Ev keçisi — Vikipediya
Ev keçisi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ev keçisi | ||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub.
Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür.
Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun. Sürüdəki erkəclər yedəkçi-aparıcı rolunu oynayırlar. Qədimdən Azərbaycanda keçi cinslərinə rast gəlinir. Keçilərin Azərbaycanda məskunlaşmasının azı üç min illik tarixi olduğu söylənilir. Zəmanəmizə qədər gəlib çıxmış yerli keçi cinsinin orta çəkisi 40–60 kq-a qədər olur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaei C. Systema Naturae: Per Regna Tria Naturae, Secundum Classes, Ordines, Genera, Species, Cum Characteribus, Differentiis, Synonymis, Locis. Holmiae: Laurentii Salvii, 1758. C. 1. S. 68.