FİFA Dünya Reytinqi — Vikipediya

1 iyun 2017 etibarilə ilk 20 komandanın sıralaması[1]
Reytinq Komanda Xal Konfederasiya
1
 Braziliya
1715
2
 Argentina
1626
3
 Almaniya
1511
4
 Çili
1422
5
 Kolumbiya
1366
6
 Fransa
1332
7
 Belçika
1292
8
 Portuqaliya
1267
9
  İsveçrə
1263
10
 İspaniya
1198
11
 Polşa
1198
12
 İtaliya
1193
13
 Uels
1119
14
 İngiltərə
1119
15
 Peru
1108
16
 Uruqvay
1099
17
 Meksika
1050
18
 Xorvatiya
1033
19
 Kosta-Rika
913
20
 Misir
903
Bütün sıralama Arxivləşdirilib 2012-09-14 at the Wayback Machine

FİFA Dünya Reytinqi, FİFA üzvü milli futbol komandalarının reytinq cədvəlidir. Dünyada futbolu idarə edən qürum olan FİFA, üzvü olduqu milli futbol komandalarını oynadıqları oyunlardakı nəticələrinə görə FİFA Dünya Reytinqi adı altında sıralayır. Reytinq cədvəli 1992-ci ilin dekabr ayında yaradıldı və 8 komanda (Braziliya, Argentina, Belçika, Almaniya, Fransa, İtaliya, Hollandiyaİspaniya) ən üst sırada yer aldılar. Bu sıralamada Braziliya millisi ən uzun zaman 1-ci yerdə qərarlaşan komandadır. Sıralama komandaların güclərini və hər 4 ildən bir keçirilən FİFA Dünya Kubokunda səbətləri müəyyənləşdirir.

Hesablama metodu

[redaktə | mənbəni redaktə et]

Sıralamada xal sistemindən istifadə olunur. Son dəfə 2006 Dünya Kubokundan sonra qəbul edilən hesablama qaydası və nəzərə alınan 4 amil aşağıdakı kimidir.

  • Oyunun nəticəsi (M)
  • Oyunun əhəmiyyəti (I)
  • Rəqibin gücü (T)
  • Konfederasiyanın gücü (C)

Yuxarıdakı hesablama qaydası ilə hər oyun üçün ayrı ayrılıqda xal hesablamaları aparılır. Son 1, 2, 3, və 4 il ərzində oynanılan oyun sayısına görə hər il üçün ortalama xal hesablanır və ümumi xal ortaya çıxardılır.

Oyunun Nəticəsi (M)

[redaktə | mənbəni redaktə et]

Hesablamada oyunun nəticəsinə görə verilən xal aşağıdakı kimidir

Oyunun nəticəsi Xal
Qalibiyyət 3
Pen. seriyası ilə qalibiyyət 2
Heç-heçə 1
Pen. seriyası ilə məğlubiyyət 1
Məğlubiyyət 0

Oyunun Əhəmiyyəti (I)

[redaktə | mənbəni redaktə et]

Sıralamada müxtəlif turnirlər və oyunlar komandalara fərqli xallar qazandırır. FİFA, hesablama daha ədalətli olsun deyə oyunların əhəmiyyətinə görə aşağıdakı əmsalları tərtib edib

Oyunun əhəmiyyəti Əmsalı
Yoldaşlıq görüşü oyunu x 1.0
FİFA Dünya KubokuQitə Kuboku seçmə mərhələsi oyunu x 2.5
Konfederasiyalar kubokuQitə kuboku oyunu x 3.0
FİFA Dünya Kuboku oyunu x 4.0

İzah

Rəqibin Gücü (T)

[redaktə | mənbəni redaktə et]

Aşağı sıralarda qərarlaşan komandaya qarşı qazanılan oyun ilə yuxarı sıralarda qərarlaşan komandalara qarşı qazanılan oyunların qazandıracaqı xallar fərqlidir. Hesablamada Rəqibin gücü (T) əmsalını əldə etmək üçün aşağıdakı düsturdan istifadə edilir.

Açıqlama

  • 1-ci yerdə qərarlaşan komandaya qarşı oynanılan oyunlarda əmsal 200 götürülür.
  • 150-ci və daha aşağı sıralamada qərarlaşan komandalara qarşı oynanılan oyunlarda əmsal 50 (0.50) götürülür
  • 2-ci yer ilə 149-cu yerdə qərarlaşan komandalarla oynanılan oyunlarda isə yuxarıdakı düsturdan istifadə edilərək komandanın gücü əmsalı hesablanır.
  • Rəqibin sıralaması son açıqlanmış reytinqə baxaraq hesablanır.

İzah

Eyni ilə Almaniya qalib gələrsə Azərbaycan son açıqlanan sıralamada 89-cu yerdə olduqundan Almaniya üçün Rəqibin Gücü (T) əmsalı aşağıdakı kimi hesablanacaq
  • İzah 2: Sıralamada 125-ci yerdə olan komanda ilə oynanılan oyunda Rəqibin Gücü (T) əmsalı aşağıdakı kimi hesablanacaq
  • İzah 3: 150-ci və daha aşağı sıralamalarda olan rəqiblərə qarşı oynanılan oyunlarda bu düsturdan istifadə edilmir və əmsal birbaşa 0.50 olaraq hesablanır. 1-ci yerdə qərarlaşan komanda ilə oynanılan oyunlarda da bu düsturdan istifadə edilmir. Sıralamada 1-ci olan komandanın Rəqibin Gücü (T) əmsalı birbaşa 200 (2.00) hesablanır.

Konfederasiyanın Gücü (C)

[redaktə | mənbəni redaktə et]

Hesablamada 4-cü amil rəqiblərin üzvü olduqu konfederasiyanın gücünü göstərən Konfederasiyanın Gücü (C) amilidir. Konfederasiyanın Gücü (C) əmsalı 2006-cı ildən bu tərəfə aşağıdakı cədvəldə göstərilib. Bu əmsal FİFA Dünya Kubokunda bir-birləri ilə qarşılaşan rəqib konfederasiya komandalarının əldə etdiyi nəticələrə görə hesablanır. İki eyni konfederasiya komandasının qarşılaşması isə bu əmsallara təsir göstərmir.[2][3]

Konfederasyon 2014 Dünya Kubokundan Sonra 2010 Dünya Kubokundan sonra 2006 Dünya Kubokundan sonra
UEFA (Avropa) 0.99 1.00 1.00
CONMEBOL (Cənubi Amerika) 1.00 1.00 0.98
CONCACAF (Şimali və Mərkəzi Amerika) 0.85 0.88 0.85
AFK (Asiya) 0.85 0.86 0.85
AFK (Afrika) 0.85 0.86 0.85
OFK (Okeaniya) 0.85 0.85 0.85

Bir oyun üçün Konfederasiyanın Gücü (C) əmsalı hər iki komanda üçündə aşağıdakı düsturla hesablanır

Hesablama dövrü

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2016-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-09.
  2. "Arxivlənmiş surət" (PDF). 2015-05-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-01.
  3. "Arxivlənmiş surət" (PDF). 2016-03-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.