Eri (Pensilvaniya) — Vikipediya
Şəhər | |
Eri | |
---|---|
ing. Erie | |
42°07′46″ şm. e. 80°05′06″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Ştat | Pensilvaniya |
Rayon | Eri |
İcma | Eri |
Mer | Cozef Sinnot |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 18 aprel 1795[1] |
Sahəsi | 73 km² |
Mərkəzin hündürlüyü | 223 m |
Saat qurşağı | UTC−4 , yayda UTC−3 |
Əhalisi | |
Əhalisi | 99 452 nəfər (2014) |
Sıxlığı | 1.788 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 814 |
Poçt indeksi | 16501–16512, 16514–16515, 16522, 16530–16534, 16538, 16541, 16544, 16546, 16550, 16553–16554, 16563, 16565, 16501, 16505, 16510, 16512, 16515, 16533, 16534 |
Nəqliyyat kodları | 814 582 (təklif olunub) |
Digər | |
erie.pa.us (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Eri (ing. Erie) — ABŞ-nin Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi.[2] Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir.
Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır.
Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır.[3] Sahilində yerləşdiyi Eri gölünün parlaqlığına görə şəhər bəzən "Cəvahirat şəhəri" kimi də tanınır.[3] 1972-ci ildə şəhər Amerika Şəhər mükafatını qazanmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]İrokez Konfedrasiyasının 6 xalqı (Seneka xalqı da daxil) indiki Eri ərazisində məskunlaşmışdılar. Avropalılar bura ilk dəfə 1753-cü ildə fransızların Yeni Fransanı Böyük Britaniya işğalından qurtarmaq üçün Presk Ayl qəsrini tikdikləri dövrdə çatdılar. Hazırda bu qəsr ərazisinin yaxınlığında Presk Ayl Ştat Parkı yerləşir. "Preske-isle" fransız sözü olub, "yarımada" deməkdir (hərfi tərcümədə "az qala ada"). 1760-cı ildə fransızlar qəsri tərk edəndə bu onların qərbi Niaqarada son vəzifələri idi. Həmin il — Fransa-Hindistan müharibəsindən 3 il əvvəl britaniyalılar qəsri ələ keçirdilər.[4]
Eri mübahisəli olmuş Eri üçbucağı ərazisində yerləşirdi və bu ərazi Nyu York, Massaçusets, Pensilvaniya və Konnektikut ştatları tərəfindən iddia olunurdu. 1792-ci ilin 3 martında Konnektikut, Massaçusets və Nyu York öz iddialarını geri aldıqdan sonra hər hektarı 75 sentdən olmaqla Eri 151.640,25 $ qiymətə satıldı və Pensilvaniyanın bir hissəsi oldu. 1789-cu ilin yanvarında irokezlər federal dövlətdən aldıqları 1.200 $ və Pensilvaniya ştatından aldıqları 2.000 $ qarşılığında Erini tərk etdilər. Seneka xalqı isə ayrıca 1791-ci ilin fevralında 800 $ qarşılığında öz ərazi mübahisələrini geri çəkdilər.[5]
Pensilvaniya General Assambleyası Presk Ayl yaxınlığındakı ərazinin mənimsənilməsi üçün tapşırıq verdi, amma bu tapşırıq 18 aprel 1795-ci ildə yerinə yetirildi. Pyerr Çarlz L'Enfantın Vaşinqtondakı işini tamamlayan və Pensilvaniya ilə Nyu York arasındakı sərhədin müəyyən edilməsində köməklik göstərən Endru Ellikot 1795-ci ilin iyununda Eriyə gəldi və şəhər planı üzərində işləməyə başladı. Eridə ilk yaşayış məntəqələri də həmin il salındı.[5][6] Polkovnik Set Rid və onun ailəsi Nyu York ştatının Qeneva şəhərindən (daha əvvəl isə Massaçusets ştatının Aksbric şəhərində yaşayırdılar) Eri şəhərinə köçdü və beləliklə, Eri şəhərinin ilk sakinləri oldular.
1812-ci ildə ABŞ prezidenti Ceyms Medison şəhərin yaxınlığında dəniz donanması quraraq britaniyalıların əlindən Böyük göllər üzərindəki nəzarətini ələ almaq istəyirdi. Eri şəhərindən olan Daniel Dobbins (hazırda şəhərdəki körpülərdən biri onun adını daşıyır) və Nyu York ştatından olan Noa Braun tanınmış gəmi mühəndisləri idilər və onlar 4 artilleriya katerinin və 2 ikidorlu gəminin tikintisinə rəhbərlik etdilər. Oliver Azar Perri baş verəcək tarixi Eri gölü döyüşündə donanmaya rəhbərlik etmək üçün Rod-Aylenddən Eriyə gəldi.[7]
Eri şəhəri XIX əsrin ortalarında əhəmiyyətli balıqçılıq, dəmiryolu, gəmi tikintisi mərkəzi idi. Burada 3 dəmiryolu xətti kəsişirdi. Gecikmələr zamanı sərnişinlərin minməsində və boşaldılmasında, yükün satış və səyahətdə yaranan problemləri zamanı Eri şəhərindən dayanacaq kimi istifadə edirdilər. Dəmir yolları üçün standard ölçü təklif olunduqda Eri şəhərinin dəmiryol mərkəzi olmaması və bu işlərin yox olması təhlükəsi ortaya çıxdı. Merin başçılığı altında Eri sakinləri körpüləri yandırdılar, relsləri sökdülər, qiyam qaldıraraq dəmiryolları üçün standart ölçüyə etiraz etdilər. Bu hadisə tarixdə Eri dəmiryol müharibəsi adı ilə xatırlanır.[8]
3 avqust 1915-ci ildə Millkrik çayının suları şəhərin işgüzar hissəsini basdı. Drenaj borusu və ya tunel töküntülərlə tıxanmışdı və nəticədə boru xarab oldu.[9] Onun arxasınca şiddətli leysan səbəbi ilə 4 blok su hövzəsi yarandı. Nəticədə, daşqın üzündən 225 ev yerlə-yeksan oldu, 36 nəfər isə öldü.[9] Şəhəri sel basdıqdan sonra şəhər meri Mils Braun Kitts Millkrik çayının bölərək şəhərin altından 2 mil axmasına, daha sonra Presk Ayl körfəzinə tökülməsinə nail oldu.
