FİFA Fair Play Mükafatı — Vikipediya

FİFA Fair Play Mükafatı bayrağı.

FIFA Fair Play Mükafatı — Fifa tərəfindən tanınan, fair play ruhunda və təbliğində olan nümunəvi davranışı qiymətləndirən mükafatdır. İlk dəfə 1987-ci ildə təqdim olunmuşdur. Bu mükafat həm fərdi, həm də komanda, azərkeşlər, tamaşaçılar, futbol federasiyaları/assossasiyaları, futbol icmasına təqdim edilə bilir. İllik olaraq bir və ya bir neçə mükafat təqdim edilir. Lakin mükafat 1994-cü ildə heç kəsə təqdim olunmamışdır.

İstinad[1]

İl Qalib Səbəb Qeyd
1987 Şotlandiya Dandi Yunayted azərkeşləri Azərkeşlərin 1987-ci il UEFA kuboku finalında qalib gəlmiş Göteborq FK klubuna qarşı nümunəvi davranışına görə. [2]
1988 Almaniya Frank Ordenevitz Köln FKVerder Bremen FK arasında oynanılan matçda nümunəvi idmançı davranışına uyğun olaraq penalti ərazisində əli ilə oynadığını hakimə etiraf etdiyinə görə.
Cənubi Koreya 1988-ci il Seul Yay Olimpiya oyunlarında futbol turnirinin azərkeşləri. Azərkeşlər göstərdikləri idman və kompazisiya davranışı ilə dərin bir iz buraxdıqlarına görə
1989 Trinidad və Tobaqo Trinidad və Tobaqo azərkeşləri. 1989-cu il KONKAKAF kuboku çərçivəsində keçirilmiş sonuncu ev matçında ABŞ millisinə məğlub olmalarına baxmayaraq idmançı davranışına görə.
1990 İngiltərə Hari Lineker 15 illik peşəkar futbolçu karyerası ərzində heç bir sarı və ya qırmızı kart almamasına görə.
1991 İspaniya İspaniya Futbol Federasiyası Hökumətin nümunəvi davranışı, media, məktəblər, sənətçilər və sponsorların hamısının fair play fəaliyyətlərinə qoşulduqlarına görə.
Braziliya Jorjinyo Stadion daxilində həmçinin xaricində təkrarolunmaz karyera və nümunəvi davranışı səbəbindən.
1992 Belçika Belçika Futbol Assossasiyası "Sülh çərçivəsində Futbol" adlı kompaniya ilə fair play təbliğində və Meksikanın Toluka şəhərində Casa Hogar adlı yardım kompaniyasının təşkili səbəbindən.
1993 Macarıstan Nandor Hideqkuti Həm futbolçu həm də məşqçi kimi nümunəvi davranışına görə.
Zambiya Zambiya Futbol Assossasiyası 1993-cü ildə Zambiya millisinin təyyarə qəzasına uğramasından sonra yenidən milli komandanın bərpa olunmasına yönələn cəhdlərinə görə.
1994 Mükafat təqdim olunmayıb
1995 Fransa Jaskes Qlassman Valensien FKOlimpik Marsel FK klubları arasında yaşanmış rüşvət qalmaqalında cəsarətli davranışı səbəbindən.
1996 Liberiya Corc Vea Oyuna olan sevgisini nümayiş etdirdiyi və mümkün olan ən geniş ictimaiyyətə Fair Play mesajını ötürdüyünə görə.
1997 İrlandiya İrlandiya azərkeşləri 1998-ci il FİFA Dünya Çempionatının seçmə mərhələsinin Play-off mərhələsində Belçika millisinə qarşı keçirilən matçda nümunəvi davranışlarına görə. [3]
Slovakiya Yozef Zovineç (Slovak həvəskar oyunçu) 60 illik həvəskar futbolçu karyerası ərzində sarı kart almamasına görə.
ABŞ Culi Fudi Uşaq əməyinin əksinə yönəlmiş cəhdlərinə görə, bu mükafatı qazanan ilk qadın və amerikalı kimi tarixə düşmüşdür.
1998 ABŞ ABŞ Futbol Federasiyası Aralarındakı 20 ilə yaxın olan siyasi gərginliyə baxmayaraq 1998-ci il FİFA Dünya Çempionatı matçında idmançıya yaraşan davranışlarına görə.
İran İran Futbol Federasiyası
Şimali İrlandiya Şimali İrlandiya Futbol Assossasiyası Belfastda keçirilən Kliftonvill FKLindfild FK matçında KatolikProtestant icmalarının yenidən birləşməsinə yönəlmiş cəhdlərinə görə.
1999 Yeni Zelandiya Yeni Zelandiya Futbol Assossasiyası 1999-cu il FIFA U-17 Dünya Çempionatının ölkəsində keçirilməsi üçün yönəlmiş cəhdlərinə görə.
2000 Cənubi Afrika Respublikası Lukas Radebe Cənubi Afrika Respublikasında uşaqlarla birgə işlədiyinə və futbolda olan rasizmə qarşı işləyəcəyi ilə bağlı öhdəliyinə görə.
2001 İtaliya Paolo Di Kanio Rəqib komandanın qapıçısı Paul Cerrard zədələndiyi zaman topu əlinə götürərək oyunu dəyandırmasına görə
2002 YaponiyaCənubi Koreya YaponiyaCənubi Koreya Futbol İcmaları 2002-ci il Futbol üzrə Dünya Çümpionatını birlikdə keçirməklə qardaşlıq və centlimenlik nümayiş etdirdikləri üçün.
2003 Şotlandiya Seltik FK azərkeşləri 2003-cü il UEFA Kubokunun finalında oyuna əlavə edilən vaxtda Portu FK klubuna 3-2 uduzmalarına baxmayaraq Seltik FK azərkeşlərinin nümunəvi davranışına görə.
2004 Braziliya Braziliya Futbol Konfederasiyası BraziliyaHaiti yığmaları arasında keçirilmiş “Sülh uğrunda oyun” adı ilə tanınan matçda biletlərdən gələn gəlirin silahla dəyişdirilməsi təklifinə görə.
2005 Peru Ikitos, Peru İcması 2005-ci il FIFA U-17 Dünya Çempionatının təşkili üçün göstərdiyi səmimi dəstək və köməyinə görə.
2006 Almaniya 2006-cı il FIFA Dünya Çempionatının azərkeşləri Stadion daxilində həmçinin kənarında azərkeşlərin fair play, qarşılıqlı hörmətxüsusi ab-hava yaratdıqlarına görə.
2007 İspaniya Barselona FK Gəlirli uniforma razılaşmasını rədd edərək əvəzində UNİCEF loqosunun əks olunduğu formanı qəbul etdiyinə görə [4]
2008 Türkiyə Türkiyə Futbol Federasiyası Aralarında hər hansı siyasi diplomotik əlaqələrin olmamasına baxmayaraq hər 2 ölkənin cəsarətli şəkildə dialoqa girməsi səbəbi ilə. [5]
Ermənistan Ermənistan Futbol Federasiyası
2009 İngiltərə Bobbi Robson Həm məşqçi həm də futbolçu karyerası ərzində göstərdiyi fair play davranışına görə ölümündən sonra bu mükafata layiq görülmüşdür. [6]
2010 Haiti Qadınlardan ibarət U-17 Haiti millisi 2010-cu il Haiti zəlzələsindən sonra sıxıntılı çətinliklər səbəbi ilə. [7]
2011 Yaponiya Yaponiya Futbol Federasiyası 2011-ci il Yaponiyada baş vermiş zəlzələdən sonra ölkənin Qadınlardan ibarət millisinin 2011-ci il FİFA Dünya Cempionatındakı qalibiyyətinə görə.
2012 Özbəkistan Özbəkistan Futbol Federasiyası Fair Play və yarışmanı nümayiş etdirmək eksklüziv olaraq qarşılıqlı deyil, bir-birinin tamamıdır.
2013 Əfqanıstan Əfqanıstan Futbol Federasiyası Müharibə və qarışıqlığın hökm sürdüyü bir mühitdə futbola olan birlik nümayişinə görə. [8]
2014 Braziliya Kanada Kosta-Rika Mərkəzi Afrika Respublikası Dünya Çempionatı könüllüləri 2014-cü il Dünya Çempionatı, 2014-cü il U-20 Qadınlararası Dünya Çempionatı, 2014-cü il U-17 Qadınlararası Dünya Çempionatı2014-ci il FİFA Klublararası Dünya Çempionatının təşkilində könüllülərin göstərdikləri yorulmaz dəstəyi, işi, həvəsi qiymətləndirmək üçün.
2015 Bütün futbol təşkilatlarının qaçqınlara dəstək nümayiş etdirməsi. Münaqişələrin siması sayılan qaçqınlara dəstək nümayişinə görə. Cerald Asamoa tərəfindən təşkil edilmişdir.
2016 Kolumbiya Atletiko Nasional Təyyarə qəzasından sonra CONMEBOL-a müraciət edərək 2016 Sudamerikana kubokunun "Şapekoense" klubuna vermələrini tələb etdiklərinə görə.

