Məhəmməd Hüseynov — Vikipediya

Məhəmməd Hüseynov
Məhəmməd Səməd oğlu Hüseynov
Digər adı Hacı Mir Məhəmməd Hüseynov
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni

Məhəmməd Hüseynov və ya Hacı Mir Məhəmməd Hüseynov (tam adı:Məhəmməd Səməd oğlu Hüseynov; {{DVTY}} şablonu boşdur ) — Əməkdar inşaatçı, Sov.İKP-nin üzvü (1954), Sosialist Əməyi Qəhrəmanı (1980).

Məhəmməd Hüseynov 10 may 1927-ci ildə Masallı rayonu Xırmandalı kəndində andan olmuşdur. O, 1954-cü ilden Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə kolxozda başlamışdır. 1949-cu ilden Baki Baş Tikinti İdarəsində işləmişdir. Onun briqadası kommunist əməyi kollektivi adlanırdı. SOV. İKP 25 və 26-cı qurultaylarının nümayəndəçisi olmuşdur.

AzTV-nin inzibati binası, "Bakı" mehmanxanası, A. Şərifzadə adına "Aktyorlar evi", "Yaşıl teatr", Parlament binası, C. Cabbarlı adına Azərbaycan Kinostudiyası, geoloqlar üçün doqquzmərtəbəli yaşayış evi ("Azadlıq" pr. 4), Respublika Eksperimental Tibb Mərkəzi, Lökbatan, Sahil, Korgöz qəsəbələrində orta məktəb binaları, Gəmi təmiri zavodu onun müəllifliyi ilə inşa olunmuşdur[1]. 1959–60-cı illərdə yaşıl teatrn tikintisi işlərini həyata keçirib.

  1. Nurəddin Ədiloğlu. "Hər kimə həcc nəsib olsa, xuda qismət edər". "Kəlam" jurnalı (az.). kelaminfo.az. 2014. 2016-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-03.
  1. Nurəddin Ədiloğlu, "Bizim ağamız" sənədli povest və xatirələr. Sosialist Əməyi Qəhrəmanı Seyid Məhəmməd Hüseynov haqqında (Bakı-2003, Adiloğlu nəşr.300 tiraj)
  2. Səyavuş Sərxanlı, "Yaxşılıq poeması", "Ulduz" jurnalı, 1976-cı il 6 sayı.