Muxtar Maniyev — Vikipediya

Muxtar Maniyev
Muxtar Qəmbər oğlu Maniyev
Doğum tarixi 4 aprel 1935(1935-04-04)
Doğum yeri
Vəfat tarixi 22 dekabr 2016(2016-12-22) (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbi şəkərli diabet
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Həyat yoldaşı Nəsibə Maniyeva[1]
Uşaqları Müslüm Maniyev
Tural Maniyev
Müşfiq Maniyev
Fəaliyyəti aktyor, kino aktyoru
Fəaliyyət illəri 1960-cı ildən
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982
IMDb ID0542394

Muxtar Maniyev (4 aprel 1935, Bakı, Azərbaycan SSR22 dekabr 2016, Bakı[2]) — Azərbaycan Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq artisti.

Ömür də kino kimidir. Bu qədər filmə çəkilmək hər aktyora qismət olmur. Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib.

Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.

Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.

"İnsan məskən salır" filmində (rej. A. Babayev) Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulmuşdur. Hadisələr Neft Daşlarında cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olmuşdur. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanmışdır ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, biz onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi görünən obrazı çox şeylər danışır və M. Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir.

Bir aktyor kimi M. Maniyevin konkret ampluası yoxdur, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradır. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir. Muxtar Maniyev yaradıcılığı bizim kinematoqrafın böyük bir dövrü ilə bağlıdır. Onun 60–70-ci illərdən başlanan yaradıcılıq yolu bu gün də inamla davam edir.

Aktyorun bütün rollarını xatırlatmaq fikrindən uzağıq. Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 40 ildən artıq yaradıcılığı dövründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb. Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir.

Azərbaycan kinosunu onsuz təsəvvür etmək çətindir. Doğrudan da, milli kinomuzun inkişafında Muxtar müəllim əvəzsiz xidmətlər göstərmişdir. Onun rolları milli, xarakterlidir, əsl azərbaycanlılardır. Çox maraqlıdır ki, rejissorlar da ona elə bu tip rolları həvalə edirdilər. "Bəxt üzüyü"ndəki zırpı rolunu xatırlayırsınızmı? Yaxud, "Ölsəm…bağışla" filmindəki Seyidrza rolunu gözləriniz qarşısına gətirin. Seyidrza müharibənin ağır illərində insanlara etdiyi zülmün, axır ki, nəticəsini gördü. Amma "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Bizim Cəbiş müəllim", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilmişdir.

Muxtar Maniyev məhsuldar çalışan sənətçilərdəndir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[3] Əvvəllər, demək olar ki, hər il bir-iki filmə çəkilirdi. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var.

Ömrünün kamillik dövründə o yenə də filmlərə çəkilir, tədbirlərdə iştirak edir, xatirələrini yazır və s. Deyir ki, imkanı olsa bir saat belə çəkiliş meydançasından aralı dayanmaz. Çünki insandan yalnız onun əməlləri yadigar qalır.

Böyük sənətkar Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkirdi. Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunmuşdur. Vəziyyəti stabil olan aktyorun səhhəti 22 dekabrda yenidən pisləşmiş, səhər saatlarında dünyasını dəyişmişdir.[4] Sağlığında etdiyi vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılmışdır.[5]

