Malıbəy — Vikipediya

Malıbəy
39°37′13″ şm. e. 46°26′08″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Malıbəy xəritədə
Malıbəy
Malıbəy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MalıbəyAzərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd.[1]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Malıbəy kəndi Qarabağ yaylasındadir. Yaşayış məntəqəsi keçmişdə Malıbəyli adlanmışdır. Malı bəy kəndin əsasını qoyan təhməzli nəslinə mənsub ailələrin başçisi olmuşdur.[2]

Malıbəy kəndi tarixi baxımdan hələ tədqiq edilməsədə bu ərazidə Azərbaycan arxeologiyasının çox nadir nümunələri gizlənir. Hələ sovetlər dönəmində günəşin daş üzərində ilk orjinal ibtidai rəsmi məhz bu ərazidən tapılmışdı. Bu ərazidə böyük sayda at, qoç fiqurları və digər müxtəlif bədii daş nümunələri və kurqanlar mövcuddur. Bu kənd ayrı-ayrı dövrlərdə Keşitaşf, Mağavuz və Qaraçorlu mahallarının tərkibində olmuşdur. Ermənistan Respublikası 1992-ci il işğalından sonra Malıbəy kəndini vəhşicəsinə talan edərək od vurulub yandırılıb.

Kənddə kustar üsulu ilə ip əyirilməsi, xalça toxunulması ənənəsi mövcuddur. Bir çox ailələrdə toxucu dəzgah (hana və yer hanası) var idi. Onlar hazırladıqları yun, pambıq iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə və digər məmulatlar toxumağı bacarırdılar. Palıddan və vələsdən xarratlar müxtəlif məişət əşyaları hazırlayırdılar. Qab-qacaq, o cümlədən təhnə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, daraq (yun daramaq üçün), hana (xalça toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün) belə əşyalara misal ola bilər.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Ermənistan Respublikası bu əraziləri işğal etdikdən sonra, Malıbəy kəndinin adını dəyişərək, Yiyernavank adlandırdılar. Malıbəy kəndi Zəngəzurun digər Xoznavar və Bayundur kəndləri ilə həmsərhəddir. Xoznavar suyu (kiçik çay) bu kəndin içərisindən axaraq Həkəri çayının Minkənd qoluna qovuşur. Malıbəy kəndi Minkəndçayın axarı ilə Sultanlar kəndindən 2 km məsafədə çayın sağ sahilində yerləşir.

Malıbəyin etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri qara damlardan və sonralar müasirləşən eyvanlı kənd evlərindən ibarət idi. Malıbəy kəndinin bütün dövrlərdə əhalisi azərbaycan türkləri olmuşdur.

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 550 nəfər olmuşdur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Malıbəy kəndinin təbii şəraitinin əlverişli olması yerli əhalinin həyat şəraitini yaxşılaşmasına hər zaman təkan vermişdir. Heyvandarlığın, əkinçiliyin inkişafı üçün bol suyu münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıqəkinçilik olmuşdur. Heyvandarlıq güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur.

Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər becərilirdi. Təbii ot biçənəkləri burada heyvandarlığın inkişafı üçün əvəzedilməzdir.

Bunlardan əlavə toxuculuq çox yaxşı inkişaf etmişdir. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun xalcalar toxunurdu. Malıbəyli xalçasının toxunmasında burada yaşayan əhalinində öz payı var.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Malıbəy // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.