Həsənkef əmirliyi — Vikipediya

Həsənkef əmirliyi (kürd. Mîrektiya Melîkan) — Əyyubilər dövlətinin 1260-cı ildə süquta uğramasından sonra müstəqil olan əmirlik.

Əmirlik Əyyubilər dövlətinin 1260-cı ildə süquta uğramasından sonra müstəqil olmuşdur.[1][2] Dövlətin hökmdarlığı özünü Əyyubilər dövlətinin son qalığı hesab edirdi.[3] Əmirliyin adı Mesopotamiyada yerləşən ən böyük Həsənkef şəhərinin adı ilə bağlıdır. Əmirliyə Bitlis mahalının cənubi-qərbində yerləşən Siirt, Bitlisin qərbində yerləşən Arzan mahalları və Diyarbəkirə yaxın Beşiri əyaləti daxil olmuşdur. Yerli kürd sülalələrindən olan maliklər əmirliyi XIV əsrdən idarə etməyə başlamışdılar. Maliklərdən olan Xəlil bəyin hökmdarlığı dövründə əmirlik XVI əsrin əvvəllərində tam müstəqil şəraitdə hökm sürmüşdür.[4]

  1. Eppel, (2018). səh. 38
  2. Maisel, (2018). səh. 131
  3. Bruinessen, (1992). səh. 135
  4. Oruc, Kərəm. "XVI əsr kürd əmirlikləri". Diplomat (az.). 9 (9). yanvar 2004. səh. 2.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]