Laos kipi — Vikipediya
Laos kipi | ||||
---|---|---|---|---|
laos ເງີນກີບລາວ | ||||
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | LAK | |||
Simvol | ||||
Abreviatura | LAK | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | ||||
Laos | ||||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | att (1⁄100) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | 500, 1000, 2000, 5000, 10,000, 20,000, 50,000, 100,000 kip (əksər hallarda istifadə edilir) 1, 5, 10, 20, 50, 100 kip (nadir hallarda istifadə edilir) | |||
Əsginas | 10, 20, 50 att (nadir hallarda istifadə olunur) | |||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 1952 | |||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Laos Xalq Demokratik Respublikası Milli Bankı | |||
bol.gov.la | ||||
İnflyasiya | ||||
İnflyasiya | 3.92% | |||
Vikianbarda əlaqəli mediafayllar |
'Lao kipi (laos ກີບ; kodu: LAK; simvolu: ₭ or ₭N) 1952-ci ildən Laos respublikasının pul vahidi. Tarixi olaraq vir kip 100 att (ອັດ)-a bölünür.
Tarixi
[redaktə | mənbəni redaktə et]Azad Laos kipi (1946)
[redaktə | mənbəni redaktə et]1945-1946-cı illərdə Fransız qüvvələri regionu zəbt etmədən əvvəl Azad Laos hökuməti Vyentyanda 10, 20 və 50 att və 10 kip kağız pul buraxdı.
Krallıq kipi (1952)
[redaktə | mənbəni redaktə et]Kip 1952-ci ildə Fransız Çinhindi piastrını əvəz etdi. Kip (həmçinin fransız dilində piastr adlanıdr) 100 att (Lao: ອັດ) və ya sentə bölünür.
Sikkələr
[redaktə | mənbəni redaktə et]Üzərində laos və fransız dillərində yazı olan 10, 20 və 50 att sikkələr buraxıldı. Hamısı alüminiumdan hazırlanmışdı və Çin pulları kimi ortasında dəlik vardı. Yalnız 1952-ci ildə buraxılmışdı.
Əsginaslar
[redaktə | mənbəni redaktə et]1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Laos filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı. Eyni zamanda, İnstitutun digər iki filialı da Kambocada riel və Cənubi Vyetnamda donq ilə oxşar razılaşmalara malik idi. 1, 5, 10 və 100 kip üçün əsginaslar mövcud idi.
1957-ci ildə hökumət yalnız kipdən təşkil olunan əsginaslar buraxdı. 1, 5, 10, 20 və 50 kip əsginaslar Security Banknote Company, 100 kip əsginaslar Banque de France və 500 kip xatirə əsginası Thomas De la Rue tərəfindən çap edildi. 1962-ci ildə 1 və 5 kip əskinaslar Bradbury & Wilkinson və 10 kip əskinaslar De la Rue tərəfindən təqdim olundu.
1963-cü ildə 20, 50, 200 və 1000 kip əskinaslar da əlavə olundu, hamısı De la Rue tərəfindən çap edilmişdi. Bunu 1974-1975-ci illərdə yenə də De la Rue tərəfindən çap olunan 100, 500 və 5000 kip əsginaslar izlədi. 1975-ci ildə Bradbury & Wilkinson tərəfindən 10 kip və De la Rue tərəfindən 1000 kip çap edilsə də dövriyyəyə çıxarılmadı.
Patet Laos kipi (1976)
[redaktə | mənbəni redaktə et]Patet Lao kipi 1976-cı ildən əvvəl Patet Lao nəzarətindəki ərazilərdə buraxıldı. 1, 10, 20, 50, 100, 200 və 500 kip əsginaslar mövcud idi. Əsginaslar Çində nəşr edilirdi.
Laos XDR kipi (1979)
[redaktə | mənbəni redaktə et]16 dekabr 1979-cu ildə Pate Lao kipi 1-in 100-ə nisbətində olmaqla yeni Laos kipi ilə əvəz olundu.[1]
Sikkələr
[redaktə | mənbəni redaktə et]1980-ci ildə 28 il fasilədən sonra 10, 20 və 50 att olmaqla sikkələr Laosda yenidən buraxılmağa başlandı. 1985-ci ildə bunu Laos Xalq Demokratik Respublikasının 10 illiyinə həsr edilmiş 1, 5, 10, 20 və 50 kip sikkələr izlədi. Hal-hazırda sikkələr dövriyyədə yoxdur.
Əsginaslar
[redaktə | mənbəni redaktə et]1979-cu ildə 1, 5, 10, 20, 50 və 100 kip əsginaslar təqdim edildi. 1988-ci ildə 500 kip, 1992-ci ildə 1000, 1997-ci ildə 2000 və 5000, 2002-ci ildə 10,000 və 20,000, 17 yanvar 2006-cı ildə 50,000 kip əsginaslar buraxıldı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linzmayer, Owen. Laos // The Banknote Book. San Francisco, CA: www.BanknoteNews.com. 2012. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.