Milton Obote — Vikipediya
Milton Obote | |
---|---|
ing. Apollo Milton Obote | |
15 aprel 1966 – 25 yanvar 1971 17 dekabr 1980 – 27 iyul 1985 | |
Uqandanın 2-ci Baş Naziri | |
30 aprel 1962 – 15 aprel 1966 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Apollo Milton Opeto Obote |
Doğum tarixi | |
Doğum yeri | Apaç bölgəsi, Uqanda |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Yohannesburq, CAR |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Milton Obote (ing. Apollo Milton Obote) - Uqandanın müstəqillikdən sonrakı ilk Prezidenti (1962-1966) və Baş Naziri (1966-1971, 1980-1985). Ölkəsinin müstəqillik əldə etməsində önəmli rol oynamış, iki dəfə hərbi çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əsil adı Apollo Milton Obote olan Milton Obote 1925-ci ilin 25 dekabr tarixində Uqandada dünyaya gəlib. 1948-1949-cu illərdə paytaxt Kampala şəhərində yerləşən Makerere Kollecində təhsil aldığı zaman, siyasi fəaliyyətləri səbəbindən təhsil kompleksindən kənarlaşdırılmışdır. Dönəmin hakimiyyəti Obotenin Amerika Birləşmiş Ştatları və Almaniyada ali təhsil almağa imkan verən təqaüd proqramlarındanda istifadə etməyə mane olduqdan sonra Obote, 1950-ci ildə Keniyaya yollanmışdır.
Keniyada müxtəlif işlərdə işlədiyi dövrdə, Uqandanın azadlıq hərəkatına dəstək vermiş və Keniya Afrika İttifaqına üzv olmuşdur. 1957-ci ildə ölkəsinə qayıdaraq Uqanda Xalq Konqresi Partiyasına üzv olmuş; növbəti il parlamentdə təmsil olunmaq hüququ qazanmışdır. Uqanda Xalq Konqresi Partiyasının parçalanmasından sonra Uqanda Xalqının Birliyi təşkilatı ilə birləşərək Uqanda Xalq Partiyasını təsis etmişdir. Partiyanın əsas məqsədi, Kral II Mutesa rəhbərliyindəki Buqanda dövlətinin Uqandadakı varlığına son qoymaqdan ibarət idi.
1961-ci ildə Obote, sülh prosesinin nəticəsi kimi Buqandanın Uqanda tərkibində muxtar krallıq statusunun verilməsinə razılıq verdi. Bu məqsədlə, Uqanda və Buqandanın hakim siyasi partiyaları arasında bir ittifaq yaradılmış oldu. Buqanda ilə arasındakı münasibətlərin gərginləşdiyi il olan 1966-cı ildə Milton Obote kral II Mutesanı devirib, Buqanda hökumətini tamamilə dağıtdı. Mərkəzləşdirilmiş hakimiyyətin gücləndirilməsi və ölkənin ərazi bütövlüyünün qorunması məqsədilə 1967-ci ildə yeni ölkə konstitusiyasını qəbul etmişdir.
1960-cı illərin sonlarına yaxın hakimiyyəti get-gedə zəifləyən Obote, general-mayor İdi Aminnə bağlı hərbiçilər və Buqandalıların təşkil etdiyi hərbi qüvvə tərəfindən 1971-ci ildə devirilmişdir. Obote Sinqapurda keçirilən Millətlər Birliyinin iclasında iştirak edən zaman hakimiyyətdən kənarlaşdırıldığını və ölkədə Hərbi çevrilişin baş verməsindən xəbər tutdu. Sürgündə olduğu müddətdə, hakimiyyətinin bərpa etməsi cəhdləri nəticəsiz qalmışdır. İdi Aminin 1979-cu ildə Tanzaniyanın paytaxt Kampalaya qoşun yeritməsindən sonra sürgündən qayıtmış və II dövr üçün Uqanda Prezidenti seçilmişdir.
İkinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkədə çox partiyalı siyasi sisteminin yaradılması və demokratik islahatların keçirilməsi istiqamətində ciddi işlər görmüş, ölkə iqtisadiyyatını inkişaf etdirmişdir.Obotenin ikinci hakimiyyət dövrü 5 il davam etmişdir. 1985-ci ildə Bazilio Olara-Okello və Tito Okello rəhbərliyindəki hərbi birləşmə tərəfindən ikinci dəfə Hərbi çevriliş yolu ilə hakimiyyətdən kənarlaşdırılmışdır. Hakimiyyətini itirdikdən sonra əvvəlcə Tanzaniya, sonradan isə Zambiyaya getmişdir. Ölümündən aylar əvvəl Uqandaya geri dönməsinə icazə verilmiş Obote böyrək çatışmamazlığından 2005-ci ildə vəfat etmişdir. Uqandada təşkil edilən rəsmi mərasimlə dəfn edilmişdir.