Leyla Abdullayeva (deputat) — Vikipediya

Leyla Abdullayeva
2010 – 2015
Şəxsi məlumatlar
Doğum tarixi 11 iyun 1959(1959-06-11) (65 yaş)
Doğum yeri
Partiya
Təhsili

Təltifləri "Tərəqqi" medalı

Leyla Abdullayeva Arif qızı (11 iyun 1959, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış[1] deputatı. Sumqayıtın ilk qadın deputatıdır.[2]

Leyla Abdullayeva 1959-cu il iyunun 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 3 yaşından Sumqayıtda yaşayır. Orta təhsilini Sumqayıt şəhərinin 1 və 15 saylı orta məktəblərində alıb. 1976-cı ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1981-ci ildə rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə məzun olub. 2003-cü ildə Azərbaycan dili və ədəbiyyatı üzrə ikinci ixtisasını alıb.

Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2009-cu ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Subaydır.

Rus dilini bilir.

Leyla Abdullayeva 1982-ci ildən Naxçıvan şəhərinin 1 saylı internat məktəbində və 6 saylı orta məktəbində, 1984-cü ildən Sumqayıt şəhərinin 15 saylı orta məktəbində, 1995-ci ildən "İstedad" liseyində müəllim işləmişdir. 2005-ci ildən F. Piriyev adına Sumqayıt şəhər 18 saylı orta məktəbin direktorudur.[3]

O, 2 dərs vəsaitinin müəllifidir.

O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər təşkilatının, YAP Sumqayıt şəhər təşkilatı idarə heyətinin üzvüdür.[2]

2009-cu ildə Sumqayıt şəhər bələdiyyəsinə keçirilən seçkilərdə partiyanın namizədi kimi iştirak edib və bələdiyyə üzvü seçilib.[2]

2010-cu ildə 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür.[4] Braziliya, Estoniya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2015-ci ildə növbəti seçkilərdə hakim Yeni Azərbaycan Partiyası Leyla Abdullayevanı 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd kimi təqdim etsə də, o sonradan deputatlığa namizədliyini geri götürüb.[5] YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun açıqlamasın görə, Abdullayeva dövlət qulluğunda çalışmaq barədə qərar verib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir.[6] Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsinə ayrılan müddət başa çatdığından Yeni Azərbaycan Partiyası 41 saylı Sumqayıt I Seçki Dairəsindən Leyla Abdullayevanın əvəzinə yeni namizəd irəli sürməyib.[7]

  1. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az  (az.)
  2. 1 2 3 "Sumqayıtın ilk qadın deputatı kimi üzərimə böyük məsuliyyət düşür". Yeni Azərbaycan. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  3. "ABDULLAYEVA Leyla Arif qızı". ABDULLAYEVA Leyla Arif qızı (rus). 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  4. E-QANUN. "Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  5. musavat.com https://musavat.com/news/yap-ci-deputat-namizedliyini-geri-goturub-yenilenib_295857.html (#bare_url_missing_title). İstifadə tarixi: 2024-08-25.
  6. "Leyla Abdullayeva əvəzlənmədi – YAP-dan açıqlama". Milli.Az (az.). 2015-10-03. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  7. "YAP Leyla Abdullayevanın yerinə namizəd irəli sürmədi". Lent.az (az.). 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.