Əlvida, cənub şəhəri (film, 2006) — Vikipediya
Əlvida, cənub şəhəri | |
---|---|
Janr | Dram |
Rejissor | Oleq Səfərəliyev |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda | Fuad Poladov-Fariz Fəxrəddin Manafov-Rza Teymur Bədəlbəyli-Alik Mehriban Zəki-Maya |
Operator | Murad Əliyev |
Bəstəkar | Səyavuş Kərimi |
Rəssam | Mayis Ağabəyov |
İstehsalçılar | "Azərbaycanfilm" Kinostudiyası "İbrus" Studiyası |
İlk baxış tarixi | 4 sentyabr 2006, Bakı("Şərq-Qərb" Beynəlxalq Film Festival) 16 fevral 2007, Berlin, Almaniya(Berlin Film Festivalı) 1 aprel 2007, İstanbul, Türkiyə(İstanbul Film Festivalı) |
Filmin digər adı | Ümid Sahili (çəkiliş zamanı) |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 90 dəq. |
Ölkələr | Azərbaycan Rusiya |
Dillər | Azərbaycan dili rus dili |
İl | 2006 |
Texniki məlumatlar | 10 hissə 35 mm "Kodak" kinolenti |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı Bakı, Milli Park Bakı, İçərişəhər |
IMDb | ID051861 |
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini – bir yay ərzində baş vermiş hadisələri əhatə edir.
- "Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı – Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır. Daha sonra titrlərin köməyilə hadisələrin 1988-ci il Bakısında cərəyan etdiyi aydın olur. İçərişəhər həyətlərinin biri... Ümumi həyətə, ümumi pilləkənə bir neçə qonşunun qapısı açılır. Alikin də yaşadığı bu həyətin sakinləri çoxdanın qonşularıdır. Tək bir nəfərdən başqa. Fariz ailəsi ilə bura yenicə köçüb. Odur ki, şəhər həyatına alışmayan 7-8 yaşlı oğlu hər gün özünü eyvanın başından milis işçisi qonşunun həyətdə duran maşınının üstünə "yüngülləşdirir". Hər dəfə də maşının sirenalarının səsi məhəlləni başına götürür. Maşın sahibi, qonşular narazılıqlarını bildirsələr də, vəzifə sahibi olan Farizdən çəkindikləri üçün "dərinə" getmirlər. Alik isə məhəllənin müdafiəçisi kimi tanınır. Məlum səbəblərdən rusların, ermənilərin Bakını tərk etdiyi qarışıq bir dövrdə Alik tanıdığı adamların dadına çatır. Qarşı tərəfi hədələməkdə isə ona cibində gəzdirdiyi tapança yardımçı olur. Nəhayət, yaxınlıqdakı zirzəminin boşaldılması məqamı da yetişir. Caz qrupunun məşq etdiyi zirzəmidə Fariz restoran açmaq fikrindədir. Qrup üzvləri isə caz festivalına hazırlaşdıqlarından zirzəmini tərk etmək istəmirlər. Alikin sevdiyi qız – Maya (Mehriban Zəki) da qrupun solistidir. Odur ki, gənc oğlan yenidən tapançasını çıxararaq, musiqiçilərin müdafiəsinə qalxır. Növbəti günlərin birində qonşular həyətdə süfrə arxasına toplaşaraq, həyətləri haqqında videokamerası ilə film çəkən və buna görə də Farizin qəzəbinə tuş gələn yeniyetmə oğlanın "kişi olmasını" qeyd edirlər. Bu məqamda yeni qonşu həyətə girir və pilləkənlərlə evinə qalxır. Qonşular onu içməyə dəvət etsələr də, Fariz ikrah hissi ilə təklifi rədd edir, "Sizin kimilərlə içmərəm, hamınızın axırına çıxacağam" deyir. Alik isə ona edilən hədəyə dözməyib pilləkənlərlə qalxır və Farizə möhkəm bir şillə çəkir. Bu hadisədən sonra Alik milis idarəsinə çağırılır. Onun gəzdirdiyi tapançanın adi alışqan olmasına baxmayaraq, törətmədiyi cinayətlərdə təqsirli bilinir və həbs edilir. Filmin sonunda hadisələr yenə də 2000-ci ilə qayıdır. Dəniz kənarında Rza Alikə bir daha Farizi öldürməyi təklif edir. Alik isə "yox" cavabı verərək, Azərbaycanı tərk edəcəyini deyir. Vaxtilə neft quyusunda birgə işlədiyi, tənbəlliyi üzündən yalnız Alikin özünə ortaq götürdüyü Rza isə cibindən bıçaq çıxardıb, ona bir neçə zərbə endirir. Alik qan içində yerə yıxılır. Film Bakının gecə panoramı, caz musiqisinin sədaları altında bitir.
Festivallar və mükafatlar
[redaktə | mənbəni redaktə et]- 1)2006-cı ildə V milli "Qızıl Çıraq" Mükafatı
- Film ən yaxşı tammetrajlı bədii film nominasiyasında Mükafat almışdır.
