Kustiparnes — Vikipediya
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Kustiparnes | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qafqaz Albaniyası Böyük Ermənistan |
Bölgə | Arsak |
İndiki adı | Gədəbəy rayonu |
Əhalisi | qarqarlar udilər |
Xəritədə yeri | |
Kustiparnes — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1] və Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Kustiparnes havarı Arsak vilayətinin şimal-qərb hissəsində yerləşirdi. Havar, şimal-qərbdə Sünik vilayətinin Sotk havarı, şimalda Uti vilayətinin Girdman havarı, şərqdə isə Arsak vilayətinin Koxt havarı ilə sərhədlənirdi.[2]
Müxtəlif tarixi dövrlərdə Kustiparnes gah Girdman havarının tərkibinə daxil olmuş, gah da ayrıca inzibati vahid olmuşdur.[2]
Mərkəzi qədim Parisos şəhəri (xarabalıqları Gədəbəy rayonunun Qalakənd kəndi yaxınlığında yerləşir) olan Kustiparnes havarı ərazisində məşhur Girdman qalası (İsmayıllı rayonu ərazisindəki Girdiman qalası ilə qarışdırılmamalıdır) yerləşirdi.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.
- ↑ 1 2 3 4 Հակոբյան, Թադևոս. Հայաստանի պատմական աշխարհագրություն. İrəvan: İrəvan Dövlət Universiteti. 2007. səh. 241-242. (#accessdate_missing_url)