II Fateh Gəray — Vikipediya
II Fateh Gəray | |
---|---|
avqust 1736 – avqust 1737 | |
Əvvəlki | I Qaplan Gəray |
Sonrakı | II Məngli Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1696 |
Vəfat tarixi | 1746 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | II Dövlət Gəray |
Uşağı | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
II Fateh Gəray (1696 – 1746, Vize Kırklareli, Kırklareli ili) — XXXVI Krım xanı.[1]
Krım xanı II Dövlət Gərayın oğludur. Əmisi I Qaplan Gərayın səltənəti dönəmində öncə nurəddin, daha sonra isə kalqay təyin edildi. 1734-cü ildə Nadir xan Əfşara qarşı davam edən müharibəyə göndərildi və bu səfər əsnasında hərbi şöhrət qazandı. Ancaq 1736-cı ildə rusların Krımı işğal etməsi və paytaxt Bağçasarayı yandırmasının ardından əmisi taxtdan endirildi. Onun yerinə Fateh Gəray 1736-cı ilin avqustunda Krım xanlığına gətirildi. Vəzifəyə gəldikdən sonra qardaşlarından Mahmud Gərayı nurəddin, Arslan Gərayı isə kalqay təyin etdi. Bağçasaray darmadağın edildiyi üçün Qarasuvbazar şəhərini özünə mərkəz seçdi.
Ancaq onun bölgədə olmamasından istifadə edən ruslar 1737-ci ilin iyulunda ikinci dəfə Krıma hücum etdi. Ordunu toplayıb ruslara qarşı müqavimət göstərə bilmədiyi üçün təqsirli görüldü və cəmi 1 illik səltənətin ardından 1737-ci ilin avqustunda vəzifədən alındı. Rumelində yaşamasına icazə verilən Fateh Gəray 1746-cı ildə Vizedə vəfat etdi və cənazəsi yaxınlıqdakı məscidlərin birinə dəfn olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Oleksa Gaivoronsky "Повелители двух материков", Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479