- Film ən yaxşı ssenari nominasiyasında Mükafat almışdır.
- Aktyor Teymur Bədəlbəyli ən yaxşı kişi rolu nominasiyasında Mükafat almışdır.
- 2)2007-ci ildə Moskvada "Moskovskaya Premyera" IV Kinofestivalı
- Film "Art-Xətt" proqramının ən yaxşı filmi nominasiyasında tamaşaçı rəğbəti Mükafatı almışdır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film adından da göründüyü kimi, "Bir Cənub Şəhərində" filminin məntiqi davamı kimi düşünülmüşdür.
- Film Rüstəm İbrahimbəyovun "Təbəssümlə Oyanaraq" əsəri əsasında çəkilmişdir.
- Film 2007-ci ilin fevralında Berlin Film Festivalında, iyulunda Çexiyanın Uherske-Hradişte şəhərində keçirilən beynəlxalq film festivalında, sentyabrında isə Qazaxıstanda IV beynəlxalq "Avrasiya" kinofestivalında nümayiş etdirilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
- Quruluşçu rejissor : Oleq Səfərəliyev
- Quruluşçu operator : Murad Əliyev
- Quruluşçu rəssam : Mayis Ağabəyov, Əziz Məmmədov
- Bəstəkar : Səyavuş Kərimi
- Səs rejissoru : Əsəd Əsədov
- Geyim rəssamı : Məlahət Hümbətova
- Qrim rəssamı : Elbrus Vahidov
- Montaj edən : Gülşən Səlimova
- Rejissor : Çingiz Həsənov
- Rejissor qrupu : Arzu Abdullayeva, Rövşən Ağayev (II), Elman Qasımov, Etibar Hüseynov
- Operator qrupu : Nizami Abbasov, Tərlan Babayev, Pərvin Cavadov, Sancar İrmaqanbetov
- Prodüser : Rüstəm İbrahimbəyov
- Qrim : Polina Tkaçenko
- Pirotexnik : Vaqif Qurbanov
- Səs texnikləri : Dmitri Mazulevski, Elmira Səmədova
- İşıqçılar : Oruc Şahməmmədov, Adil Dadaşov, Akif Rəhimov
- Redaktorlar : Ramiz Rövşən, Rafiq Əliyev (II)
- Dirijor : Teymur Göyçayev
- Vokal : Sevda Ələkbərzadə
- İcraçı prodüser : Adil Qulami
- İnzibatçılar : Akif Əliyev, Tofiq Musayev, İlqar Musayev (II), Fəxri İbrahimov
- Mühasiblər : Yevgeniya Bosmanova, Yelena Jarkova
- Sürücülər : Yuri Neçayev, Rafiq Səfərov, Oqtay Əliyev, Ələkbər Əbdülov, Şamil Həsənov, Kərim Məmmədov, Rövşən Babayev
- Musiqilərindən İstifadə edilən Bəstəkar : Qara Qarayev, Mehriban Zəki
- Mahnı İfa edən : Sevda Ələkbərzadə, Mehriban Zəki("Yağış Yuyur, Gün Qurudur" mahnısı)(2-ci şəxs titrlərdə yoxdur)
- Mahnı Mətninin Müəllifi : Ramiz Rövşən("Yağış Yuyur, Gün Qurudur" mahnısı)(titrlərdə yoxdur)
Rollarda
[redaktə | mənbəni redaktə et]- Teymur Bədəlbəyli — Alik
- Mehriban Zəki — Maya
- Fuad Poladov — Fariz
- Fəxrəddin Manafov — Rza
- Rafiq Əliyev (II) — Nazim
- Kamal Xudaverdiyev — İsmayıl dayı
- Sənubər İsgəndərli — bacı
- Elmira Şabanova — Xanımana
- Şamil Süleymanov — inspektor
- Hacı İsmayılov — MİS müdiri
- Tofiq Mirzəyev — baba
- Sadıq Əhmədov — polis işçisi
- Həsən Seyidbəyli (II) — bacıoğlu
- "Qaya" Vokal Kvarteti
- Teymur Mirzəyev
- Arif Hacıyev
- Rauf Babayev
- Cavan Zeynallı
- Şahin Növrəsli — fortepiano ifaçısı
- Natiq Şirinov — nağara ifaçısı
- Y. Eyvazov — ud ifaçısı
- V. Neverov
- V. Vasilçenko
- Aleksandra Anikuşina-Lusya
- Yana Nikitina
- Naibə Allahverdiyeva
- R. Quliyev
- T. Musayev
- R. Ağayev
- S. Ağaəliyev
- T. Rəvan
- Elbrus Vahidov
- Arif Kərimov
- Tofiq Hüseynov
- A. Şərifov
- S. Qulamov
- Manaf Dadaşov
- İ. Əhmədov
- A. Mikayılova
- İntiqam Soltan
- A. Rəhimov
- S. Həsənov
- Məhərrəm Musayev
- E. Şirəliyev
- Arif Qasımov
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.