Lutsi Korneli Sulla — Vikipediya
Lutsi Korneli Sulla | |
---|---|
lat. Lucius Cornelius L.f.P.n. Sulla Felix | |
| |
Qədim Roma senatoru[d] | |
bilinmir – e.ə. 78 | |
e.ə. 82 – e.ə. 80 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 138[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 78[2][3] |
Vəfat səbəbi | serebrovaskulyar xəstəlik[d] |
Fəaliyyəti | hərbi lider[d], siyasətçi |
Anası | bilinmir |
Hərbi xidmət | |
Mənsubiyyəti | Roma respublikası |
Vikianbarda əlaqəli mediafayllar |
Lutsi Korneli Sulla (lat. Lucius Cornelius Sulla (Felix); e.ə. 138-78) — romalı hərbi və siyasi xadim. Sərkərdə kimi Yuqurta müharibəsi dövrü önə çıxır. E.ə. 104-102-ci illərdə kimvrlar və teftonlarla, e.ə. 90-88-ci illərdə Müttəfiq müharibəsində və e.ə. 89-84-cü illərdə 1-ci Mitridat müharibəsində iştirak edir. Sonuncunun əsnasında, Romanı tutur, Qay Marinin tərəfdarlarını neytrallaşdırır, bütün hakimiyyəti quldar aristokratiyanın əlinə verir. Sonra ordusu ilə Şərqə yollanır, e.ə. 86-cı ildə Afinanı alır, həmin il VI Mitridat Yevpator üzərində qələbə çalır. E.ə. 84-cü ildə onunla sülh sazişi bağlayır. Onun yoxluğundan istifadə edən Sinna və Mari tərəfdarları Romada hakimiyəti ələ keçirirlər. E.ə. 83-cü ildə ordusu ilə İtaliyada enir, öz siyasi rəqiblərinin qoşunlarını darmadağın edir və sərt repressiyalarla müşayət olunan diktatura rejimi qurur. Sullanın rəqiblərindən müsadirə olunan torpaqlarda, İtaliyada koloniyalarla yerləşdirilən keçmiş legionerlər Sulla rejiminin vacib dayağına çevrilirlər. Sulla diktaturası Roma quldar respublikasının dərin böhranından xəbər verirdi. E.ə. 79-cu ildə, siyasi həyata təsirini saxlayaraq, səlahiyətlərini təhvil verdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Любкер Ф. Sullae (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1322–1324.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ L. Cornelius (392) L. f. P. n. Sulla Felix ('Epaphroditus') // Digital Prosopography of the Roman Republic (ing.).
Mənbə
[redaktə | mənbəni redaktə et]- Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 7 səh. 594