XIX əsrdə şəhərin iqtisadiyyatı tənəzzül etməyə başladı və şəhərdə deindustrializasiya baş verdi. Eri şəhəri Paslı kəmərin bir hissəsi oldu. ABŞ emaledici sənayesinin əhəmiyyəti, polad və daş kömür istehsalı, balıqçılıq zəifləməyə başladı.[10] Şəhərin işgüzar hissəsi 1970-ci[10] illərdə əhali sayının tənəzzül etməsinə qədər böyüməyə davam etdi. Avtomobil dövrünün başlamasından sonra şəhər əhalisinin böyük hissəsi Millkrik kimi əhalisi 50 mindən çox olan şəhərətrafı qəsəbələrə köçdü.[10] Bu tənəzzülün rəsmi şəkildə qəbul edilməsindən sonra Eri sakinlər tərəfindən "Göldə səhv" və ya "Cansıxıcı Eri" adları ilə tanınmağa başlandı.[11]
1972-ci ildə Eri şəhəri Amerika Şəhər mükafatını qazandı. 1961, 1994, 1995 və 2009-cu illərdə bu mükafat üçün finalçı oldu.[12][13]
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Eri şəhəri 42°06′52″ şm. e. 80°04′34″ q. u.HGYO (42.114507, −80.076213) koordinatlarında,[14] Klivlend, Ohayo, Buffalo, Pittsburq, Nyu York arasında, Eri gölünün cənub sahilində yerləşir. Eri ərazisinin süxur daşları Devon dövrünə aid olub, alevrolit və gilli şistdən ibarətdir, üzərini isə bərk qaya gili və sandr örtür. Eridə çay sistemi Eri gölünün şimalına doğru axır, Ontario gölü və Müqəddəs Lavrentiya çayı vasitəsilə Atlantik okeanına tökülür. Erinin cənubunda drenaj sistemi bölünür. Burada bir çox çay Alleqeni və Ohayo çaylarının cənub istiqamətinə axır.[15]
ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata görə şəhərin sahəsi 49,9 km2-dır. Bunun 49,4 km2 hissəsini quru, qalan hissəsini su hövzəsi (1,03 %, 0,5 km2) təşkil edir. Presk Ayl yarımadasında məşhur Presk Ayl Ştat Parkı yerləşir və bu park yerli sakinlər tərəfindən sadəcə "Yarımada" olaraq çağırılır. Presk Ayl yarımadasında 11 kilometr uzunluğunda ictimai çimərlik, balıqçılıq üçün yerlər, bataqlıqlar yerləşir.
Eri şəhərinin işgüzar hissəsinin planı Perri kvadratı şəbəkəsi əsasında tikilib.[16] Şəhər mərkəzi ilə liman bölgəsini Bayfront parkı ayırır.[16] Eri şəhərində ən hündür struktur 81 metr hündürlüyündəki Müqəddəs Piter kilsəsi, ən hündür bina isə 60 metr hündürlüyündəki Renessans Mərkəzi binasıdır. Eridə kiçik etnik şəhərciklər mövcuddur. Bu cür şəhərciklərə Kiçik İtaliya aiddir. 38-ci küçənin cənubundan 1970-ci illərdən inkişaf edən şəhərətrafı qəsəbələrə yol açılır. Millkrik şəhərətrafı qəsəbəsi və Sammit şəhərətrafı qəsəbəsindəki Piç küçəsi Eri paytaxt ərazisinin inkişaf edən bölgələrindəndir.
Şəhər mənzərəsinin böyük hissəsini bərpa edilmiş və yenilənən fabrik binaları, tək ailəli evlər, orta-ölçülü mənzillər, ofis binaları formalaşdırır. Erinin liman bölgəsində Burger King amfiteatrı və onu çevrələyən park yerləşir, burada bir çox festival keçirilir. Bayfront Konvensiya Mərkəzi Dobbins körpüsü yaxınlığındakı Sassafras prisi üzərindədir. Presk Ayl Ştat Parkından baxdıqda üfüqdə, şəhərin mərkəzində, orta və böyük ölçülü binalarla çevrələnən İkiyüzillik qülləni görmək mümkündür. Liman bölgəsinin şərq qurtaracağında Eri Dəniz Muzeyi və kitabxanası yerləşir. Bu muzey böyüklüyünə görə Pensilvaniya ştatında 3-cüdür və burada məşhur "Niagara" gəmisi sərgilənir.
İqlim
[redaktə | mənbəni redaktə et]Eri şəhərinin iqlimi Böyük göllər üçün səciyyəvidir. Şəhər Klivlenddən Sirakuz və Uotertauna qədər uzanan Qar kəmərində yerləşir. Buna uyğun olaraq Erinin qışları soyuq keçir, amma arabir mülayim havanın yaranması yığılmış qarın əriməsinə səbəb olur. Eri rütubətli kontinental iqlim zonasında (Köppen iqlimi) yerləşir.[17] Şəhərdə bir çox iqlim hadisələri yaşanır: yağış, qar, buz, ildırımlar, duman. Şəhərin göl kənarındakı mövqeyi yay istisinin azalmasına kömək edir. İlin ancaq 3,8 günündə havanın temperaturu 32 °C-ni keçir. Eridə ən yüksək temperatur (38 °C) 25 iyun 1988-ci ildə qeydə alınıb. Eridə ilin 2,5 günündə havanın temperaturu −18 °C-dən aşağı düşür. Şəhərdə ən aşağı temperatur isə (-28 °C) 19 yanvar 1994-cü ildə və 16 fevral 2015-ci ildə müşahidə olunub.[18]
Eri "The Dailiy Beast" xəbər portalına görə ABŞ-nin 6-cı ən qarlı yeridir.[19] Burada qarın hündürlüyü o.h. 200 sm olur. Halbuki, 1981–2010-cu illərdə bu rəqəm 256 sm idi. Eridəki əlverişsiz qış şəraiti 1986-cı ildə USAir Flight 499-un Eri Beynəlxalq Hava Limanına təcili eniş etməsinə, 50 avtomobilin I-90 yolunda qalmasına səbəb oldu.[20][21]
Erinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 0,9 | 1,9 | 6,6 | 13,4 | 19,2 | 24,3 | 26,6 | 25,9 | 22,2 | 16 | 9,9 | 3,4 | 14,3 |
Minimum orta, °C | −6,2 | −6,1 | −2,5 | 3,4 | 9 | 14,7 | 17,5 | 16,9 | 13,2 | 7,4 | 2,6 | −3 | 5,6 |
Yağıntı norması, mm | 74,9 | 60,7 | 74,9 | 84,6 | 87,4 | 95,5 | 89,9 | 88,1 | 117,1 | 102,9 | 99,8 | 95 | 1.070,9 |
Mənbə: NOAA (1961–1990)[18][22][23] |
Demoqrafiya və din
[redaktə | mənbəni redaktə et]Erinin ştat və milli səviyyədə demoqrafiyası, 2010-cu ilin siyahıalmasına görə | |||
---|---|---|---|
Eri | Pensilvaniya | ABŞ | |
Cəmi əhali | 101.786 | 12.702.379 | 308.745.538 |
Əhalinin dəyişməsi %±, 2000−2010 | −1,9% | +3,4% | +9,7% |
Sıxlıq | 1.788,3/km2 | 109,4/km2 | 33,7/km2 |
Orta ev gəliri (1999) | 28.387 $ | 34.619 $ | 41.994 $ |
Bakalavr dərəcəsi | 17.4% | 22.4% | 24.4% |
Əcnəbi doğumu | 5.8% | 5.0% | 11.0% |
Avropoidlər | 75.0% | 81.9% | 72.4% |
Neqroidlər | 19.7% | 10.8% | 12.6% |
İspanlar | 6.9% | 5.7% | 16.3% |
Asiyalılar | 1.5% | 2.7% | 4.8% |
2010-cu ilin ABŞ siyahıalmasına görə Eri şəhərində 101.786 nəfər və 22.915 ailə yaşayır.[24] Şəhərdə 44.760 mənzil var. Erinin əhalisi uzun müddət fabriklərin azalması və biznesin qeyri-sərbəst olması üzündən azalırdı.[25] 1960-cı illərin əvvəllərindən günümüzə qədər olan dövrdə Eri əhalisinin 40.000 nəfərini itirdi və Allentaun şəhəri Filadelfiya və Pittsburqdan sonra Pensilvaniyanın ən böyük 3-cü şəhəri oldu.
İllərə görə əhali | |||
---|---|---|---|
İl | Əhl. | %± | |
1800 | 81 | — | |
1810 | 394 | 0% | |
1820 | 635 | 0% | |
1830 | 1.465 | 0% | |
1840 | 3.412 | 0% | |
1850 | 5.858 | 0% | |
1860 | 9.419 | 0% | |
1870 | 19.646 | 0% | |
1880 | 27.737 | 0% | |
1890 | 40.634 | 0% | |
1900 | 52.733 | 0% | |
1910 | 66.525 | 0% | |
1920 | 93.372 | 0% | |
1930 | 115.967 | 0% | |
1940 | 116.955 | 0% | |
1950 | 130.803 | 0% | |
1960 | 138.440 | 0% | |
1970 | 129.231 | 0% | |
1980 | 119.123 | 0% | |
1990 | 108.718 | 0% | |
2000 | 103.717 | 0% | |
2010 | 101.786 | 0% | |
Təxm. 2015 | 99.475 | [26] | 0% |
ABŞ onillik siyahıyaalma[27] 2013 Estimate[28] |
Erinin əhalisi yaş baxımından bərabər paylanıb, insanların orta yaşı 34-dür. Ailələrin 13 %-i, əhalinin 19 %-i yoxsul olduğu göstərilib. Eri əhalisinin böyük hissəsi avropalıların törəmələri təşkil edir.[29]
1990-cı illərin ortalarından etibarən 1919-cu ildə qurulmuş Eri Beynəlxalq İnstitutu keçmiş SSRİ, Bosniya və Herseqovina, Eritreya, Qana, İraq, Kosova, Liberiya, Nepal, Somali və Sudandan gəlmiş mühacirlərin köçürülməsində kömək edir. Qaçqınların Eri əhalisinə daxil edilməsi Erinin dini müxtəlifliyini artırır, burada mədəni festivalların keçirilməsinə səbəb olur.[30]
XX əsrin əvvəllərinə Eri şəhəri rus immiqrantlar üçün əhəmiyyətli yaşayış məntəqəsinə çevrildi. Rusların çoxu şəhərin liman bölgəsində yerləşən gəmi tikintisi müəssisələrində işləyirdilər. Böyük göllər ərazisi üçün qəribə olan əhəmiyyətli saydakı rusların çoxu Rus Pravoslav Kilsəsindən ayrılmış Qədim dindarlar idi. 1983-cü ildə bu cəmiyyətin böyük hissəsi Xarici Rusiya Pravoslav Kilsəsi ilə birləşdi və Qədim ritualistlər oldular.[31] Hazırda liman bölgəsində rusların keçmiş mərkəzinin yaxınlığında yerləşən qızıl qübbəli Nativiti kilsəsi[32] bu cəmiyyətə aiddir və burada ikonoqraf Feodor Yureviç rahiblik edib.[33]
Eridə ilk yəhudi cəmiyyəti 150 il əvvəl yarandı. Yəhudilik İslahatı Birliyinin bir hissəsi olan Anşi Həsəd məbədi dini lider Ravvi Con Buş tərəfindən idarə olunub. Brit Şolom Konqreqasiyası Mühafizəkar Yəhudilik Sinaqoq Birliyi ilə birləşdi və 1989-cu ildə Ravvi Leonard Lifşen dini liderləri oldu.[34]
Eri şəhəri həmçinin ştatda ən böyük olan və 13 əyaləti əhatə edən Eri yeparxiyasının mərkəzidir. Yeparxiyanın əsas binası 81 metr hündürlüyündə olan və iki 46 metrlik qüllələrlə əhatə olunan Müqəddəs Piter kilsəsidir. Lourens Tomas Persiko 1 oktyabr 2012-ci ildən Erinin baş keşişidir. Donald Trautman isə yeparxiyanın dini lideridir.[35]
Dini Məlumatlar Arxivi Assosasiyasına görə[36] 2000-ci ildə əhalisi 280.843 nəfər olan Eri əyalətində əhalinin 103.333 nəfəri xristinalığın katolik, 40.301 nəfəri protestanlığın əsas, 12.980 nəfəri prostestanlığın yevangel məzhəbinə mənsubdurlar.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Eri şəhəri Pensilvaniya ştatının Eri gölünə, Böyük göllər hövzəsinə və Müqəddəs Lavrenti Suyoluna əsas giriş nöqtəsidir. Şəhər Amerika inqilabı əsnasında dəniz mərkəzi kimi, ABŞ-nin qərbə doğru genişləndiyi dövrdə isə dəmiryolu mərkəzi kimi tanınıb. Sənaye inqilabı dövründə isə Eri dəmir və polad emalına görə əhəmiyyətli şəhərə çevrilmişdi və sənayesi XX əsrdə qədər inkişaf etdi.
XXI əsrin əvvəllərində General Electric şirkəti və teplovozların istehsalı Erinin iqtisadiyyatına təsir etdi. İri şirkətlər öz mövqelərini itirsələr də, müxtəlif orta ölçülü şirkətlər tanınmağa başlandı. İnkişaf edən iqtisadi bazaya sadəcə sürətli polad emalı və platik ləvazimatların hazırlanması deyil, turizm, siğorta, sağlamlıq kimi xidmət sektoru da aid idi. 2010-cu ilin dekabrına olan məlumata görə Eri əhalisinin sadəcə 8,9 %-i işsizdir. Pensilvaniya ştatında bu göstərici 8,5 %, ABŞ-də isə 9,4 % idi.[37]
Eri şəhərində Eri Siğorta Qrupunun və Marketta Əmanət Bankının baş qərargahları yerləşir. Lord Korporasiyası Eri şəhərində qurulub və bu şirkət əsas əməliyyatları hələ də Eridə həyat keçirir.[38] General Electric və Eri Siğorta Qrupu birlikdə əyalətin ən böyük şirkətləridir və buna görə də şəhərdə əyalət, ştat və federal hökumət orqanları yerləşir (eləcə də Eri Şəhər Məktəb Rayonu).[39]
ABŞ-də emal olunan plastik kütlənin 10 %-i Erinin payına düşür.[3] Eri bioyanacaq üzrə elmi-tədqiqat mərkəzi olmasına görə də tanınır. Şəhərdə ildə 45 milyon qallon bioyanacaq istehsal olunur.[40] Turizm getdikcə şəhər iqtisadiyyatında əhəmiyyətli rol oyanyır. Turistlərin böyük hissəsi Presk Ayl Ştat Parkını və digər maraqlı yerləri ziyarət edirlər. Ohayo, Nyu York ştatlarından, Kanadanın Ontario əyalətindən gələn müştərilər tez-tez Millcreek Mall və Piç küçəsindəki mağazalara baş çəkirlər.
UPMC Hamot və Sent Visent Sağlamlıq Qurumu şəhərdəki digər əhəmiyyətli iş yerləridir.[39] Amma getdikcə bu xəstəxanaların əhəmiyyətlətini itirməsi səbəbi ilə UPMC Hamot 2011-ci ildə Pittsburq Tibb Mərkəzi Universiteti ilə, 2012-ci ildə isə Sent-Visent Sağlamlıq Qurumu Klivlend Klinikası ilə birləşmişdir.[41][42][43] ABŞ Veteranlar İşləri Nazirliyi Şərq 38-ci küçədəki Eri Veteranlar Tibb Mərkəzinə nəzarət edir. Shriners isə 1927-ci ildən Shriners Uşaq Xəstəxanasını idarə edir.[44]
Komunal xidmətlər
[redaktə | mənbəni redaktə et]1865-ci ildə Eri Su və Qaz Kompaniyası adı ilə qurulmuş Eri Su İşləri su hövzəsinə, iki su təmizləmə müəssisəsinə və şəhər ilə şəhərətrafı qəsəbələri su ilə təchiz edən su boruları şəbəkəsinə malikdir. FirstEnergy şirkətinin filialı olan Penelec və Touchstone Energy regionu elektrik ilə təchiz edir. Time Warner Cable isə şəhərin əsas kabel televiziyası provayderidir (Adelphia isə ikincidir) və regionu həm də sürətli internet və İP telefoniya ilə təmin edir. Şəhərin bir digər əhəmiyyətli internet provayderi isə Verizondur.
Çirkab və yağış sularının təmizlənməsinə Eri Kanalizasiya Qurumu nəzarət edir və şəhərin uzaq bölgələri də bu qurumla əməkdaşlıq edir. Qurum hər gün təxminən 30–40 milyon qallon (150.000 m3) çirkab suyu təmizləyir.[45]
Eridə temperatur və saatı öyrənmək üçün 452–6311 telefon nömrəsindən istifadə olunur və əvvəlcə 2008-ci ilin oktyabrında Verizon tərəfindən kəsildi, 2010-cu ildə isə yenidən bərpa olundu.[46] Eri şəhərinin və Pensilvaniyanın şimal-qərbinin nəqliyyat kodu 814-dür. 2010-cu ilin 16 dekabrında Pensilvaniya İctimai Komunal Xidmətlər Komissiyası nəqliyyat kodlarının ayrılması üçün səsvermə keçirdi və 2012-ci ilin 1 fevralında bu qərar qüvvəyə mindi.[47] Şimali Amerika Nömrələmə Planı şimal-qərbi Pensilvaniyanın yeni nəqliyyat kodunun 582 olmasına qərar verdi. Yerli vətəndaşlar bu qərara qarşı çıxdılar və qərarın yenidən baxılması üçün bir çox ərizə yazıldı. Pensilvaniya İctimai Komunal Xidmətlər Komissiyası tez bu qərara yenidən baxılması üçün səsvermə keçirdi.[48] Nəqliyyat kodlarının ayırma planının NEUSTAR tərəfindən 2015-ci ildə müzakirə ediləcəyi qərara alındı.[49]
İncəsənət və mədəniyyət
[redaktə | mənbəni redaktə et]Eri şəhərində bir neçə peşəkar və həvəskar incəsənət qrupu ilə rastlaşmaq olar. Ən əhəmiyyətlisi 1913-cü ildən aramsız (İkinci dünya müharibəsi dövrü istisnadır) fəaliyyət göstərən Eri filarmonik orkestrıdır. Peşəkar musiqiçilərdən ibarət bu orkestrın xor qrupu və bölgədə konsertlər verən gənclərdən ibarət orkestrı da var. "The Lake Erie Ballet" isə bütün il ərzində məşhur proqramlar keçirən qruppadır.[50] Eri Şəhər Musiqi Assosasiyası sponsorlar cəlb edir və dünyanın müxtəlif yerlərindən gələn peşəkar musiqiçilərin, müğənnilərin, estrada artistlərinin və musiqi ansambllarının Eridə konsert keçirməsinə nail olur.[51]
Ştat küçəsindəki Qədim gömrükxanada yerləşən Eri İncəsənət Muzeyi şəhərin əsas incəsənət qalereyasıdır. Kolleksiyasında əsasən xalq incəsənəti və müasir incəsənət nümunələrinə rast gəlmək olar. Bura bəzən blüz və caz qruplarına ev sahibliyi edir. Eri İncəsənət Muzeyi şəhəri inkişaf etdirmək və canlandırmaq üçün müxtəlif incəsənət layihələri üzərində ciddi səylə çalışır. 2000-ci ildə Eri İncəsənət Muzeyi İnəklər paradı layihəsinə çox oxşayan GoFrish adlı layihəni həyata keçirmişdi. Eri rəssamları tərəfindən 95 ədəd şüşə balıq hazırlandı və şəhərin hər tərəfində yerləşdirildi. Layihə təşkilatçıları hər balıq üçün 3.000 $ ödədilər, gəlir isə Qannon Universitetinin Təqaüd Fonduna və Eri İctimai İncəsənət İanə Fonduna verildi.[52] Eri İncəsənət Universiteti 2004-cü ildə bu layihəyə bənzər başqa bir layihə keçirdi. Amma bu dəfə mövzu kimi balıqlar deyil, qurbağalar əsas götürüldü.[53] 2012-ci ildə Eri İncəsənət Universiteti yerli rəssamlar tərəfindən yaradılmış və dizayn edilmiş gözəl və funksional 40 velosiped dayancağını təqdim etdi.[54] Muzeyin məqsədi Erinin işgüzar hissəsinə maraq və rəng qatmaq, velosipedlərə olan marağı artırmaq, ətraf mühiti və insan sağlamlığını qorumaqdır.[55]
Erinin işgüzar hissəsində yerləşən tarixi və təmtəraqlı Uorner teatrından silsilə tamaşalar keçirilir. 1980-ci illərdə və 2007-ci ildə təmir olunan teatr binası Eri Şəhər Mərkəzinin diqqət mərkəzindədir.[56] İşgüzar hissədə ABŞ-nin ən qədim 3-cü teatrı olan və əyalətin ən məşhur teatrlarından biri olan Eri teatrı yerləşir.[57] 2007-ci ildən illik "Sahildə nərinti" motosiklet yarışı Eridə baş tutur.
6-cı Qərb küçəsində şəhərin varlı təbəqəsi yaşayır. Bu küçə boyunca XIX əsr Viktoriya dövründən qalma imarətlər yerləşir. Con Hill evi Eridə ən görkəmli iqamətgahlardan biridir. Mayak küçəsində Eri mayakı yerləşir.[58] Bu mayak 1818-ci ildə tikilib və 1867-ci ildə indiki yerinə yerləşdirilib.
Dobbins körpüsü yaxınlığında yerləşən İkiyüzillik qüllə 1995–1996-cı illərdə şəhərin ikiyüzillik yubileyi münasibətilə tikilib. 57 metrlik hündürlüyə malik bu qüllədən Eri gölünü və şəhərin işgüzar hissəsini rahat görmək mümkündür. Bu qüllənin şərqində Blasko kitabxanası və Eri Dəniz Muzeyi yerləşir. 28 fevral 2007-ci ildə açılan "Presque Isle Downs" Pensilvaniya ştatında 4-cü, Qərbi Pensilvaniyada isə 1-ci rəsmi kazinodur.[59] Kazinoda stolüstü oyunların keçirilməsinə 8 iyul 2010-cu ildə başlanılıb.[60]
Eri şəhərində bir çox film də çəkilib. 1996-cı ildə Tom Henksin rejissorluğu ilə çəkilmiş "Sənin etdiyin!" filmində "Möcüzələr" musiqi qrupunun Eridə yaşadığı göstərildi. 1987-ci ildə çəkilmiş "Uol-strit" filmindəki "Anacott Steel" şirkətinin yerləşdiyi şəhər kimi təsvir olundu. Eri şəhərinin ən tanınmış musiqi qrupu "Train" musiqi qrupudur. Şəhərin tanınmış şəxsiyyətləri arasında yazıçı Mark Braun da var.
Media
[redaktə | mənbəni redaktə et]Eri şəhərinin yeganə gündəlik qəzeti "Erie Times-News"-dur. "Nielsen N. V." 2011-ci ildə ABŞ-nin 210 ən böyük televiziya bazarında Erini 144-cü yerdə göstərmişdir.[61] Eridə WICU-TV (NBC), WJET-TV (ABC), WFXP (FOX), WSEE-TV (CBS) və WSEE-DT2 (CW) kimi televiziya stansiyaları ilə əməkdaşlıq edən stansiyalar fəaliyyət göstərir. WQLN İctimai Radioverilişləri Xidmətinin üzvüdür və bu kanal Kanadanın Ontario əyalətində yerləşən London şəhərində də yayımlanır. Şəhərdə fəaliyyət göstərən kabel televiziyalarına Time Warner Cable, DirecTV və Dish Network aiddir. Eridə bir neçə FM və AM radio stansiyaları da fəaliyyət göstərir.
İdman
[redaktə | mənbəni redaktə et]Eri şəhəri bir neçə yarı-peşəkar və peşəkar idman komandalarına ev sahibliyi edir. "Eri SiVulvz" beyzbol klubu "Detroyt Tayqers" klubunun filialı kimi Şərq Liqasında mübarizə aparır. "Eri Otters" buzüstü hokkey klubu isə Ontario Hokkey Liqasında çıxış edir. "Eri BeyHavks" basketbol klubu isə NBA İnkişaf Liqasının üzvüdür. "Eri İlluyşın" qadın reqbi komandası isə ABŞ Qadınlar Futbol Liqasının üzvüdür. Hokkey və basketbol oyunları Eri Siğorta Arenada baş tutur. Minor Basketbol Liqasının oyunları isə Cerri Uyt Parkda keçirilir.
Qannon, Mersiurst, Edinboro Universitetlərinin və Behrend kollecinin Amerika Kollec İdman Qurumu ilə əlaqədar idman proqramları var. Yerli ali təhsil ocaqları PMİA-nın 10-cu zonasının idman yarışlarında iştirak edir. Bundan əlavə, Kafedral Hazırlıq Məktəbi 2010-cu ildən hər il mütəmadi olaraq 4 komandanın iştirakı ilə "Burger King Classic" adlı basketbol turniri keçirir. Sxolastik idmanlar əsasən məktəblərdə və ictimai parklarda baş tutur. Mersiust Buz Mərkəzi, JWC Buz Mərkəzi, Ailəvi Birinci İdman Parkı və Eri Veteranlar Xatirə Stadionu şəhərdəki ən böyük idman kompleksləridir.
Qrinfild şəhərətrafı qəsəbəsində yerləşən 0,6 km uzunluğundakı Eri Gölü Sürət Yolu NASCAR tərəfindən təsdiqlənmiş avtodromdur. Sammit şəhərətrafı qəsəbəsindəki "Presque Isle Downs" kazinosunun yaxınlığında at yarışları keçirilir.
Klub | Liqa | İdman | Stadion | Yaranma tarixi | Çempionluq |
---|---|---|---|---|---|
"Eri SiVolvz" | Şərq Liqası | Beyzbol | Cerri Uyt Park | 1995 | 0 |
"Eri BeyHavks" | NBA İnkişaf Liqası | Basketbol | Eri Siğorta Arena | 2008 | 0 |
"Eri Otters" | Ontario Hokkey Liqası | Buzüstü hokkey | Eri Siğorta Arena | 1996 | 1 |
"Eri Kommodors" | Milli Premyer Futbol Liqası | Futbol | Makkonnel Ailəsi Stadionu | 2009 | 0 |
"Eri İlluyşın" | ABŞ Qadınlar Futbol Liqası | Qadın futbolu | Eri Veteranlar Xatirə Stadionu | 2003 | 0 |
İstirahət
[redaktə | mənbəni redaktə et]Eri şəhərinin Eri gölünün sahilində yerləşməsi bütün il boyunca insanlar açıq havada istirahət etməsinə zəmin yaradır. Şəhərin ən böyük və ən məşhur parkı Presk Ayl Ştat Parkıdır. Bu parkı ildə 4 milyondan çox insan ziyarət edir.[62] Regionda həmçinin üzümçülüyə böyük əhəmiyyət verilir və şərab istehsalına görə Eri ABŞ-də 3-cü yeri tutur.[2]
Eri şəhərinin işgüzar hissəsi Təbii Milli Mənzərə[62] olan Presk Ayl Ştat Parkı ilə əhatə olunub. Böyük göllər suyolu Erinin işgüzar hissəsinin içindən göl sahili boyunca uzanır. Presk Ayl Ştat Parkının yaxınlığında yerləşən Tom Ric Ekologiya Mərkəzinin sahəsi 650 m2-dır.[63]
Turistlərin ziyarət etdikləri digər yerlərə isə Bayfront Konvensiya Mərkəzi, ən yuxarı mərtəbəsindən Eri gölünün göründüyü İkiyüzillik qüllə, Erinin işgüzar hissəsində yerləşən Dobbins körpüsü, Eri mayakı və "Niagara" gəmisinin sərgiləndiyi Eri Dəniz Muzeyi aiddir. Milkrik şəhərətrafı qəsəbəsində, Piç küçəsində yerləşən və sahəsi 240.000 m2 olan Millcreek Mall ABŞ-nin ən böyük ticarət mərkəzlərindən biridir.[64] Splash Lagoon akvaparkı ABŞ-nin şərqində ən böyük, ABŞ-də isə ən böyük 3-cü akvaparkdır.[57] Presk Ayl Ştat Parkında yerləşən Uoldemar parkı Pensilvaniyanın ən qədim 4-cü, ABŞ-nin isə ən qədim 10-cu əyləncə parkıdır.[65]
İdarəetmə
[redaktə | mənbəni redaktə et]Eri şəhəri Pensilvaniya ştatının qəbul etdiyi qərara əsasən 3-cü sinif şəhərdir.[66] Şəhər mer-şura hökuməti tərəfindən idarə olunur. Hökumət merdən, xəzinədardan, müfəttişdən və 7 üzvü olan şəhər şurasından ibarətdir. Şəhərin idarəsinə seçilən şəxslər bu vəzifələrində 4 il qala bilərlər.[66] Mer CEO-dur, şəhər şurası isə qanunlar hazırlayır. Şəhər şurası iclaslarını Mario Baqnoni Şura Zalında keçirir. Demokrat Partiyasının üzvü Cozef Sinnot Eri şəhərinin meridir və o bu vəzifəyə ilk dəfə 2005-ci ildə seçilib. Suzan DiVeççio xəzinədar, Kazimir Kvitovski isə şəhər müfəttişidir.[67] 2013-cü ilin yanvarına əsasən şəhər şurası bu şəxslərdən ibarətdir:[68]
- Cim Vinarski (D)
- Devid Brennan (D)
- Con Evans (R)
- Cessiko-Uron Kunko (D)
- Kurtis Cons (D)
- Robert Merski (D)
- Melvin Viterspun (D)
Vergi gəliri sayəsində şəhər əhalisini polislərlə və yanğınsöndürənlərlə təmin edir. Üçaylıq ödənişlər şəhərin tullantı, su, velosiped, kanalizasiya xidmətlərinə xərclənir. Eri Polis Departamaneti şəhərdə qanunun keşiyində tutur və şəhərdə Endi Boversin başçılığı altında 173 polis fəaliyyət göstərir. Eri Yanğın Departamenti isə günün bütün zamanlarında işləməyə hazırdır və departamentin 150 işçisi vardır. Onlar Toni Polun başçılığı altında işləyirlər. Şəhərdə hal-hazırda 6 yanğınsöndürmə məntəqəsi yerləşir və onlar 52 km2 əraziyə nəzarət edirlər. Şəhər Sammit, Milkrik şəhərətrafı qəsəbələrində və Şərq əyalətində yerləşən yanğınsöndürmə məntəqələrinə qarşılıqlı kömək edir.
