Məhəmməd Atta — Vikipediya

Məhəmməd Atta
ərəb. محمد عطا
Doğum tarixi 1 sentyabr 1968(1968-09-01)[1]
Doğum yeri
Vəfat tarixi 11 sentyabr 2001(2001-09-11)[1] (33 yaşında)
Vəfat yeri Dünya Ticarət mərkəzinin Şimal Qülləsi, Nyu-York, ABŞ.
Vəfat səbəbi Amerika Hava Yolları reys 11
Təhsili
  • Qahirə Universiteti[d]
Fəaliyyəti terrorist
Tanınır Amerika Hava Yolları reys 11-i qaçırması ilə.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Məhəmməd əl-Əmir Avad əl-Səyid Atta (ərəb. محمد محمد الأمير عوض السيد عطا‎; 1 sentyabr 1968[1], Kafr əl-Şeyx[2]11 sentyabr 2001[1]) misirli terrorçu və ABŞ-nin dörd ticarət təyyarəsinin xüsusi mülki və hərbi hədəfləri məhv etmək niyyəti ilə hazırlanmış 11 sentyabr hücumlarının liderlərindən biri. Planlanmış hücumlar çərçivəsində Dünya Ticarət mərkəzinin Şimal Qülləsinə çırpılan Amerika Hava Yolları reys 11-in qarətçi pilotu vəzifəsini icra etmişdir.[3][4][5][6][7] 33 yaşında, planlanmış hücumlarda iştirak edən 19 terrorçudan ən yaşlısı idi.

Misirdə anadan olub böyüyən Atta 1990-cı ildə Qahirə Universitetində memarlıq təhsili aldı və Almaniyada Hamburq Texnologiya Universitetində təhsilini davam etdirdi. Hamburqda Əl-Quds məscidinə qatılan Atta, orada Hamburq radikal qrupunu yaradaraq Mərvan əl-Şəhhi, Rəmzi bin əl-Şibh və Ziyad Cərrahla görüşdü. Atta 1995-ci ildə Həcc ziyarətinə gedərək uzun müddət Almaniyada görünmədi. 1999-cu ilin sonu 2000-ci ilin əvvəllərinədək Əfqanıstanda Üsamə bin Laden və digər əl-Qaidə liderləri ilə görüşdü. Məhəmməd Atta və digər radikal qrup üzvləri planlanmış hücum üçün Bin Laden tərəfindən işə götürüldü. Atta 2000-ci ilin fevral ayında Hamburqa qayıtdı və ABŞ-də uçuş təhsili haqqında məlumatlar toplamağa başladı.

2000-ci ilin iyun ayında Atta və Mərvan əl-Şəhhi təyyarələri necə idarə edəcəklərini öyrənmək üçün ABŞ-yə gəldilər və noyabr ayında pilotluq məktəbindən dərəcələrini aldılar. 2001-ci ilin may ayından etibarən Atta, digər komanda üzvlərinin gəlişinə yardım etdi və planı tamamlamaq üçün İspaniyaya gedərək Rəmzi bin əl-Şibh ilə görüşdü. 2001-ci ilin avqust ayında Atta hücumların necə həyata keçiriləcəyini ətraflı şəkildə müəyyən etmək üçün bir neçə "müşahidə" uçuşlarında sərnişin olaraq səyahət etdi.

11 sentyabr səhəri Məhəmməd Atta və komandası Amerika Hava Yolları reys 11-ə mindilər. Atta, təyyarəyə nəzarəti ələ keçirdi və planlaşdırıldığı kimi təyyarəni Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çırpdı.[8] Qəza qüllənin çökməsinə və 1600 nəfərin ölümünə səbəb oldu.

Məhəmməd Atta sənədlərdə adını dəyişərək "Mehan Atta", "Məhəmməd Əl Əmir", "Məhəmməd Əl Səyid", "Məhəmməd Elsəyid", "Məhəmməd əl-Əmir", "Avaq Al Səyyid Atta" və "Avad Əl Səyad" adlarından istifadə edirdi.[9] Almaniyada adını "Məhəmməd əl-Əmir Avad əl-Səyid Atta" olaraq, Hamburq Texnologiya Universitetində isə "Məhəmməd Əl-Əmir" olaraq qeyd etdi.[10] 1996-cı ildə yazdığı vəsiyyətində Atta, adını "Məhəmməd Əlamir oğlu Avad Əlsəyid" olaraq qeyd edir.[11] Atta ayrı-ayrı millətlərdən, bəzən Misirdən və bəzi insanların iddialarına görə Birləşmiş Ərəb Əmirliklərindən olduğunu söyləyərdi.[10]

Atta 1968-ci il 1 sentyabr tarixində Misirin Nil Delta bölgəsində yerləşən Kafr əş-Şeyxdə anadan olmuşdur.[10] Atası Məhəmməd əl-Əmir Avad əl-Səyid Atta, hüquqşunas, mülki hüquq və eyni zamanda şəriət təhsili almışdır. Anası Botayna Məhəmməd Mustafa Şəraqi, varlı ailədən və təhsilli idi. Botayna 14 yaşında olarkən Məhəmməd ilə evlənmişdi. Atta bu ailənin yeganə oğlu idi.[12] Onun həm savadlı və karyeralarında uğur qazanan iki böyük bacısı vardı – biri tibb həkimi, digəri isə professor idi.[13]

Atta on yaşında ikən ailəsi şəhər mərkəzinin yaxınlığında yerləşən Qahirənin Abdin məhəlləsinə köçdü. Ailəni ciddi nəzarətində saxlayan atası, gənc Attanın qonşuluqdakı uşaqlarla dostlaşmasını qadağan edir. Başqa iş görməyincə, əsasən evdə dərs oxuyan Atta, məktəbdə yüksək qiymətlər alardı.[14][15] 1985-ci ildə Atta Qahirə Universitetinə daxil oldu və mühəndislik təhsili almağa başladı. Ən yüksək bal toplayan tələbələr arasında olan Atta, təhsilinin son ilində xüsusi memarlıq proqramına qəbul edildi.[16] 1990-cı ildə təhsilini bitirdikdən sonra bir neçə ay Qahirədəki Şəhər İnkişaf Mərkəzində çalışdı və burada müxtəlif tikinti layihələrinə qatıldı.[10][17] 1990-cı ildə Atta ailəsi ilə birlikdə Misirin Qiza şəhərində yerləşən yaşayış binalarından birinin on birinci mərtəbəsinə köçdü.[16][18]

  1. 1 2 3 4 Sisson M. Mohammed Atta // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Catalog of the German National Library (alm.).
  3. Fouda, Yosri. "The laughing 9/11 bombers". The Sunday Times. London. October 1, 2006. May 24, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 4, 2010.
  4. Bernstein, Richard. "On Path to the U.S. Skies, Plot Leader Met bin Laden". The New York Times. September 10, 2002. April 17, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 16, 2008.
  5. Fouda, Yosri. "Chilling message of the 9/11 plots". The Sunday Times. London. October 1, 2006. July 6, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2008.
  6. "Video of 9/11 ringleader Mohammed Atta posted by British news site". USA Today. October 1, 2006. December 2, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2008.
  7. Ross, Brian. "FBI Informant Says Agents Missed Chance to Stop 9/11 Ringleader Mohammed Atta". ABC News. September 10, 2009. December 30, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  8. "Flight Path Study – American Airlines Flight 11" (PDF). National Transportation Safety Board. February 19, 2002. November 5, 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: May 25, 2008.
  9. Cherry, Alan. "The Trail of Terror". Sun-Sentinel. September 28, 2001.
  10. 1 2 3 4 Hooper, John. "The shy, caring, deadly fanatic". The Guardian. London. September 23, 2001. January 25, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 16, 2008.
  11. "Mohamed Atta's Last Will and Testament". PBS Frontline. September 30, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2008.
  12. McDermott (2005), p. 9–11
  13. Cloud, John. "Atta's Odyssey". Time. September 30, 2001. December 10, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 16, 2008.
  14. McDermott (2005), p. 12–14
  15. "Transcript: A Mission to Die For". Four Corners / ABC (Australia). November 12, 2001. September 17, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 16, 2008.
  16. 1 2 "The Day That Changed America". Newsweek. December 31, 2001.
  17. Federal Bureau of Investigation. "Hijackers' Timeline" (PDF). 9/11 Myths. February 4, 2008. June 7, 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: August 1, 2008.
  18. Adams, Paul. "In Egypt, some see war on terror as a war on Islam". Globe and Mail. Canada. September 4, 2002. March 14, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 19, 2008.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]