Sisakan-i-Kotak — Vikipediya
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Sisakan-i-Kotak | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qafqaz Albaniyası Böyük Ermənistan |
Bölgə | Arsak |
İndiki adı | Gədəbəy rayonu |
Xəritədə yeri | |
Sisakan-i-Kotak — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1] və Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Müasir dövrdə Azərbaycan Respublikasının Zəngilan rayonu və qismən Cəbrayıl rayonunun ərazilərini əhatə edirdi.
Q. Qeybullayev, Qafqaz Albaniyası ərasizində müxtəlif formalarda bir neçə dəfə istifadə edilənSisakan, Şəki, Sakaşen/Şakaşen, Kusakan və Arsak toponimlərini həmin ərazilərdə yaşamış sak tayfasının adı ilə əlaqələndirir.[3] Eyni zamanda, akademik N.Y.Marr da Sisakan toponimində sak etnoniminin olduğunu qeyd edir.[4]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Sisakan-i-Kotak havarı Arsak vilayətinin cənubunda yerləşirdi. Havar, cənub-qərbdən Sünik vilayətinin Kovsakan havarı, qərbdən Sünik vilayətinin Baxk havarı, mial-qərbdən Sünik vilayətinin Haband havarı, şimaldan Arsak vilayətinin Myus-Haband havarı, şimal-şərqdən Arsak vilayətinin Paçkank havarı, şərqdə Paytakaran vilayətinin Vardanakert havarı, cənubdan isə Paytakaran vilayətinin Alevan havarı ilə sərhədlənirdi.[2]
Sisakan-i-Kotak havarının cənub və cənub-şərq sərhədləri Araz çayı boyunca, şimal şərq sərhəddi isə İşxanaget çayı (müasir adı Quruçay) boyunca keçirdi.[2]
Sisakan-i-Kotak, Haband və Myus-Haband havarlarının ərazilərinin kəsişdiyi yerdə Dizapayt dağı (müasir adı Ziyarət dağı) və Katarovəng monastırı yerləşirdi.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.
- ↑ 1 2 3 4 Հակոբյան, Թադևոս. Հայաստանի պատմական աշխարհագրություն. İrəvan: İrəvan Dövlət Universiteti. 2007. səh. 241-242. (#accessdate_missing_url)
- ↑ Гейбуллаев, Г.А. К ЭТНОГЕНЕЗУ АЗЕРБАЙДЖАНЦЕВ (ИСТОРИКО–ЭТНОГРАФИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ). Баку: «Элм». 1991. səh. 49.
- ↑ Марр, Н. Я. Избранные работы, т. V. Москва-Ленинград. 1935. səh. 270.
«...саки, оставившие свое название в древней Армении и Севанского озера в области Sisakan»