Pensilvaniya 3-cü konqres bölgəsində Eri ən böyük şəhərdir və konqresdə 2010-cu ildə seçilən Respublikaçılar Partiyasının üzvü Mayk Kelli ilə təmsil olunur. Respublikaçı və 49-cu bölgədən olan Ceyn Örl 1997-ci ildən Erini Pensilvaniya Ştat Senatında təmsil edirdi. Onun yerinə isə 2012-ci ildə Demokrat Partiyasının üzvü Sin Uiley gəldi. Eri şəhəri Pensilvaniya Nümayəndələr Evinin 1-ci və 2-ci bölgələrinin tərkib hissəsidir və Demokrat Partiyasının üzvləri Patrik Harkins və Florindo Fabrizio tərəfindən təmsil olunur.[69]
Təhsil
[redaktə | mənbəni redaktə et]Eri Şəhər Məktəb Rayonunda 12.527 nəfər təhsil alır.[70] Rayonda 23 məktəb yerləşir: ibtidai, orta, ali məktəblər. İctimai məktəblərlə yanaşı Eridə 40-dan çox özəl məktəb və akademiya vardır. Betel Xristianlıq Məktəbi Eridə yerləşir.
Eridə 4 lisey və akademiya — Sentral Tex liseyi, İst Hay liseyi, Şimal-qərbi Pensilvaniya Kollegial Akademiyası, Stronq Vinsent Liseyi, 3 katolik liseyi — Kafedral Hazırlıq Məktəbi, Mersiurst Hazırlıq Məktəbi, Villa Mariya Akademiyası vardır. Milkrik və Lourens Park şəhərətrafı qəsəbələrində isə Makdauel liseyi və İrokez liseyi yerləşir.
Eri şəhəri bir neçə kollece və universitetə ev sahibliyi edir. Eri Gölü Osteopatik Tibb Kolleci böyük bir tibb təhsil mərkəzidir. Kollecin Florida ştatının Bradenton və Pensilvaniya ştatının Qrinsburq şəhərlərində tələbə şəhərcikləri var. Kollecdə hal-hazırda 3.000 tələbə təhsil alır.[71]
Behrend Kolleci 40-dan çox dərəcə təklif edir. Kollecin 4.400 təhsil alan tələbəsi vardır.[72]
Erinin işgüzar hissəsində katolik Qannon Universiteti yerləşir. Şəhərin cənub-şərqində isə bir digər katolik təhsil ocağı olan Mersiurst Universiteti yerləşir.
Eri şəhərinin və əyalətinin, eləcə də Eri Şəhər Məktəb Rayonunun məmurları 2006-cı ildə şəhərdə ictimai bir kollecin qurulması üçün müzakirələr aparmağa başladılar.[73] 2008-ci ilin yanvarına qədər şəhər məmurları və Behrend Kollecinin, Qannon Universitetinin və Mersiurst Universitetinin rəsmi nümayəndələri 2009-cu ilin sentyabrında Şimal-qərb Pensilvaniya İctimai Kollecinin yaradılması haqqında qərar qəbul etdilər.[74]
Eri şəhərində Barber Milli İnstitutu və Elizabet Li Blek Məktəbi yerləşir. Elizabet Li Blek Məktəbində əqli çatışmazlıqları olan uşaqlar və böyüklər təhsil alırlar. Məktəbin Filadelfiya və Pitsburq şəhərlərində filialları var.[75] Müvəffəqiyyət Mərkəzi isə əqli və fiziki qüsurları olan 21 yaşa qədər şəxslərin ehtiyaclarını qarşılayır. Eridəki ictimai kitabxanalar Eri əyalətinin kitabxana sisteminin bir hissəsidir. Blasko kitabxanası 1996-cı ildə açılıb və adını onun havadarından alıb.[76] Bu kitabxana Pensilvaniya ştatındakı ən böyük 3-cü kitabxanadır.[77] Bu kitabxana Eri Dəniz Muzeyi ilə əlaqələnir və ikisi də sahilyanı abadlıq layihəsinin tərkib hissələridir. Bu layihəyə Bayfront Konvensiya Mərkəzi və İkiyüzillik qüllə də daxildir.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Eri şəhəri ABŞ ştatlararası avtomagistralı ilə əlaqələnib. Bostondan Sietla qədər uzanan I-90 avtomagistralı boyunca Eri şəhərinin 6-cı çıxışı yerləşir və bu avtomagistral böyük əhəmiyyət daşıyır. Eri şəhəri Qərbi Virciniyaya və Pitsburqa qədər davam edən I-79 avtomagistralının şimal dayanacağıdır. "Cənub avtomagistralı" kimi də adlandırılan I-86 avtomagistralının qərb dayanacağı Eri ilə Nort İst arasındakı I-90 avtomagistralı üzərində yerləşir. I-86 avtomagistralı Nyu Yorkdan Birqemptona qədər davam edir. Bayfront avtomagistralı isə Harbokrikdə I-90 avtomagistralından başlayıb Bayfront park yoluna və şəhərin işgüzar hissəsinə qədər uzanır, şəhərin şərqi boyu davam edərək qərbdə I-79 yolu ilə birləşir. Şəhərdəki əsas küçələr 12-ci, 26-cı, 38-ci küçələr, eləcə də Piç küçəsidir. Piç küçəsi şimal dayanacağı Eri şəhərində yerləşən və Meksika körfəzinə qədər uzanan US 19 avtomagistralının bir hissəsidir. Şəhərdəki digər əhəmiyyətli avtomagistral Suyolu kimi də tanınan PA 5-dir. Bu avtomagistral boyunca 6-cı, 8-ci, 12-ci küçələr və İst Leyk yolu yerləşir. Şəhərdən US 20 avtomagistralı da keçir. Ştat küçəsi tərəfindən şəhər qərbə və şərqə bölünür.
Eri Mitropolit Tranzit Qurumu "e" adlandırılan şəhər avtobus sisteminə nəzarət edir. Şəhər avtobusları həftənin yeddi günü xidmət göstərir, həftədə iki dəfə isə əyalətin bəzi bölgələrinə səyahətlər həyata keçirir. Şəhərlərarası avtobuslar Buffalo, Pitsburq və Klivlend şəhərlərinə səyahət edirlər və xidmət Greyhound Lines tərəfindən idarə olunur. Buffalo və Klivlendə səyahətlər Coach USA tərəfindən də həyata keçirilir. Hər iki qurum avtobus xidmətinə 2002-ci ildə açılan və Holland küçəsində yerləşən İntermodal Nəqliyyat Mərkəzindən nəzarət edir.
