Gəraybəyli (Ucar) — Vikipediya
Gəraybəyli | |
---|---|
40°31′51″ şm. e. 47°39′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır.
Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kəndin indiki sakinləri əvvəllər hazırda İsmayıllı rayonunun Qaraməryəm tirəsinin (dağ adıdır) ətəyində məskunlaşmışlar. İndi də həmin kənd orada qalmaqdadır. Lakin 1883-cü ildən sonra yəni Bakı-Tibilisi dəmiryolu xətti çəkilib istifadəyə verildikdən sonra yaşayış tərzini daha da yaxşılaşdırmaq, Bakı şəhərinə, Tibilisiyə və digər yerlərə gedib gəlmək işini asanlaşdırmaq və başqa səbəblərə görə İsmayıllı rayonundakı Gəraybəyli kəndindən Ucar dəmir yolu stansiyası ətrafına əvvəlcə bir neçə ailə köçübgələrək Qarabörk kəndinin şimal-qərb tərəfində Ucar dəmir yolu stansiyasına yaxın məsafədə məskunlaşaraq indiki Gəraybəyli kəndi dəmir yolu stansiyasına yaxın məsafədə yerləşməklə kəndin çox hissəsi Ucar şəhərinə birləşmişdir.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Şirvan düzündə, aranda, Ucar rayon dəmiryolu stansiyasından 2–3 km şimal-şərqdə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisinin sayı 2009-cu ildə 1269 nəfər olmuşdur.[4]
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə 1 kitabxana var.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə sürücülük məktəbi mövcuddur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Gəraybəyli (Ucar) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Ucar rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |