Kürilər ailəsi — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Parisdəki Sorbonna universitetinin teləbəsi Mariya Sklodovskaya ilk dəfə Pyer Küriyə rast gələndə Pyer artıq tanınmış fizik idi. Elmə olan həvəs onları yaxınlaşdırdı. Sonralar onlar bir-birlərini sevdilər, evləndilər, işdə bir-birlərinin ən yaxın məsləhətçisi oldular. Pyer və Mariya varlı deyildilər. Onlar çox sadə yaşayırdılar. Laboratoroya almağa pulları yox idi. Onlar taxtadan tikilmiş köhnə bir daxmada elmi tədqiqatla məşğul olurdular. Daxmaya şüşəli damdan işıq düşürdü. Yayda bura şitillikdəki kimi çox isti olurdu, qışda isə paslı bacası olan çuqun soba otağı güclə qızdırırdı. Lakin bu daxmada Pyer ilə Mariya çox böyük kəşflər etmişdilər. Həmin illər fransız fiziki Bekkerel anlaşılmaz şüalar aşkar etmişdi. Bu şüaları bir parça uran duzu buraxırdı. Şüaları gözlə görmək olmurdu. Lakin bu uran duzunu qara kağıza bükülmüş fotolövhənin üzərinə qoyanda dövrə işıqlanırdı.
Bu qəribə şüalar Mariyanı maraqlandırdı. O, həmin şüaları daha dərindən öyrənməyə başladı. Günlər, aylar keçdi. Məlum oldu ki, bu cür şüalar buraxan təkcə uran deyil. "Şüa" sözü latınca "radius" deməkdir. Buna görədə Mariya görünməyən şüalar buraxan bütün maddələri radioaktiv maddələr adlandırmağı təklif etdi. Mariyanın elmi işi Pyeri də maraqlandırdı. Tezliklə onlar heç kəsə məlum olmayan bir elementin buraxdığı şüaları aşkar etdilər. Mariya və Piyer bu elementi Mariyanın vətəni Polşanın şərəfinə "polonium" adlandırdılar. Bir müddətdən sonra onlar yeni bir elementi – padiumu kəşf etdilər. Nəinki kəşf etdilər, həm də özləri saf radiumun kiçicik bir parçasını da ala bildilər. Bu çox çətin iş idi. Dörd ilə yaxın idi ki, onlar hər gün radiumun və poloniumun xassələrini öyrənmək üçüm işlədikləri daxmaya gəlirdilər. Bu illər ərzində Mariyanın əllərindən böyük miqdarda uran filizi keçmişdi. O, iri qablar daşıyır, mayeləri qabdan qaba tökür, onları saatlarla qaynar tiyanlarda ağır dəmir çubuqlarla qarışdırırdı. Onlar daxmanı hava qaralanda tərk edirdilər. Bu vaxt masaların üstündə rəflərdə olan kolbalar və sınaq şüşələri yaşılımtıl parıltı verməyə başlayırdı. Bu, radioaktiv maddələrin işiğı idi. Evdə isə onları başqa qayğılar gözləyirdi. İren adlı balaca bir qızları vardı. Radioaktivliyi kəşf etdiklərinə görə Pyer və Mariya Küriyə, bir də Bekkerelə Nobel mükafatı verildi. Mariya hələ o vaxt bilmirdi ki, yaxın vaxtlarda tədqiqatı təklikdə davam etdirməli olacaq: Pyer faytonun təkərləri altına düşüb həlak oldu. Bu, böyük dərd idi. Lakin Pyer həmişə deyirdi: "Nə olursa-olsun biz işimizi davam etdirməliyik". Mariya onun bu sözlərini unutmamışdı. Mariya Küri professor oldu, laboratoriyanın rəhbəri təyin edildi. Saf radium metalını əldə etdiyinə görə o ikinci dəfə Nobel mükafatını aldı. Onun çoxlu şagirdləri vardı. Şagirdləri içərisində ən istedadlısı İren idi. İren də fizik idi. O əri Frederik Jolion ilə birlikdə anasının rəhbərlik etdiyi laboratoriyada işləyirdi. Pyer və Mariya radioaktiv maddələri və radioaktiv şüalanmanı öyrənirdilər. Lakin onlar həmin prosesdə dəyişiklik etməyi bacarmırdılar. Bunu İrenlə Fredrik etdilər. Onlar təbiətdə olmayan süni radioaktiv maddələr aldılar. Bu maddələr də görünməyən şüalar buraxırdı. Beləliklə Kürilər ailəsi üçüncü Nobel mükafatına layiq görüldü. Pyer və Mariya Kürinin gördükləri işlər atom fizikasının əsasını qoydu. Radioaktivliyin kəşfinə qədər güman edirdilər ki, atom bölünməzdir. Sonralar məlum oldu ki, atom nüvəsinin özüdə bölünür. İrenin və Frederik Jolio-Kürinin tədqiqatları atom nüvəsini parçalayıb, atom enerjisi almaqda alimlərə kömək etdi. İren və Frederik istəyirdilər ki, atom enerjisi insanların köməkçisi olsun; onları müalicə etsin, işiq və istilik versin, maşınları hərəkətə gətirsin, Onlar faşizmin, müharibənin əlehinə idilər. İkinci Dünya müharibəsi illərində Frederik öz həyatı üçün təhlükəlidə olsa, bütün sənədləri gizlətmişdi ki, faşistlər atom bombasının sirrini öyrənə bilməsinlər. Frederik və İren sülh tərəfdarı idilər. Onları təqib edirdilər, lakin bu, ailələri qorxutmurdu. Onlar atomun sülh işinə xidmət etməsi uyğunda mübarizə aparırdılar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]1. Uşaq ensiklopediyası. Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyası. Bakı – 1988, cild II, səh. 157–158.
2. Советский энциклопедический словарь / Гл. ред. А. М. Прохоров – С.56, 3-е изд. – М.: Сов. энциклопедия, 1985–1600 с., стр. 439.