Bakının işıqları — Vikipediya

Bakının işıqları
Bakının işıqları
Janr dram
Rejissorlar Aleksandr Zarxi
İosif Xeyfits
Rza Təhmasib
Ssenari müəllifləri Qriqori Koltunov
Yevgeni Pomeşşikov
Baş rollarda Mirzəağa Əliyev
Mərziyyə Davudova
Nikolay Oxlopkov
Rza Təhmasib
Nəcibə Məlikova
Operator Qavriil Yegiazarov
Bəstəkar Qara Qarayev
Rəssam M. Yuferov
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 16 fevral 1958
Filmin növü tammetrajlı bədii film
Müddət 88 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca (dublyaj)
İl 1950
Texniki məlumatlar 10 hissə
2581 metr
Rəng ağ-qara
IMDb ID0052021

Bakının işıqları tammetrajlı bədii filmi rejissorlar Aleksandr Zarxi, Rza Təhmasib və İosif Xeyfits tərəfindən 1950-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Bakı neftçiləri haqqındadır. Əsas rolları Mirzəağa Əliyev, Mərziyyə Davudova, Nikolay Oxlopkov, Rza TəhmasibNəcibə Məlikova ifa edirlər.

Film Bakı neftçiləri haqqındadır. Hadisələr 30-cu illərdə başlayır və II Dünya müharibəsi illərində daha da inkişaf edir. Bu vaxt Bakı neft mədənləri artıq yeni texnika ilə təchiz edilmişdi, açıq dənizdə yeni qazma üsulları sınaqdan çıxarılmışdı. Neftçilər alman-faşist işğalçılarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırdılar. Filmin sonunda görürük ki, müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırıldı.[1]

Hadisələrin fonunda usta Əlibala (Mirzəağa Əliyev) və onun neftçilər briqadası üzvlərinin əmək qəhrəmanlığı, fədakarlığı, gündəlik qayğıları və şəxsi həyatı öz əksini tapmışdır.[1]

  • Film 1958-ci ildə yenidən redaktə edilmişdir.
  • Film qadağan olunması barədə sənədlər aşkar olunmayıb. Stalinin ölümündən sonra filmdən ayrı-ayrı epizodlar kəsilib götürülmüş və ekrana buraxılmışdır.[1]
  • Filmin orijinal variantının surəti 2001-ci ildə çıxarılıb Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdir.[1]
  • Azərbaycan kinosunda ilk dəfə Stalin və Mir Cəfər Bağırovun obrazı bu filmdə yaradılmışdır.
  • Filmə baxış keçiriləndə Mir Cəfər Bağırov öz obrazının ifasından narazı qalaraq demişdir: "Təhmasib məni yaltaq eləyib. Mən yaltaq olmamışam".

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Rejissor: Aleksandr Zarxi, İosif Xeyfits, Rza Təhmasib
Ssenarist: Qriqori Koltunov, Yevgeni Pomeşşikov
Operator: Qavriil Yegiazarov
Rəssam: M. Yuferov
Bəstəkar: Qara Qarayev

M.Gelovani — İ. V. Stalin
Mirzəağa Əliyev — Əlibala
Mərziyyə Davudova — Anaxanım
Nikolay Oxlopkov — Şatrov
Rza TəhmasibMir Cəfər Bağırov
Nəcibə Məlikova — Mirvarid
İ. Eloğlu — Fuad
Nikolay Kryuçkov — Paramonov
Pyotr Arjanov — Qarsiya
Serke Kojamkulov — Kadır

  1. 1 2 3 4 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 38-39
  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 418.
  • Журнал "Искусство кино", № 11, 1995, стр. 173.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 80; 107; 113-118.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.