Havr — Vikipediya
Şəhər | |
Havr | |
---|---|
Le Havre | |
49°29′39″ şm. e. 0°06′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2 m, 0 m[3], 105 m[3] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +33 39 |
Poçt indeksi | 76600[5], 76610[5], 76620[5] |
Digər | |
lehavre.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Havr (fr. Le Havre) — Fransanın şimal-qərbində, Yuxarı Normandiya əyalətində yerləşən şəhər. Havr şəhərini Sen çayı ortaya bölür. Havr bölgənin ən böyük şəhəridir. Əhalisi 175.497 nəfərdir.
Adı
[redaktə | mənbəni redaktə et]"Havre" sözü qədim fransız dilində "qapı" deməkdir. Şəhərin keçmiş adı onu saldıran I Françoisin şərəfinə Françiskopolis olmuşdur. Daha sonra "Le Havre (və ya Le Hable) de Grâce" adını almışdır. Bu ad daha əvvəl burada tikilmiş Notr-Dam-de-Qras kilsəsinə görə verilmişdir.
Haqqında
[redaktə | mənbəni redaktə et]Havr transatlantika keçişi edən fransız dənizçilərin tez-tez gəldiyi bir liman şəhəri olmuşdur. Buna görə şəhər "Okean qapısı" (La Porte Océane) ləqəbi ilə tanınır. Normandiyanın Rouen şəhərindən əvvəl ən böyük şəhəri olmuşdur. Eyni zamanda Fransanın ilk böyük ixracat qapısı olmuşdur.
Şəhərdə bir universitet yerləşir. Havr şəhərində Fransanın ən qədim klubu Le HAC qurulmuşdur.
Şəhərin memarlığı tamamilə liman şəhəri stilindədir. Başlıca binalar dənizdə sonlanan Fox küçəsi üzərində qurulmuşdur. Havr hazırda Fransa limanları arasında ikinci (Marseldən sonra), Normandiya limanları arasında birinci və Yuxarı Normandiya limanları arasında ikincidir (Rouendən sonra).
Şəhərə 19 iyul 1949-cu ildə İkinci dünya müharibəsində almanlara qarşı əzmkar müqavimət göstərdiyi üçün "Fəxri Legion ordeni" verilmişdir.
Dünya irsi
[redaktə | mənbəni redaktə et]YUNESKO 15 iyul 2005-ci ildə şəhərin mərkəzini Dünya irsi siyahısına salmışdır. YUNESKO-ya görə şəhər mərkəzinin 133 ha-lıq sahəsi "müharibə sonrası şəhərçiliyə nümunədir" və "betonun yaradıcı istifadəsi" səbəbi təqdir edilmişdir. Havr Avropada bu siyahıya girən azsaylı şəhərlərdən biridir.
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]- Tampa, Florida.
- Sauthempton.
- Maqdeburq, Almaniya
- Dalyan.
- Bergen.
- Sankt Peterburq.
- Aydın.
- Qəhrəmanmaraş.
Qalereya
[redaktə | mənbəni redaktə et]- Havr Ədalət sarayı.
- Sent-Vinsent kilsəsi.
- Havr limanında qayıq.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
- ↑ 1 2 répertoire géographique des communes. Institut national de l'information géographique et forestière, 2015.
- ↑ Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
- ↑ 1 2 3 Base officielle des codes postaux. La Poste, 2018.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt (fr.)
- Turizm ofisi Arxivləşdirilib 2020-05-12 at the Wayback Machine (fr.)