  • Azərbaycan SSR əməkdar artisti — 01.12.1982[6]
  • Azərbaycan Respublikasının Xalq artisti — 08.12.2000[7]
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü[8]
  1. 100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100)
  2. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  3. 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47)
  4. Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: briqadir
  5. Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet-Mozalan № 161)-rol: idarə rəisi
  6. Ağ dünya (film, 1995)
  7. Axırıncı maqın sonu (film, 1974)
  8. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-səsləndirən: Kovrov (Boris Aleksandrov)
  9. Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-rol: Həsənin iş yoldaşı
  10. Babək (film, 1979)
  11. Bakıda küləklər əsir (film, 1974)
  12. Bala-başa bəla! (film, 1995)
  13. Bəxt üzüyü (film, 1991)
  14. Bəyin oğurlanması (film, 1985)
  15. Bir ailəlik bağ evi (film, 1978)
  16. Bir nömrəli... (film, 1980)
  17. Birisigün, gecəyarısı... (film, 1981)
  18. Bizim Cəbiş müəllim (film, 1969)
  19. Bomba (film, 2005)
  20. Bu da bir naxışdır (film, 1987)
  21. Bumeranq (film, 1982)
  22. Cin mikrorayonda (film, 1985)
  23. Çarvadarların izi ilə (film, 1974)
  24. Çətirimiz buludlardır (film, 1976)
  25. Daha bir fənd (film, 1978)
  26. Dairə (film, 1989)
  27. Diplom işi (film, 1979)
  28. Diplomlu mütəxəssis (film, 1974)
  29. Doğma sahillər (film, 1989)
  30. Dörd bazar günü (film, 1975)
  31. Durnalar qayıtdı (film, 2003)
  32. Etiraf (film, 1992)
  33. Əgər bir yerdəyiksə (film, 1975)
  34. Əla kəsici (film, 1975)
  35. Əlavə iz (film, 1981)
  36. Əlvida, cənub şəhəri (film, 2006)
  37. Fəallıq (film, 1975)
  38. Fədakar aktyor. Muxtar Maniyev (film, 2015)
  39. Firəngiz (film, 1975)
  40. "Fransız" (film, 1995)
  41. Gecə qatarında qətl (film, 1990)
  42. Gedərgəlməz (film, 1984)
  43. Gedərsən bizə... (film, 1990)
  44. Gethagetdə (film, 1983)
  45. Gözbağlıcı (film, 1986)
  46. Gözlə məni (film, 1980)
  47. Gümüşü furqon (film, 1982)
  48. Günlərin bir günü... (film, 1976)
  49. Günlərin bir günü... (film, 1981)
  50. Həm ziyarət, həm ticarət... (film, 1995)
  51. Hər şey yaxşılığa doğru
  52. Heydər Əliyev (film)
  53. Hökm (film, 1994)
  54. Hücum (film, 1989)
  55. Xəbərdarlıq (film, 1985)
  56. Xoşbəxtlik qayğıları (film, 1976)
  57. Xüsusi vəziyyət (film, 1986)
  58. İnsan məskən salır (film, 1967)
  59. İntizam (film, 1983)
  60. İşarəni dənizdən gözləyin (film, 1986)
  61. İşgüzar adamlar (film, 1977)
  62. Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
  63. Kontor (film, 1978)
  64. Koroğlu (film, 1960)
  65. Köhnə bərə (film, 1984)
  66. Qanlı zəmi (film, 1985)
  67. Qanun naminə (film, 1968)
  68. Qara "Volqa" (film, 1994)
  69. Qara gölün cəngavərləri (film, 1984)
  70. Qatır Məmməd (film, 1974)
  71. Qərib cinlər diyarında (film, 1977)
  72. Qəzəlxan (film, 1991)
  73. Qızıl uçurum (film, 1980)
  74. Qorxma, mən səninləyəm
  75. Lətifə (film, 1989)
  76. Maqarıç (film, 1973)
  77. Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
  78. Mühazirə (film, 1986)
  79. Müqavilə (film, 1978)
  80. Nə gözəldir bu dünya... (film, 1999)
  81. Nəsimi (film, 1973)
  82. Nəvəmin nəvəsinin nəvəsi (film, 1985)
  83. Nizami (film, 1982)
  84. O qızı tapın (film, 1970)
  85. Od içində (film, 1978)
  86. Onu bağışlamaq olarmı? (film, 1959)
  87. Oqtay Ağayev. Ötən günlər (film, 2004)
  88. Otel otağı (film, 1998)
  89. Ölsəm... bağışla (film, 1989)
  90. Ömrün ilk saatı (film, 1973)
  91. Ömrün səhifələri (film, 1974)
  92. Özgə ömür (film, 1987)
  93. Papaq (film, 2007)
  94. Park (film, 1983)
  95. Sahilsiz gecə (film, 1989)
  96. Salur Qazanın evi talandığı boy (film, 2001)
  97. Sarı gəlin (film, 1998)
  98. Sevinc buxtası (film, 1977)
  99. Səmt küləyi (film, 1973)
  100. Sən həmişə mənimləsən (film, 1987)
  101. Sizi dünyalar qədər sevirdim (film, 1985)
  102. Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
  103. Skripkanın sərgüzəşti (film, 1972)
  104. Son döyüş (film, 1996)
  105. Su bulandıranlar (film, 1991)
  106. Sürəyya (film, 1987)
  107. Sürpriz (film, 1977)
  108. Şahid qız (film, 1990)
  109. Şeytan göz qabağında (film, 1987)
  110. Təxribat (film, 1989)
  111. Tələ (film, 1990)
  112. Təşəkkür (film, 1978)
  113. Toya dəvətnamə (film, 1973)
  114. Uşaqlığın son gecəsi (film, 1968)
  115. Ümid (film, 2002)
  116. Üzü küləyə (film, 1977)
  117. Var olun, qızlar... (film, 1972)
  118. Vulkana doğru (film, 1977)
  119. Yanlış da bir naxışdır (film, 1984)
  120. Yanmış körpülər (film, 2007)
  121. Yaramaz (film, 1988)
  122. Yarımçıq qalmış mahnı (film, 1979)
  123. Yaxşı qurtardıq (film, 1985)
  124. Yay gününün xəzan yarpaqları (film, 1986)
  125. Yeddi qoyun nağılı (film, 1983)
  126. Yeganə çıxış yolu (film, 1980)
  127. Yol əhvalatı (film, 1980)
  128. Yoxlama (2006)
  129. Bumeranq (film,1989) (tammetrajlı bədii süjet — Mozalan №¹³⁹)
  1. "Xalq artisti Muxtar Maniyev reanimasiyaya yerləşdirilib". 2015-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-07.
  2. Muxtar Maniyev KTV [ölü keçid]
  3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
  4. "Azərbaycan kinosunun əvəzolunmaz sənətkarı Xalq artisti Muxtar Maniyev vəfat edib". 2016-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-22.
  5. APA TV. "Muxtar Maniyev Qala qəbiristanlığında dəfn olundu" (az.). Youtube.com. 22.12.2016. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
  6. Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  7. "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-23.
  8. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanı". 2017-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]