Cin mikrorayonda — Vikipediya
Cin mikrorayonda | |
---|---|
| |
Janr | komediya musiqili fantastika |
Rejissor | Oqtay Mirqasımov |
Ssenari müəllifi | Eldəniz Quliyev |
Baş rollarda | Ötkəm İsgəndərov — Rüstəm Rəşid Mahmudzadə — cin Nataliya Tağıyeva — Maya Tofiq Mirzəyev — Süleyman ibn Davud Eldəniz Rəsulov — Fuad |
Operator | Amin Novruzov |
Bəstəkar | Rafiq Babayev |
Rəssamlar | Rafiq Nəsirov Şamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 15 fevral 1986 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1985 |
Texniki məlumatlar | 8 hissə 2122 metr genişekranlı 35 mm "Svema" kinolenti(Şostka kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID0266493 |
Cin mikrorayonda – 1985-ci ildə buraxılmış Azərbaycan filmi.
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmdəki hadisələr müasir şəhərlərdən birində baş verir. Nəşriyyat korrektoru Rüstəm Ağayev (Ötkəm İsgəndərov) içərisində cin yerləşdirilmiş qədim çıraq tapır. İstedadlı, lakin zəif xarakterli Rüstəm üçün bu çıraq göydəndüşmə olur. Cinin köməkliyi ilə gəncin işləri yoluna düşür: onun pyesi çapa hazırlanır, sevdiyi qız — Maya (Nataliya Tağıyeva) ona ərə getməyə razılıq verir, mənzilində çarhovuz peyda olur. Lakin Rüstəm hər şeyə özü nail olmaq istəyir. Cin öz "sahibini" atıb gedərkən ona bir sirr açır: insan öz gücünə inanmalı, möcüzə yaratmaq üçün onda güclü istək olmalıdır.
Filmdə rəmzi məna daşıyan cin obrazının müasir məkana daxil olması, müasir adamlarla ünsiyyətə girməsi bütünlüklə şərti xarakter daşıyır. Filmin izlədiyi ideya, aşıladığı fikir də məhz bu şərtilik fonunda çatdırırlır. Əlif Lam öz sahibinin yarımçıq işlərini tamamlamağa girişir, hər şeyi Rüstəm üçün əlverişli bir istiqamətə yönəldir. Lakin bu süni uğurların mənəvi zövq vermədiyini, yeknəsəq həyat ritminə məzmunlu heç nə əlavə etmədiyini görən Rüstəm Əlif Lamın köməyindən imtina edir. O başa düşür ki, insan həyatda hər çətinliyi özü aradan qaldırmalı, bu yolda yalnız öz gücünə, öz real imkanlarına arxalanmalıdır. Bunun üçün isə təkcə arzulamaq yox, həm də cəhd göstərmək, mübarizə aparmaq lazımdır. Əməllərinin heç bir nəticə vermədiyini görən Əlif Lam da axırda ibrətamiz bir nəticəyə gəlir: İnsan arzulamayanda, konkret məqsədə can atmayanda onun olan-qalan bacarığı da süstləşir, hərəkətdən qalır. Göründüyü kimi, filmin mərkəzində dayanan ideya mənəvi-psixoloji səciyyə daşıyır. O, fəaliyyətsizliyə, ətalətə qarşı yönəldilmişdir. (Əlisəftər Hüseynov)
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film quruluşçu rəssam Şamil Nəcəfzadənin kinoda ilk işidir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi: Eldəniz Quliyev
- Quruluşçu rejissor: Oqtay Mirqasımov
- Quruluşçu operator: Amin Novruzov
- Quruluşçu rəssamlar: Rafiq Nəsirov, Şamil Nəcəfzadə
- Bəstəkar: Rafiq Babayev
- Səs operatoru: Əsəd Əsədov
- Rejissor: Tofiq Məmmədov
- Operatorlar: Rafiq Quliyev, Rövşən Quliyev
- Mahnıların mətni: Vaqif Səmədoğlu, Mixail Libin
- Mahnı ifa edənlər: Mübariz Tağıyev, Ramiz Əzizbəyli, Rasim Balayev (2-ci və 3-cü şəxs titrlərdə yoxdur)
- Baletmeyster: Qəhrəman Nəsirov
- Montaj edən: Tamara Nərimanbəyova
- Geyim rəssamı: Tatyana Əmirova
- Qrim rəssamı: Namiq Manafov
- Dekor rəssamı: Nazim Hacıyev
- Rejissor assistentləri: Elman Şeydayev, F. Hüseynov
- Operator assistentləri: N. Zəkiyev, Vaqif Bağırov
- Rəssam assistenti: N. Aqaronova
- Quraşdırılmış səhnələrin operatorları: Ramiz Babayev, Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamları: Eduard Abdullayev, Mirzə Rəfiyev
- Sualtı səhnələrin operatoru: V. Dmitrenko
- İşıq ustası: Məhəmməd Hacıyev
- Redaktor: Ramiz Rövşən (Ramiz Əliyev kimi)
- Musiqi redaktoru: Rauf Əliyev
- Çalır: İnstrumental Ansambl
- Ansamblın rəhbəri: Rafiq Babayev
- İnzibatçılar: S. Quliyev, Sahib Quluzadə (S. Quluzadə kimi), Ş. Balakişiyev, M. İsmayılov
- Filmin direktoru: Aydın İmrani
Rollarda
[redaktə | mənbəni redaktə et]- Ötkəm İsgəndərov — Rüstəm
- Rəşid Mahmudzadə — cin
- Nataliya Tağıyeva (Nataşa Bağırova kimi) — Maya
- Tofiq Mirzəyev — Süleyman ibn Davud
- Eldəniz Rəsulov — Fuad
- Ramiz Əzizbəyli — Tofiq
- Ömür Nağıyev — Rauf
- Fikrət Məmmədov — Mikayıl
- Səyavuş Aslan — Əflatun
- Hamlet Qurbanov — Dəmirov
- Yaşar Nuri (Y. Nuriyev kimi) — Azər
- Rasim Balayev — Əli
- Muxtar Maniyev — Ramiz
- Gülşən Qurbanova — Dəmirovun arvadı
- Dadaş Kazımov — ata
- Sədayə Mustafayeva — ana
- Nizami Musayev — Teymur
- Nübar Novruzova — qız
- Gümrah Rəhimov — sərnişin
- S. Novruzova
- S. Novruzov
- R. Allahverdiyeva
- Muxtar Avşarov — Ruhani
- Mustafa Süleymanov
- Şəmsi Şəmsizadə — Rüstəmin tanışı (titrlərdə yoxdur)
- Mənsur Məmmədov — Rüstəmin iş yoldaşı (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
[redaktə | mənbəni redaktə et]- Rasim Balayev — Rüstəm (Ötkəm İsgəndərov) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli — cin (Rəşid Mahmudzadə) (titrlərdə yoxdur)
- Sadıq Hüseynov — ata (Dadaş Kazımov) (titrlərdə yoxdur)
- Ötkəm İsgəndərov — Tofiq (Ramiz Əzizbəyli) (titrlərdə yoxdur)
- Əliabbas Qədirov — Əli (Rasim Balayev) (titrlərdə yoxdur)
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288; 336.
- Aydın Kazımzadə. "Kinosalnamə" [Oqtay Mirqasımovun "Cin mikrorayonda" filminin çəkilişləri haqqında] //Mədəniyyət TV.- 2016.- 21 may.