azərbaycan filmlərinin siyahısı
1978-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı