Kökpar — Vikipediya
Kökpar və ya Kokpar — Türk və Orta Asiya xalq kültüründə atla oynanan oyun növüdür. Kökper, Kökborü olaraq da səsləndirilir. Buna paralel olaraq, Oğlaktartıs (Ulaktartış), Olakkaptı (Ulakgaptı) və ya Buzkaşı (Bozkaçı) ifadələrindən də istifadə edilir. Kokpar Serke olaraq da bilinir. Serke dirək deməkdir və ortadakı bayrağı ifadə edir.[1][2][3]
Haqqında
[redaktə | mənbəni redaktə et]Geniş düzlükdə komandalar halında və ya fərdi olaraq oynanılırş Kökpara hər atla qatılmaq olmur. Zərbələrə və sirkələnməyə hazırlanmış, təlim keçilmiş və əzələli atlar olmalı lazımdır. Buzkaçı sözü buz (buzov) və qaçırmaq felindən törəyərək tacik dilinə keçmişdir. Buzkaşı adı ilə də bilinən bu oyun, əslində Orta Asiyada bir çox bölgədə bilinən və oynanan qədim türk oyunudur. Əfqanlar isə bu oyuna Vuzloba, çərkəzlər isə Hüezeha deyirlər. Ulaktartış isə oğlaq qapmaca deməkdir.[4][5]
Köçəri döyüşçülərin çövkən, ciritlə birlikdə idman oyunu olaraq oynadığı Kökpar geniş düzlükdə oynanılır. Məqsəd kəsik oğlaqı və ya kiçik başlı heyvanların dərisinin şişirilməsi ilə yaradılmış tulumu at üstündə daşıyaraq müəyyən məşafəni aşmaqdır. Düzlüyün ortasında olan bayrağın ətrafında öncədən müəyyən edilən sayda tur atılaraq uğur əldə edilir. Oğlaqı itirən atlı ilə bərabər digər oyunçular da oğlaqı əldə etmək üçün yarışır. Atlıların bir-birinə qaçmıları ilə vurmaları sərbəstdir, lakin digər atlılardan gələcək olan zərbələr ölümcül olacağından və zaman itiriləcəyinə görə at üstündə qalmaq üstün tutulur. Bu oyuna bir çoxuna görə izləmə gözəlliyi verən də süvarinin at üstündə etdiyi hərəkətlərdir. Atı sürməyi ən yaxşı bacaran və çevik olan sonda qalib gəlir.[6][7]
Əfqanıstnada genişliklə oynanılır. Həmçinin, Orta Asiyanın bir çox bölgəsində də yayılmışdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Dom Joly: Know your Kokpar from your Kyz-Kuu" Arxiv surəti 28 avqust 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-08-28 at the Wayback Machine, The Independent: Columnists
- ↑ "Traditions: Kupkari" Arxiv surəti 12 oktyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-10-12 at the Wayback Machine, ZOOM Central Asia
- ↑ "Bishkek's Independence Day Celebrations: Ulak Tartysh, the Art of Dead Goat Grabbing - Caravanistan". caravanistan.com. 2 May 2014. 2016-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.
- ↑ G. Whitney Azoy, Buzkashi: Game and Power in Afghanistan, Third Edition. Waveland Press 2011. pp.3-4 Arxivləşdirilib 2021-03-18 at the Wayback Machine.
- ↑ G. Whitney Azoy, Buzkashi: Game and Power in Afghanistan, 2nd ed. (2002), In: Academic Dictionaries and Encyclopedias "buzkashi" Arxiv surəti 6 sentyabr 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-09-06 at the Wayback Machine
- ↑ "Afghanistan: By Their Sports, Ye Shall Know Them". TIME.com. 2010-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-31.
- ↑ "Afghans revive 'buzkashi'". www.usatoday.com. 2010-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.