Gorançay — Vikipediya

Gorançay
Ölkə
Keçdiyi ərazilər Azərbaycan Azərbaycan
Uzunluğu 81 km
Hövzəsinin sahəsi 441 km²
Gorançay (Azərbaycan)
mənbəyi
mənsəbi
Gorançay Azərbaycanın fiziki xəritəsində:

40°17′34″ şm. e. 46°21′41″ ş. u.HGYO

40°42′40″ şm. e. 46°48′39″ ş. u.HGYO

GorançayKürəkçayın sağ qolu.Trayektoriyası GöygölGoranboy rayonları ərazisindən keçir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 81 km, hövzəsinin sahəsi 441 km²-dir. Başlanğıcını Murovdağ silsiləsinin ən yüksək zirvələri olan GamışdağMurovdağ arasındakı 3100 m yüksəklikdən alır. Xarxaput kəndi yaxınlığında iki qola ayrılır. Bunlardan biri Qaraçay , digəri Gorançay adlanır. Qaraçinar kəndinə kimi hər iki qol bir-birinə paralel axır.Sonradan Qaraçay istiqamətini dəyişir və geniş suvarma şəbəkəsi vasitəsilə əkin sahələrinə verilir.

Gorançayın resursu qar (37%), yağış (42%) və yeraltı (51%) sulardan əmələ gəlir. Orta illik su sərfi 1,96 kub m/san-dir. Bunun 30%-i yazda, 42%-i yayda, 18%-i payızda, 10%-i isə qışda sərf edilir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 20%-indən istifadə edilir. Çayda yaz daşqını mart ayının axırlarında başlayıb iyul ayının axırına kimi davam edir.

Orta illik asılı gətirmələr sərfi 0,18 kq/san, lillənməsi 90 q/kub m-dir. Suyu orta minerallaşmaya (300–500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.

Gorançayın suyundan Goranboy, aşağı axımında isə Yevlax rayonlarının əkin sahələrinin suvarılmasında geniş istifadə edilir. Gorançay üzərində kiçik bir Su Elektrik Stsnsiyası da tikilmişdir.

  1. 1 2 GEOnet Names Server. 2018.