Cəbrayıl — Vikipediya

Bu məqalə Cəbrayıl şəhəri haqqındadır. Cəbrayıl rayonu üçün Cəbrayıl rayonu səhifəsinə baxın.
Şəhər
Cəbrayıl
39°24′00″ şm. e. 47°01′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 470 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.300 nəf. (1991)
Xəritəni göstər/gizlə
Cəbrayıl xəritədə
Cəbrayıl
Cəbrayıl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CəbrayılAzərbaycan Respublikasında şəhər, Cəbrayıl rayonunun inzibati mərkəzi.[1]

1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzasına verilib.

Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.[2][3]

Rusiya imperiyasında 1897-ci ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə Cəbrayılda 520 nəfər yaşayırdı. Onlardan 228-si azərbaycanlı, 186-sı rus, 76-sı erməni, 18-i ukraynalı və 12-si isə başqa xalqların nümayəndələri idi.[4] SSRİ-də 1989-cu il ümumittifaq əhali siyahıya alınmasına əsasən Cəbrayılda 6070 nəfər yaşayırdı.[5]

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Cəmil Əhmədov — Sovet İttifaqı Qəhrəmanı
  • Ramil Səfərov — hərbçi
  • Sabir Əhmədli — xalq yazıçısı
  • Həsən Hüseynov — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2011)
  • Teymur Quliyev — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin (1937–1946) və Nazirlər Şurasının (1946–1953; 1953–1954) sədri
  • Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankının sədri (1995–2022), baş nazirin müşaviri (2022—hal-hazıradək)
  • Hafiz Quliyev — Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi
  • Yaqut Abdullayeva — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti (2006)
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Cəbrayıl işğaldan azad olundu". qafqazinfo.az (az.). 4 oktyabr 2020. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "President Ilham Aliyev: "Azerbaijani Army liberates Jabrayil city and several villages of the region"". APA.az (ingilis). 4 October 2020. 12 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2020. "Today, the Azerbaijani army liberated the city of Jabrayil and several villages in the region. Love to the Azerbaijani army! Karabakh is Azerbaijan!", President of Azerbaijan Ilham Aliyev wrote this on his Twitter page today, APA reports. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. Н. А. Тройницкий. Первая всеобщая перепись населения Российской Империи, 1897 г. т. 63. Елисаветпольская губерния. — СПб., 1904. — стр. 138.
  5. "Демоскоп Weekly - Приложение. Справочник статистических показателей". www.demoscope.ru. 2006-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]