Ucar — Vikipediya
Bu məqalə Ucar şəhəri haqqındadır. Ucar rayonu üçün Ucar rayonu səhifəsinə baxın. |
Şəhər | |
Ucar | |
---|---|
40°31′06″ şm. e. 47°39′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
İcra nümayəndəsi | Məmmədov Mənsur |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 17 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 18 418[1] nəfər (2020) |
Milli tərkibi | azərbaycanlılar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 20 |
Vikianbarda əlaqəli mediafayllar |
Ucar — Azərbaycanın Ucar rayonunun inzibati mərkəzi. 1941-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Ucar rayonu 24 yanvar 1939-cu ildə yaradılmışdır. Rayon haqqında çoxlu fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-İstəxrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözündən əmələ gəlmişdir.Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. 1930-cu ildə qəza bölgüsü ləğv edilmiş və rayon inzibati ərazi bölgüsünə köçürülmüşdür. Bu vaxt Ucar rayonu Göyçay rayonunun tərkibində saxlanılmışdır.1963-cü ildə Zərdab rayonu ləğv edilərək 856 km2 sahəsi ilə birlikdə Ucar rayonuna verilmişdir. 1965-ci ildə Zərdab rayonu yenidən bərpa olunarkən Ucardan ayrılmışdır.
Şəxslər
[redaktə | mənbəni redaktə et]- Allahverdi Ələkbərov — Vətən müharibəsi şəhidi
- Kərim Əliyev (kiçik gizir) — Vətən müharibəsi şəhidi
- Elnur Hacıyev —Vətən müharibəsi şəhidi
- Elvin Mütaliboğlu — Şair,Yazar T.C. Anadolu Gazete yazarı
- Elnur Vəliyev (leytenant) — Vətən müharibəsi şəhidi
- Elçin İsmayılov (kapitan) — Vətən müharibəsi şəhidi
- Kamran Kazımov — Vətən müharibəsi şəhidi
- Kənan Məmmədov (leytenant) — Vətən müharibəsi şəhidi
- Hüseyn Həsənov (əsgər) — Vətən müharibəsi şəhidi
- Xəyal Cəbrayılov — Vətən müharibəsi şəhidi
- Fikrət Məmmədov (əsgər) — Vətən müharibəsi şəhidi
- Coşqun Məmmədov — Vətən müharibəsi şəhidi
Əhali
[redaktə | mənbəni redaktə et]Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ucar rayonu icra hakimiyyəti". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
- ↑ Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1939).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |