Merkava — Vikipediya

Merkava (İbrani dilindən tərcümədə “müharibə maşını” deməkdir)
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1978-
İstismara başlanması 1978
İstismar edənlər İsrail Milli Ordusu
İstifadə edilən döyüşlər 1982-Livan Müharibəsi
Cənubi Livan Müharibəsi
2006-Livan-İsrail böhranı
2007-Qəzzə döyüşləri
İstehsal tarixçəsi
Konstruktor MANTAK (Merkava Tank Bürosu)
İstehsalçı MANTAK (Merkava Tank Bürosu), IDF Ordnance
Variantları (Mart 2012)
Merkava I: 250
Merkava II: 580
Merkava III: 780
Merkava IV: 360 və s.
Xüsusiyyətləri
Ağırlığı 65 ton
Zireh Mk1,Mk2 çelik RHA,Mk3 - Poladdan,dördüncü nəsil - raket və top əleyhinə
Şose sürəti 64 km/saat yolda
55 km/saat yolsuzluq şəraitində
Əsas silah 120 mm MG253 yivsiz topu, LAHAT anti-tank idarə olunan mərmisi
Köməkçi silah 1 ədəd 12,7mm pulemyot
2 ədəd 7,62mm pulemyot
1 ədəd 60mm daxili mortira(qısalüləli top)
12 tüstü bombası
Uzunluğu 7450 mm (gövdə)
9040 mm (lülə ilə birlikdə)
Eni 3720 mm
Hündürlüyü 2660 mm
Ekipaj 4 nəfər(komandir,sürücü,topçu,yükləyici)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Merkava İsrail Milli Ordusu üçün istehsal olunmuş əsas döyüş tankıdır. Böyük Britaniya Çiften tanklarının İsrailə satışını dayandırdıqdan sonra İsraildə yeni tankın proqramı hazırlanmağa başlandı. 1970-ci ildə yeni tankın - Merkava-nın proqramı başa çatdı. Proqramın hazırlanmasına general-mayor İsrael Tal rəhbərlik edirdi. Tank 1973-cü ildə istehsal edilsə də, yalnız 1978-ci ildə rəsmi olaraq istismara verildi. Ümumilikdə 2500-3000 ədəd istehsal olunub. Merkava tankları ilk dəfə olaraq 1982-ci il Livan Müharibəsində istifadə edilib. Hazırda yalnız İsrail Milli Ordusunun arsenalına daxildir.

Dörd modeldən ibarət olan tankın ən yeni modeli Merkava IV-dür. Tankın motor bölməsi mina təhlükəsinə qarşı ön tərəfdə yerləşir. Beləcə motor tank əleyhinə idarə olunan roketlərə (TƏİR) qarşı da daha möhkəm qorunmuş olur. Tankın motoru istisna olmaqla, bütün hissələri İsrail istehsalıdır (motor alman istehsalı MTU-dur). Tankda baş verə biləcək yanğının qarşısını almaq üçün hidravlik sistem yerinə elektrik sistemi yerləşdirilib. İsrailin yarımsəhra və səhraları üçün nəzərdə tutulduğundan transportasiya üçün olduqca ağırdır (65 tondan çox). Sərbəst amartizator sistemi kələ-kötür ərazilərdə və ya dərin çuxurlarda digər tanklara görə daha çox sürət və manevr etmək imkanı verir.

Tank əleyhinə ən effektli silahlardan biri olan plastik anti-tank mərmiləri ilə təchiz olunub. Belə ki, yüksək zirehdeşmə qabiliyyəti ilə yanaşı sürətlə reaksiyaya girən və 4000 C dərəcəyə qədər temperatur yaradaraq zirehi maye halına gətirən anti-tank mərmiləri Merkavanın arsenalına daxildir. Bununla yanaşı bu mərmilərin yaratdığı yüksək temperatur tank heyətini də məhv edir.

Merkava mərmi, raket və istənilən növ tank əleyhinə silahlardan maksimum dərəcədə qoruna bilən zirehə malikdir. Merkavanın zirehinə kifayət qədər karbon əlavə edilib və zireh yüksək temperatura qarşı davamlı hala gətirilib.

Merkava MK-IV

Döyüş tarixi

[redaktə | mənbəni redaktə et]

1982-ci il Livan müharibəsi

[redaktə | mənbəni redaktə et]

Merkava tankları bu müharibədə geniş istifadə olunmuşdur. Bu döyüşlərdə əsas rəqibi Suriya ordusuna aid T-62 tankları və tank əleyhinə silahlar olmuşdur (RPQ-7, Malyutka). İsrail bu müharibə ərzində, Merkavalar da daxil olmaqla, 34 tank itirdi.

İkinci İntifada

[redaktə | mənbəni redaktə et]

2002-ci ilin fevralında, Qəzzə zolağında, Netrazim şəhəri yaxınlığında, yol kənarında baş verən ağır mina partlaması nəticəsində, Merkava III tankı sıradan çıxmışdır. Partlayış nəticəsində 4 nəfər hərbçi həlak olmuşdur. Bu İkinci İntifada ərzində sıradan çıxan ilk İsrail tankı idi. İkinci İsrail tankı (Merkava II və ya Merkava III) yenə eyni ərazidə, mina partlaması nəticəsində sıradan çıxmış, 3 nəfər hərbçi həlak olmuşdur. Döyüşlər ərzində növbəti Merkava III tankı Kissufim yaxınlığında vurulmuş, 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

2006 Livan müharibəsi

[redaktə | mənbəni redaktə et]

Bu döyüşlər ərzində, 5 ədəd Merkava tankı sıradan çıxarılıb. İsrail ordusu tərəfindən döyüşlərdə istifadə olunan tankların təqribən 45%-i tank əleyhinə roketlərdən istifadə nəticəsində, zirehi zədələnmişdir. Ümumilikdə, müharibə ərzində 15 nəfər tank ekipajı həlak olmuşdur. Döyüşlərdə İsrail ordusuna qarşı, Hizbullah tərəfindən istifadə olunan TƏİR-lərə Rusiya istehsalı RPQ-29 "Vampir", "Konkurs", "Metis-M", "Kornet" roketləri aiddir. Ümumilikdə bu döyüşlər ərzində, 50 ədəd Merkava tankı zədə almış, bunlardan 8-i döyüşdə istifadə üçün yararlı olmuşdur. 21 tankın isə zirehi zədələnmişdir.

TƏİR atəşləri nəticəsində, ortalama hər tank heyətindən Yom Kippur müharibəsində 2 nəfər, 1982-ci il Livan müharibəsi ərzində 1.5, 2006-cı il Livan müharibəsi ərzində 1 nəfər həlak olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
External media
  • Joel Chasnoff, "The 188th Crybaby Brigade: A Skinny Jewish Kid from Chicago Fights Hezbollah--A Memoir", 2010
Video links