Fərid Yusifli — Vikipediya

Fərid Yusifli
Ümumi məlumatlar
Doğum tarixi 20 fevral 2002(2002-02-20) (22 yaş)
Doğum yeri
Klub haqqında məlumat
Klub Azərbaycan Turan Tovuz
Karyerası
Gənclik karyerası
2019–2020 Azərbaycan Neftçi U-19 0 (0)
Klub karyerası[* 1]
2020–2023 Azərbaycan Neftçi 38 (0)
2023–2024 Azərbaycan Turan Tovuz (icarə) 10 (0)
2024 Azərbaycan Neftçi 0 (0)
2024–h.h. Azərbaycan Turan Tovuz 0 (0)
Milli yığma[* 2]
Azərbaycan Azərbaycan U-21
Azərbaycan Azərbayacan U-17
Azərbaycan Azərbayacan U-16

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 23 avqust 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 23 avqust 2024 tarixində redaktə olunub.

Fərid Yusifli (20 fevral 2002, Azərbaycan) — Azərbaycan Premyer Liqasında çıxış edən Turan Tovuz klubunun yarımmüdafiəçisi.

Neftçinin heyətində ilk matçına 20 sentyabr 2020-ci ildə keçirilən Qarabağ-Neftçi matçının 90+2-ci dəqiqəsində çıxıb. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb. Neftçidə ilk dəfə 90 dəqiqə meydanda 9 aprel 2022-ci ildə keçirilən Şamaxı-Neftçi matçında qalıb. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb.

2024-cü ilin avqustunda "Neftçi" ilə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib və futbolçu klubdan ayrılıb. Yusifli bundan sonra 2020–2024-cü il sezonunda icarə əsasında oynadığı Turan Tovuz klubu ilə 3 illik müqavilə imzalayıb.[1]

Azərbaycan Neftçi

  1. ""Turan Tovuz" "Neftçi"dən ayrılan futbolçunu transfer edib". Report. 22 avqust 2024. 2024-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-23.