Maldivlər — Vikipediya

Maldivlər
divexi
Ümumi sayı
425 000
Yaşadığı ərazilər
Maldiv adaları 396,334 2010
Hindistan 15,000 2010[1]
Şri-Lanka 6,000 2008[2]
Malayziya 3 000 2008
Böyük Britaniya Birləşmiş Krallıq 2,000
Sinqapur 1,000
Pakistan 450 2010[3]
Avstraliya 450 2011[4]
Misir 150 2011[5]
Dili

Maldiv dili

Dini

İslam

Qohum xalqlar

Sinhallar

MaldivlərŞri-Lankadan cənub-qərnbdə, Hind okeanı suları ilə əhatələnən Maldiv arxipelaqı və ya Maldiv adaları adlı dövlətin ərazisində yaşsyan xalq nəzərdə tutulur. Arxipelaq 19 atoldan ibarətdir ki, burada da, 1196 ada vardır. Bu adaların cəmi 200-də insan yaşayır. Əhalisinin sayı 180 000 nəfərdir[6]. Üstəlik bu millətin nümayyəndələrindən 5 000 Hindistanda məskunlaşmışdır. Ölkənin ən böyük şəhəri olan Maledə 30 000 insan yaşayır.

Maldivlər özlərino divexi adlandırırlar. Bu isə tərcümədə Adalılar anlamını verir.

Malfivlərin dili Hind-Avropa dil ailəsinin hindari dilləri qrupuna daxildir. Ən yaxın dil Sinhal dili və digər hindari dilləridir. «Divexi» kəlməsi «diva» sözündən əmələ gəlmişdir. Diva ada mənasını verir. Maldivlərin rəsmi dövlət dini islamdır

Maldiv adalarının kolonizasiyalaşması haqüında dəqiq məlumat yoxdur. Burada ilk görünənlər Sinhallar olmuşdur. Sonradan bura ərəblər ayaq basırlar. 1153-cü ildə mərakeşli Abul Baraktul Barbari adaya gələrək buddistləri islam dininə döndərə bilir. Maldivlər bu günü özlərinin başlanğıcı hesab edirlər. Burada ən qədim dövrlərə aid bir məlumat yoxdur. XII əsrə qədər onlar buddizmə etiqat edirdilər, üstəlik sinhallardan daqob tikintisini öyrənirdilər.

Belə bir əfsanə vardır ki, Seylon şahzadəsi Koimala Kalo Seylon kralının qızı ilə evlənərək səyahətə çıxır. O Rasqetimu adasına çatarkən yerlilər onu qarşılayaraq özlərinin kralı olmasını təklif edirlər. Ancaq o razılaşmayaraq yoluna davam edir. Bir müddətdən son şahzadə Male adasına çatır. Buradaca qalan şahzadə adaların kralı seçilir. Onun oğlu Kalaminca idlamı qəbul edərək Məhəmməd ul Abdullah ismini götürür. Maldiv isə sultanlığa çevrilir.

Maldivlərin etnogenezində sinhallar, ərəblər və malaylar iştirak etmişdir.

1558 - 1573 illərdə ölkəni Portuqaliya işğal edir. Txakurufar əl Əzəmin rəhbərliyi ilə maldivlər zəhərli oxların və digər primitiv soyuq silalların hesabına onları adalarrdan qova bilirlər. 1640-cı ildə burada hollandlar görünür. 1835-ci ildə isə adalara ingilislər ataq basırlar. 1887-ci ildən ölkə Böyük Britaniyanın protektoratlığına daxil olur. Bu 1965-ci ilə qədər davam edir. Bu zaman kəsiyində ölkədə ingilislərə meyilli Didi sülaləsi ölkəni formalda olsa idarə etmişdir. 1968-ci ildə ölkə respublika elan edilir və ölkəni prezident idarə edir. Adaların ehtiyatları zəngin deyildir. Maldiv adaları zəif inkişaf etmiş ölkədir. Əhalinin 33 % kənd təsərrüfatında çalışır. Əsas əkini kakos qozudur. Əsas gəlir mənbəyi balıqçılıqdır. Ölkə özünə lazım olan bitki məşhəlli qidaları xaricdən almalı olur. Əsasən düyü, buğda, şəkər və d. məhsullar xarici ölkəlırdən alınır.

Nəqliyyatın əsasını yelkənli və motorlu gəmilər təşkil edir.

Ənənəvi evləri ağac yarpağından hazırlanır. Evin təməli isə mərcandır.

Geyimləri köynək və saronqdan ibarət olmuşdur. Qadınları əvvəllər paranca geyirdilər. Hazırda isə bundan omtina etmişlər. Adalıların əsas qidası düyüdür.

Kakosdan yağ və süd alınır. Üstəlik ondan toddi, pivə tipli içki və araq hazırlanır. Ancaq yerlilər üçün onu içmək qadağan edilmişdir.

Qida rasionu:

  • səhər yeməyi (5.30) — çay, çörək, balıq;
  • nahar (12.00) — düyü, xüsusi çörək övü olan «pan», kakod;
  • şam yeməyi (19.00) — çörək quru balıqlar, banan, bəzən balıq.

Kəndlərdə iki əsas şəxs vardır — katib, ağsaqqal və muddim (müsəlman icmasının başçısı).

Tibbdə hind ənənələrindən isifadə edirlər. Adaların ən görməli yeri «Dalasar» muzeyidir. Burada portuqallardan qənimət kimi alınmış silahlar, sultanın geyimləri, ovlar köhnə şaxmatlar və maldivlərin milli geyimləri saxlanılır.

  1. Ethnologue. "India". Ethnologue. 2009-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  2. "SINHALAYA'S FULL COVERAGE – Provincial Council Elections on 14th February – Breaking News". Sinhalaya.com. 1 January 2009. 17 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 November 2016.
  3. "Strategic Insight – Protests in Maldives over settling 2 Guantanamo Bay terrorists". Policy Research Group. 2011-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  4. "Maldives profile - Australia in the Asian Century". Department of Foreign Affairs and Trade (Australia). 2013. 2013-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  5. "HaveeruOnline: Maldives News, Sports, Travel, Business, Technology, Entertainment, Politics and Breaking News". Haveeru.com.mv. 2011-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  6. "CIA – The World Factbook". Cia.gov. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.