Nyu York Mərkəzi dəmiryolunun bir hissəsi Eridən keçir. CSX yük qatarları üçün burada əhəmiyyətli dəmiryol qovşağı yerləşir. Nikel Pleyt dəmiryolunun yaxınlığında salınan Norfolk Cənub dəmiryolunun əsas xətti Eri şəhərindən keçir. Əvvəllər bu dəmiryolunun bir hissəsi 19-cu küçənin ortasından keçirdi, amma 2002-ci ildə bu aradan qaldırılmışdır.[78] Sərnişin qatarları xidməti ilə Amtrak məşğul olur. Eri şəhərində ən böyük vağzal 14-cü küçədə yerləşən vağzal İttifaq vağzalıdır.
Eri Beynəlxalq Hava Limanı (IATA kodu: ERI; IACO kodu: KERI) şəhərin 5 km qərbində yerləşir və ümumi aviasiyaya, çarterə və hava yolu xidmətinə malikdir. United Airlines vasitəsilə Çikaqo O'Hare Beynəlxalq Hava Limanına, US Airways vasitəsilə Filadelfiya Hava Limanına, Delta Air Lines vasitəsilə Ueyn Əyalət Hava Limanına birbaşa reyslər həyata keçirilir.[79]
Eri Limanı Presk Ayl körfəzində yerləşir. Presk Ayl yarımadası özü burada təbii liman əmələ gətirmişdir. Bu liman Böyük göllər hövzəsi üzərində yük daşınmasında böyük əhəmiyyət daşıyır. Eri-Qərbi Pensilvaniya Liman Qurumu yay aylarında şəhərin işgüzar hissəsində Azadlıq parkı ilə Dobbins körpüsü arasında su taksisi xidməti verir.[80]
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]Eri şəhərinin Sister Cities İnternational tərəfindən təyin olunmuş 4 qardaş şəhəri var:
- Danqarvan, İrlandiya (2007)[81]
- Lublin, Polşa (1999)[82]
- Merida, Yukatan, Meksika (1973)
- Tsibo, Şandun, Çin (1985)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Chapter MDCCCXLIV", p. 240
- ↑ 1 2 "Interesting Facts about Erie County". Erie County Government. 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-21.
- ↑ 1 2 3 [www.erie.pa.us/AboutErie/Facts/tabid/80/Default.aspx "About Erie"] (#bad_url). The City of Erie. 2010. 2013-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2011.
- ↑ History of Erie County, p. 503.
- ↑ 1 2 Nelson, pp. 103−104.
- ↑ History of Erie County, pp 505−506.
- ↑ "History of Erie County", pp. 299, 306.
- ↑ Rhodes, James Ford. History of the United States from the compromise of 1850. 3. New York, New York: Harper & Brothers. 1900. səh. 21.
- ↑ 1 2 "Erie's Blackest Day & Other Accounts of Phenomenal Weather" (PDF). Erie County Historical Society. October 2008. səh. 2. July 24, 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: August 29, 2010.
- ↑ 1 2 3 "Erie Detailed History". City-data.com. 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-22.
- ↑ "From the Editors". ErieReader.com. Flagship Multimedia, Inc. October 1, 2013. December 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2013.
We complain about the weather. Or that there's no culture here. Or that Erie's just plain ugly. The mistake on the lake. Dreary Erie.
- Miller, Jamie Lynn. "A Cactus Story". SaltMagazine.com. Salt Magazine. December 2013. December 19, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 17, 2013.
Originally from Erie, Pennsylvania — Dreary Erie, says Ron, the Mistake on the Lake — his nursing career led him to Kentucky ...
- Wheaton, Kristan J. "Erie's top competitor? Answer may surprise you". IISMU.org. Institute for Intelligence Studies At Mercyhurst University. June 21, 2013. July 10, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 17, 2013.
No, for us it is 'dreary Erie' or 'the mistake on the lake.' We don't talk, much less brag, about how we've changed and adapted to a difficult and complex world ...
- Miller, Jamie Lynn. "A Cactus Story". SaltMagazine.com. Salt Magazine. December 2013. December 19, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 17, 2013.
- ↑ Frederick, Robb. "Erie falls in award contest". Erie Times-News. June 20, 2009. June 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2009.
- ↑ "Past Winners of the All-America City Award". National Civic League. 2011. July 17, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 3, 2011.
- ↑ "US Gazetteer files: 2010, 2000, and 1990". United States Census Bureau. 2011-02-12. 2006-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-23.
- ↑ "General Geology Report 32". Pennsylvania Geological Survey. 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-02.
- ↑ 1 2 City of Erie, Erie County (PDF) (Xəritə). Type 5C. Pennsylvania Department of Transportation. September 23, 2008. İstifadə tarixi: February 2, 2011.[ölü keçid]
- ↑ Kottek, Marcus; Greiser, Jürgen; və b. "World Map of Köppen−Geiger Climate Classification". Meteorologische Zeitschrift. 15 (3). İyne 2006: 261. doi:10.1127/0941-2948/2006/0130.
- ↑ 1 2 "NOWData - NOAA Online Weather Data". National Oceanic and Atmospheric Administration. 2020-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ "America's 20 Snowiest Cities, from Denver to Duluth, Buffalo to Billings". The Daily Beast. Dekember 27, 2010. 2011-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: Dekember 29, 2010.
- ↑ "50-car pileup on snowy Erie highway". USA Today. Associated Press. Yanuary 26, 2007. 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2007.
- ↑ "Accident Report". National Transportation Safety Board. 2007-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-29.
- ↑ "PA Erie INTL AP". National Oceanic and Atmospheric Administration. 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ "WMO Climate Normals for Erie/INT'L ARPT, PA 1961–1990". National Oceanic and Atmospheric Administration. 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ Erie, PA Population and Races Arxivləşdirilib 2018-10-11 at the Wayback Machine USA.com. Retrieved Oct. 3, 2013
- ↑ "Erie Population Profile". City-data.com. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-28.
- ↑ "Annual Estimates of the Resident Population for Incorporated Places: April 1, 2010 to July 1, 2015". June 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2016.
- ↑ United States Census Bureau. "Census of Population and Housing". February 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2013.
- ↑ "Annual Estimates of the Resident Population: April 1, 2010 to July 1, 2013". May 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 11, 2014.
- ↑ "Erie Social and Demographic Information". helloerie.com. 2007-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-21.
- ↑ "International Institute of Erie−Home". International Institute of Erie. 2007-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-06-15.
- ↑ "Church of the Nativity: Our Parish, retrieved 6-23-2008". 2008-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-21.
- ↑ "Church of the Nativity". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-25.
- ↑ "Russian Orthodox Bishops". Russian Orthodox Outside Russia. 2007-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-26.
- ↑ "Tah Erie". 2008-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-26.
- ↑ Massing, Dana. "New Catholic bishop named for Erie". Erie Times-News. August 1, 2012. August 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2012.
- ↑ The ARDA Database has no precise figures on the membership of African American churches, so it provides an estimate of 25,000 members. The two Russian orthodox churches list no membership numbers. The Salvation Army lists over 4,000 members. Jews were under 1,000 and Quakers showed no membership.[1] Arxivləşdirilib 2007-03-10 at the Wayback Machine Retrieved on June 1, 2007.
- ↑ Martin, Jim. "Erie County's unemployment rate dips below 9 percent". Erie Times-News. February 1, 2011. September 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2011.
