Təhminə (film) — Vikipediya
Təhminə | |
---|---|
Fayl:Təhminə (1993).JPG | |
Janr | Melodram |
Rejissor | Rasim Ocaqov |
Prodüser | |
Əsərin müəllifi | Anar — Beşmərtəbəli evin altıncı mərtəbəsi |
Ssenari müəllifi | Anar |
Baş rollarda | Meral Konrat — Təhminə |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Ocaq" Müstəqil Studiyası |
İlk baxış tarixi | 1993 |
Filmin digər adları | Təhminə və Zaur |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 107,5 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1993 |
Texniki məlumatlar | 12 hissə 3074 metr 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | |
IMDb | ID1266112 |
Təhminə — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi.
Məzmunu
[redaktə | mənbəni redaktə et]Filmdə əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Manafov) və Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Zaurun anası Zivər xanım (Zərnigar Ağakişiyeva) və atası buna qarşı çıxır. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zəng edərək Təhminəni təhqir edir. Çox gözəl olduğundan işlədiyi yerdə bütün kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur
Bir müddət sonra Təhminəni iş yerindən Moskvaya peşəkar təyinatla göndərirlər. Zaur Təhminəni o qədər çox sevir ki, onun ardınca Moskvaya gedir.
Zaurun ailəsi onun Təhminə ilə romantik münasibətini pisləyir və Zauru ailə dostunun 19 yaşlı qızı Firəngiz (Laura Rzayeva) ilə əvvəlcədən razılaşdırılmış evliliyə məcbur etməyə çalışır. Sosial təzyiqlər və Zaurun anası (Zərnigar Ağakişiyeva) tərəfindən Təhminəyə davamlı zənglər sonda onların münasibətlərində problemlər yaradır və onların ayrılmasına səbəb olur.
Valideynlərinin məsləhətini dinləyən Zaur Firəngizlə ailə qurur. Təhminə isə ürəyinin ağrısını sakitləşdirmək üçün tənhalıqda spirtli içkilərə qurşanır. Bu vərdişinə görə Təhminə qaraciyərində problemlər yaşayır və sonda Zaur və Firəngizin İstanbulda keçirdiyi bal ayı zamanı sirrozdan dünyasını dəyişir.
Festivallar və mükafatlar
[redaktə | mənbəni redaktə et]- 1)1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi
- Quruluşçu rejissor Rasim Ocaqov ən yaxşı rejissor işinə görə Priz almışdır.
- Aktrisa Zərnigar Ağakişiyevaya ən yaxşı qadın roluna görə Priz verilmişdir.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılmışdır.
- Filmdə Təhminə Azərbaycan televiziyası üçün sabahkı proqramı oxuyanda deyir: "Park" bədii filminə baxa bilərsiniz. "Park" filminin rejissoru Rasim Ocaqov, baş rolun ifaçısı isə Fəxrəddin Manafovdur.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi: Anar
- Quruluşçu rejissor: Rasim Ocaqov
- Quruluşçu operator: Kənan Məmmədov (Kənan Əziz kimi)
- Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis İsmayılov kimi)
- Bəstəkar: Emin Sabitoğlu
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Zəfər Murtuzov (Z. Murtuzov kimi)
- Operator: Tərlan Babayev (T. Babayev kimi)
- Geyim rəssamı: N. Cəfərova
- Qrim rəssamı: Elbrus Vahidov
- Montaj edən: Gülşən Səlimova
- Rejissor assistenti: Xuraman Abbasova, Nizami Məmmədov
- Operator assistenti: Aydın Mustafayev
- Çalır: Rafiq Babayevin İdarəsi ilə İnstrumental Ansambl
- Filmin direktoru: Nadir Əliyev
- Mahnı ifa edən: Rafiq Babayev ("Əlvida" mahnısı) (titrlərdə yoxdur)
- Musiqisindən istifadə edilən bəstəkar: Frederik Şopen (titrlərdə yoxdur), Küçələrə su səpmişəm (Azərbaycan xalq mahnısı; titrlərdə yoxdur)
Rollarda
[redaktə | mənbəni redaktə et]- Meral Konrat — Təhminə
- Fəxrəddin Manafov — Zaur
- Zərnigar Ağakişiyeva — Zivər
- Həsən Məmmədov — Professor Zeynallı
- Larisa Xələfova — Mədinə
- Həsənağa Turabov — Dadaş
- Tofiq Mirzəyev — Muxtar
- Laura Rzayeva — Firəngiz
- Elmira Şabanova — Aliyə
- Füzuli Hüseynov — Spartak
- Məlik Dadaşov — Murtuz
- Dadaş Kazımov — Məmmədnəsir
- Eldəniz Rəsulov — Aspirant
- Georgi Ştil — Milis nəfəri starşina Lisiçkin
- Məbud Məhərrəmov — Zaurun iş yoldaşı
- Nuriyyə Əhmədova — Sima
- F. Əlicanov
- Mayak Kərimov — Qurban
- Tələt Rəhmanov — Ad günündəki qonaq
- V. Gersenzon — Ofisiant
- Kənan Məmmədov — Ad günündəki qonaq (titrlərdə yoxdur)
- Tanilə Əhmərova — Ad günündəki qonaq (titrlərdə yoxdur)
- Elbrus Vahidov — Ad günündəki qonaq (titrlərdə yoxdur)
- Emin Sabitoğlu — Ad günündəki qonaq (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
[redaktə | mənbəni redaktə et]- Nəcibə Hüseynova — Təhminə (Meral Konrat) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Mədinə (Larisa Xələfova) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli — Məmmədnəsir (Dadaş Kazımov) (titrlərdə yoxdur)
- Hacı İsmayılov — Zaurun iş yoldaşı (Məbud Məhərrəmov) (titrlərdə yoxdur)
Sponsor
[redaktə | mənbəni redaktə et]- Bakı Neftayırma Zavodu ("Azneftyağı")
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Azərbaycan filmlərinin siyahısı
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Təhminə (film, 1993) Full HD
- Zərnigar Atakişiyeva filmin çəkilişi barədə
- "Rəsul Quliyev istəmişdi ki, Təhminəni…"
- Meral Konrat: "Fəxrəddin Manafovun məndən üzr istəməsini gözləyirəm" — MÜSAHİBƏ
- Təhminənin Spartakla Azərbaycan rəqsi — VİDEO
- Fəxrəddin Manafov ilə görüş / "Təhminə" filmi