2010-cu ildə İrlandiya Futbol Federasiyası mübahisəli Fransa - İrlandiya (2010-cu il Dünya çempionatı Pley off) matçından sonra onlara təklif edilən Fair Play mükafatından imtina etmişdir. Onun belə davranışı səbəbi ilə Futbol Assossasiyasının Baş icraçı direktoru Yozef Blatter haqda bunları demişdir: "Özünə və FİFA-ya qarşı xəcalətdir bu" .

  1. "FACTSheet FIFA awards" (PDF). FIFA. 22 January 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 January 2016.
  2. Low, Dave. "Dundee Utd reach the UEFA Cup Final 1987". BBC Scotland. 8 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2008.
  3. "A Night of Records and Premieres". FIFA. 24 fevral 1998. 19 May 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 October 2008. (#invalid_param_val)
  4. "Barcelona scoop FIFA Fair Play award". FIFA. 2009-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
  5. "Fair Play for Armenia, Turkey". FIFA. 12 January 2009. 22 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2009.
  6. "Fair Play Award honours Robson" (Press-reliz). FIFA. 21 December 2009. 29 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2011.
  7. "Haiti's standard bearers show the way". FIFA. 2013-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
  8. "FIFA Awards Afghanistan 'Fair Play Award For 2013'". Rferl.org. 2014-01-14. 2014-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-25.