- ↑ McNeel, Rick. "Lord History". Lord Corporation. 2010-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-25.
- ↑ 1 2 "Erie County, Top 50 Employers" (PDF). Harrisburg, Pennsylvania: Pennsylvania Department of Labor and Industry. September 24, 2010. İstifadə tarixi: February 2, 2011.[ölü keçid]
- ↑ Carroll, Jim. "Biodiesel could fuel economy". Erie Times-News. 2006-07-06. 2018-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-02.
- ↑ Bruce, David. "Erie hospital now officially UPMC Hamot". Erie Times-News. February 2, 2011. July 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2011.
- ↑ Bruce, David. "Saint Vincent to affiliate with Cleveland Clinic". Erie Times-News. Oct 23, 2012. July 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: Jan 17, 2014.
- ↑ Bruce, David. "Highmark, Saint Vincent formally announce deal". Erie Times-News. July 10, 2013. October 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: Jan 17, 2014.
- ↑ "Imagine America Foundation". 2013-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-22.
- ↑ "Erie Sewer Department". The City of Erie. July 6, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 21, 2007.
- ↑ Leonardi, Ron. "Q & A with Patrick Jones, who resurrected time and temperature phone line". Erie Times-News. December 27, 2010. October 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2011.
- ↑ "PUC: 582 Named as New Area Code for Portions of 814 Changing in 2012" (Press-reliz). Pennsylvania Public Utility Commission. December 21, 2010. March 8, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2011.
- ↑ "PUC Agrees to Further Review Decision in 814 Area Code Relief Case, Plans Additional Public Hearings, Technical Conferences" (Press-reliz). Pennsylvania Public Utility Commission. January 13, 2011. March 8, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2011.
- ↑ "PUC puts 814 split on hold" (Press-reliz). 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
- ↑ "Lake Erie Ballet". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-25.
- ↑ "Erie Civic Music Association". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-25.
- ↑ Hubert, Tom. "Baked Fish". Ceramics Monthly. İstifadə tarixi: 27 September 2012.
- ↑ Paris, Vanessa W. LeapFrog! the Ribbitting Tale: 2004 Lake Erie Art Project. Erie, Pennsylvania: Erie Art Museum. 2004. ISBN 978-0-9709282-8-3.
- ↑ Erwin, Erica. "Erie Art Museum unveils latest public art project". Erie Times-News. 14 September 2012. 26 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2012.
- ↑ "Bike Rack Public Art". Erie Art Museum. 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-24.
- ↑ "Warner Renovations Unveiled". WSEE-TV. March 23, 2007. 2018-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-21.
- ↑ 1 2 Erie Area Convention and Visitors Bureau. "ERIE 2007–2008 All Seasons Visitors Guide". Erie. 2007.
- ↑ "Inventory of Historic Light Stations Pennsylvania Lighthouses−Erie Land Lighthouse". The National Park Service. 2013-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-30.
- ↑ Miller, George; Thompson, Lisa. "$8.9 million take". Erie Times-News. March 2, 2007. June 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2011.
- ↑ Guerriero, John. "Table games and equipment arrives at Presque Isle Downs". Erie Times-News. June 22, 2011. June 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2011.
- ↑ "Local Television Market Universe Estimates" (PDF). Nielsen Company. 2010. səh. 4. March 4, 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: February 3, 2011.
- ↑ 1 2 "Presque Isle State Park". Pennsylvania Department of Conservation and Natural Resources. July 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 21, 2007.
- ↑ "TREC Features". Tom Ridge Environmental Center. 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-25.
- ↑ "Largest Shopping Malls in the United States". Eastern Connecticut State University. June 23, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 3, 2011.
- ↑ National Scenic Byways Program. "Waldameer Park and WaterWorld". Federal Highway Administration. 2011-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-27.
- ↑ 1 2 The Pennsylvania Manual, p. 6–5.
- ↑ "Erie County Elected Officials", p. 6.
- ↑ [www.erie.pa.us/CityCouncil/CityCouncilMembers/tabid/61/Default.aspx "Erie City Council Members"] (#bad_url). City of Erie Government. İstifadə tarixi: 2 January 2013.
- ↑ The Pennsylvania Manual, p. 3–162.
- ↑ "Erie City School District Profile". GreatSchools.com. 2009-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-21.
- ↑ "Facts You Should Know About LECOM". LECOM. 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-28.
- ↑ https://psbehrend.psu.edu/about-the-college Arxivləşdirilib 2015-03-26 at the Wayback Machine. Retrieved March 28, 2015.
- ↑ Flowers, Kevin, DiVecchio to Visit Community College, Erie Times-News, may 10, 2007, pg 6B; Exploratory trips have included visits to Lehigh Carbon Community College near Allentown, Pennsylvania in November 2006, and Sinclair Community College in Dayton, Ohio in may 2007.
- ↑ We're All Positive About This: County Hopes to Have Community College in September 2009, by Kevin Flowers, Erie Times-News, pp 1B, 2B, January 18, 2008
- ↑ Barber National Institute http://www.barberinstitute.org Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine
- ↑ "History of the Library". Erie's Libraries. 2012-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-16.
- ↑ "Raymond M. Blasco Library". City of Erie. 2007-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-21.
- ↑ Hofius, Sarah; Piet, Elizabeth. "Residents track changes along old railroad line". Erie Times-News. June 8, 2005. October 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2011.
- ↑ Myers, Valerie. "Bidding to begin on next phase of Erie runway extension". Erie Times-News. January 29, 2011. October 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2011.
- ↑ "Erie Bayfront Transportation System". The Port of Erie. 2004-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-21.
- ↑ Miller, George. "Erie adds Irish Sister City". Erie Times-News. March 24, 2007. June 7, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 21, 2007.
- ↑ "Erie". Miasta partnerskie Lublina [Sister cities of Lublin] (Polish). City of Lublin. 2008. February 7, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 7, 2013.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Chapter MDCCCXLIV: An Act to provide for laying out an establishing towns and outlots within several tracts of land heretofore reserved for public uses, situated respectively at Presque Isle, on Lake Erie, at the mouth of French creek, at the mouth of the Conewango creek, and at Fort le Bœuf // Laws of the Commonwealth of Pennsylvania. 3. Philadelphia: John Bioren. 1810. 233−240. İstifadə tarixi: August 28, 2010.
- "Erie County Elected Officials" (PDF). Government of Erie County. July 21, 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: February 2, 2011.
- History of Erie County, Pennsylvania. Chicago: Warner, Beers and Company. 1884.
- Nelson, S.B. Nelson's Biographical Dictionary and Historical Reference Book of Erie County, Pennsylvania. Erie, Pennsylvania: S.B. Nelson. 1896.
- Trostle, Sharon, redaktorThe Pennsylvania Manual. 119. Harrisburg, Pennsylvania: Pennsylvania Department of General Services. 2009. ISBN 0-8182-0334-X.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- erie.pa.us — Rəsmi saytı
- Erie Regional Apartament və İnkişaf Cəmiyyəti
- Eri Ərazi Konvensiya və Ziyarətçi Bürosu
Eri gölü | Presk Ayl Ştat Parkı | Buffalo, Niaqara-Fols | ||
Eri Beynəlxalq Hava Limanı | Ceymstaun | |||
| ||||
Klivlend | Milkrik, Edinboro, Pittsburq | Yunion Siti |