Həsənağa Turabov — Vikipediya

Həsənağa Turabov
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri
1991 – 2003
ƏvvəlkiLütfiyar İmanov
SonrakıAzər Paşa Nemətov
Şəxsi məlumatlar
Doğum tarixi 24 mart 1938(1938-03-24)[2]
Doğum yeri
Vəfat tarixi 23 fevral 2003(2003-02-23)[3] (65 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti aktyor, rejissor, kinorejissor
Uşaqları Daşqın Turabov
Yalçın Turabov
Sevinc Turabova[1]
Dini islam

Təltifləri "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1971 Azərbaycan SSR Dövlət mükafatı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1986
"Şöhrət" ordeni — 1998

Həsənağa Turabov (24 mart 1938[2], Bakı23 fevral 2003[3], Bakı) — Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1982), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972, 1986).

Həsənağa Turabov 1938-ci ilin 24 mart tarixində Bakı şəhərində anadan olmuşdur. O, 31 nömrəli orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olmuş və 1960-cı ildə ali təhsilini aktyorluq ixtisası üzrə başa vurmuşdur. Elə həmin ildən etibarən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış, ömrünün sonuna qədər bu teatrda çalışmışdır. 1987–2001-ci illər aralığında teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləmişdir. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.

2003-cü ildə vəfat etmişdir.[4] "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Səhnə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.

Kino fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb.[5] "Yeddi oğul istərəm" filmindəki "Gəray bəy" obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru şəxsən məhz sırf özü olmuşdur. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya…" filmləri olmuşdu.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

6 mart 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[7].

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • Günel Mehri. ""Ağa" kəlməsi ona yaraşırdı". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 24–26.
  1. "Həsənağa Turabovun övladları: "Həmin dəqiqə ürəyi dayanmışdı"". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  2. 1 2 https://oxu.az/society/710399.
  3. 1 2 https://portal.azertag.az/az/node/19927.
  4. Teatr səhnəsinin ağayana sənətkarı: Bu gün Həsənağa Turabovun vəfatından altı il keçir //Üç nöqtə.- 2011.- 23 fevral.- S. 13.
  5. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  6. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
  7. president.az. ""Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin 6 mart 2018-ci il tarixli, 3755 nömrəli [[Sərəncam]]ı" (az.). e-qanun.az. 06.03.2018. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]