Himalay — Vikipediya

Himalay
Ümumi məlumatlar
Mütləq hündürlüyü 8848 m
Uzunluğu 2900 km
Eni 350 km
Sahəsi
  • 600.000 km²
Hündür nöqtəsi Comolunqma (Everest)
Yaranma dövrü Təbaşir
Süxurları Çöküntü, ofiaolitlər
Yerləşməsi
29° şm. e. 84° ş. u.HGYO
Ölkə
Himalay xəritədə
Himalay
Himalay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Himalay dağları

Himalay dağları (sanskr. हिमालय, himālayaIAST, hind. हिमालय, nep. हिमालय, çin. 喜馬拉雅山脈) — Yer kürəsinin ən hündür sıra dağları. Dünyanın ən yüksək zirvəsi olan Everest zirvəsi də bu dağda — Nepalın sərhədlərində yerləşir. Himalay dağları indiyədək davam edən Hindistan platforması və Asiya platformasının toqquşması nəticəsində meydana gəlmişdir.

Pakistan, Hindistan, Çin, NepalButandan keçən 2400 km uzunluğundakı Himalay dağlarının buzlaqları Asiyanın ən böyük 9 çayını qidalandırır. 1,3 milyard insan bu su yollarından asılı olaraq yaşayır. Göstəricilərə görə isə Himalay dağlarında havanın istiliyi son 30 ildə 10 ildən bir 0.06–0.15 dərəcə arası artır və istilərin bu şəkildə artmağa davam etməsi nəticəsində 50 ilə qədər buzlaqların yox olması gözlənilir.

Himalay dağlarının əmələ gəlməsi

[redaktə | mənbəni redaktə et]

Avrasiyaya birləşmədən əvvəl Hindistan Qondvananın bir hissəsi idi. Sonralar Qondvanada materiklərin dreyfi başladı. Qondvananın parçalanması nəticəsində meydana gələn yeni hissələrdən biri olan Hindistan şimala doğru 6000 km[1] məsafə qət etdikdən sonra Avrasiya materiki ilə toqquşdu. İki materik tipli yer qabığının toqquşması nəticəsində Himalay dağları yaranaraq, yüksəldi.

Diqqətə layiq Himalay alpinistləri

[redaktə | mənbəni redaktə et]
  • Nasuh Mahruki −1995-ci ildə Everestə çıxan ilk türkdür.
  • Corc Mallori (1886–1924)- Everestə ilk dəfə çıxmağa cəhd etmişdir. Zirvənin şimal istiqamətində öldü.
  • Bill Tilman (1898–1977) — İngilis. Nanda Devi zirvəsinə ilk dəfə çıxmağa cəhd etmişdir.
  • Erik Şipton (1907–1977) — İngilis. Bill Tilmanla birlikdə Nanda Devi məbədinə ilk dəfə girən və buradan Everestə gedən yolu kəşf edəndir.
  • Con Hunt (1910–1998) — İngilis. Comolonqma dağı ekspedisiyasının rəhbəri (1953).
  • Tensinq Norgey (1914–1986) — Nepallı (Şerpa). Edmund Hillari ilə birlikdə Everesti fəth edən alpinist.
  • Maurice Herzoq (1919) — Annapurna zirvəsini fəth edən ilk alpinist. Donvurma səbəbindən bütün ayaq barmaqlarını və əl barmaqlarından çoxunu itirdi. Ondan sonra 1970-ci ilə qədər zirvəni fəth etməyə cəhd olmadı.
  • Edmund Hillari (1919–2008) — Yeni Zellandiyalı. Tensinq Norgeylə birlikdə Everesti fəth edən alpinist
  • Tom Burdillon (1924–1956) — İngilis. Everest ekspedisiya heyətinin 1951, 1952 və 1953-cü ildə üzvü. Edmund Hillari və Tensinq Norgey zirvəni fəth etmədən üç gün əvvəl Tom Burdillon zirvəyə yaxınlaşa bilmişdi.
  • Herman Buhl (1924–1957) — Nanqa Parbata ilk dəfə çıxmağa cəhd etmişdir. Broad Pikə ilk dəfə çıxmağa cəhd etmişdir. Çoloqisaya çıxmağa cəhd edərkən ölmüşdür və cəsədi tapılmamışdır.
  • Villi Unsoeld (1926–1979) — ABŞ.Everestə çıxmağa cəhd etmişdir. Ranier dağında marxal səbəbilə öldü.
  • Kris Boninqton (1934) — Annapurna zirvəsinə çıxmağa cəhd etmişdir. Everest zirvəsinə 4 dəfə çıxmağa cəhd etmişdir.
  • Navanq Qombu (1936) — Hindistanlı. Everesti iki dəfə fəth edən ilk alpinist (1963;1965).
  • Cim Vitteker (1936) — ABŞ. Everesti fəth edən ilk amerikalı.
  • RaynHold Messner (1944) — İtalyan. Hündürlüyü 8000 m-i keçən 14 dağı fəth edən ilk insan. Eyni zamanda ilk oksigensiz dırmanış (1978, Everest)
  • Eji Kukucka (1948–1989) — polyak. 1o yeni yol taparaq 14 8000-lik dağı tez fəht etməyi bacarmışdır.
  • Nazir Sabri — Pakistanlı. İlk cəhddən iki 8000 m-lik dağı fəth edən ilk insan.
  • Ceyme Vinals — Everesti fəth edən ilk Mərkəzi Amerikalı insan.
  • Kasey Makkins — İngilis. Everestə dəniz səviyyəsindən (Benqal körfəzi) başlayaraq çıxan ilk insan.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

www.joy.az[ölü keçid]

  1. Dèzes, Pierre (1999). "Tectonic and metamorphic Evolution of the Central Himalayan Domain in Southeast Zanskar (Kashmir, India)". Mémoires de Géologie. Doctoral thesis (University of Lausanne) 32: 149. ISSN 1015–3578.