Ernst Buş (aktyor) — Vikipediya

Ernst Buş
ing. Ernst Busch
Ernst Buş
Ernst Buş
Doğum tarixi
Doğum yeri Kil, Almaniya İmperiyası
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Berlin, Almaniya Demokratik Respublikası
Fəaliyyəti müğənni, aktyor
Fəaliyyət illəri 1929–1971
Partiyası
Mükafatları Lenin mükafatı
Üzvlüyü
  • ADR İncəsənət Akademiyası[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ernst Buş (22.1.1900, Kil –8.6.1980, Berlin) — alman estrada müğənnisi, dram aktyoru.[1]

Almaniya Demokratik Respublikası Milli mükafatı (1949, 1956, 1966); Beynəlxalq Lenin mükafatı laureatı (1972). 1917-ci ildən solçu gənclər hərəkatının fəal üzvü olmuşdur. İlk dəfə 1920-ci ildə Kil şəhər teatrı səhnəsində Lizandr rolunda (U. Şekspir, "Yay gecəsində yuxu") çıxış etmişdir. 1925-ci ildə Berlinə gəlmiş və "Alman teatrı"nda çalışmışdır. 1927-ci ildən E. Piskatorun "Siyasi teatr"ında işləmiş, 1928-ci ildə "Teater am Şiffbauerdamm"da ilk dəfə B. Brext və K. Vaylın "Üçqəpiklik opera" tamaşasında (serjant Smit rolunda) çıxış etmişdir. 1920-ci illərin sonlarından siyasi antifaşist mahnıların ifaçısı kimi geniş şöhrət qazanmışdır.[1]

1933-cü ildə Almaniyada nasist diktaturası qurulduqdan sonra Niderland, Belçika, Fransa, İsveçrəAvstriyada, 1935–37-ci illərdə SSRİ-də mühacirətdə olmuş dur. 1937–39-cu il lər də İspaniyada olmuş, beynəlxalq briqadaların döyüşçüləri qarşısında çıxış etmişdir. 1939-cu ildən Belçikada yaşamış, alman ordusu ölkəni işğal etdikdən sonra nəzarət altında saxlanılmış, qaçmış, 1943-cü ildə zəbt olunmuş Fransa ərazisində həbs edilərək 1945-ci ilə qədər Moabit, Brandenburq zindanlarında saxlanılmışdır. 1951–60-cı illərdə "Alman teatrı" nın və "Berliner ansambl"ın aparıcı aktyorlarından biri olmuşdur. 1946-cı ildə fəhlə mahnıları yazılmış vallar istehsal edən "Lidder sayt" firmasını yaratmışdır. Berlin qrammofon yazısı studiyasında "XX əsrin mahnı xronikası" adlı qrammofon valları antologiyasını buraxmışdır.[1]

  1. 1 2 3 Buş// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 121.