Səfa Gəray — Vikipediya

Səfa Gəray
dekabr 1691 – 21 oktyabr 1692
ƏvvəlkiIII Səadət Gəray
SonrakıI Səlim Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1637
Vəfat tarixi 1703
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Ailəsi Gəraylar
Dini sünni islam

Səfa Gəray (16371703, Karnobat[d]) — XXIX Krım xanı.[1]

Krım xanı I Səlamət Gərayın nəvəsi, nurəddin Səfa Gərayın (ö. 1637) oğludur. Əmisi oğlu I Səlim Gərayın səltənətində nurəddin, Murad Gərayın səltənətində isə kalqay ünvanları almışdır. Avstriya cəbhəsində gedən döyüşlər əsnasında vəzifədən alınan III Səadət Gərayın yerinə xanlığa gətirilmişdir (dekabr 1691). Əmisi Adil Gərayın oğlu Dövləti kalqay, digər əmisi III İslam Gərayın oğlu Şahini isə nurəddin təyin etdi.

Vəzifəyə gəldikdən sonra ağır vergilər təyin etmiş, sarayda rüşvət həddindən çoxalmışdır. Yerli tatar əsilzadələrinə təyin etdiyi ağır vergilər ona qarşı ayaqlanmalarına səbəb oldu. Avstriya cəbhəsinə yollanmaq üzrə ordu toplamağa çalışan Səfa Gəray əsilzadələrin ayaqlanması ilə taxtdan çəkilməyə məcbur oldu. Beləcə, əsilzadələrin dəvəti və Sultan Əhmədin də istəyilə Səlim Gəray üçüncü dəfə Krım xanlığına gətirildi (21 oktyabr 1692). Vəzifədən alınan Səfa Gəray Rodos adasına sürgün edildi. Bir müddət sonra burada ticarətlə məşğul olmağa başlayan Səfa Gəray 1703-cü ildə vəfat etdi.

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479