Miryusif Mirnəsiroğlu — Vikipediya
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Miryusif Mirnəsiroğlu | |
---|---|
Miryusif Mirnəsiroğlu Manafov | |
Doğum tarixi | |
Doğum yeri | Qarasu, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Hacıqabul rayonu, Azərbaycan |
Fəaliyyəti | yazıçı, şair |
Miryusif Mirnəsiroğlu (5 mart 1938, Hacıqabul rayonu – 29 yanvar 2012) — Azərbaycan yazıçısı və şairi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Miryusif Mirnəsiroğlu 1938-ci il mart ayının 5-də Sabirabad rayonu (indiki Hacıqabul rayonu) Qarasu kəndində məşhur dindar, islamın təbliği yolunda əzab-əziyyətlərlə üzləşmiş Mirnəsirullah Ağanın ailəsində dünyaya gəlmişdir. Miryusif Mirnəsiroğlunun ilk eşitdiyi La-İlahə-İlləallah kəlməsi olmuşdur. O, ibtidai sinfi Qarasuda, səkkiz illiyi Hacıqabulda, orta təhsilini isə Bakının 132 saylı orta məktəbində başa vurmuşdur. Hələ orta məktəbdə oxuyarkən bədii qiraətçi kimi Azərbaycan Gənclərinin ilk festivalinın laureatı adını almışdır. Teatr sənətinin tilsiminə düşmüş Miryusif Mirnəsiroğlu poeziya ailəmindən ayrılmadan Sankt-Peterburq Ali Həmkarlar Akademiyasının Mədəni-maarif fakütəsinə daxil olur. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
O, bir müddət Quba Dövlət Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında işləyib. Sonra Hacıqabul rayonu Qarasu orta məktəbində müəllim, direktor, Şirvan Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, Musiqi məktəbinin direktoru, Pedaqoji məktəbinin dil-ədəbiyyat müəllimi kimi çalışmışdır.
Ailəsi
[redaktə | mənbəni redaktə et]M. Mirnəsiroğlunun 6 övladı, 16 nəvəsi, 8 nəticəsi var.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Miryusif Mirnəsiroğlu çoxsaylı teatr tamaşalarına səhnə həyatı vermiş, özü bir aktyor olaraq Vaqif ("Vaqif"), Aydın ("Aydın"), Bəhram ("Solğun çiçəklər"), Aqşin ("Oqtay Eloğlu"), Əmiraslan ağa ("Laçın yuvası"), Qatır Məmməd ("Dağlar oğlu"), Q. Qəmbəroviç ("Dövlət və məhəbbət dəlisi"), Hacı Murad ("Tamahkar"), İbrahimxəlil ("Kimyagər"), Zeynalabdin Şirvani ("Əlvida, Hindistan"), Fərhad ("Bəxtsiz cavan") və onlarla belə obrazlar yaratmışdır.
Onun yazdığı "Qatil", "Qürbət diyarda", "Dövlət və məhəbbət dəlisi", "Ataxanın xanlığı", "Dirilərkən ölmüşlər", "Süsən-sünbül", "Meşədə məhkəmə", "Tülkü tələsi", "İsgəndərin buynuzu", "Dördüncü təcavüz olmayacaq", "Müasir toy" pyesləri Azərbaycanın müxtəlif teatr səhnələrində tamaşaya qoyulmuşdur.
Miryusif Mirnəsiroğlun sözlərinə bəstəkarlardan Cavanşir Quliyevin, Bəhram Nəsibovun, Vaqif Münyatovun, Natiq Şuşalının və Xanım İsmayılqızının bəstələdiyi mahnılar müğənnilərimizin repertuarındadır. Onu Cavanşir Quliyev və Natiq Şuşalı ilə birgə yaratdıqları mahnılardan ibarət xüsusi kompakt-kasset, disk buraxılmışdır. Milli ruhda yazdığı "Vətən Balladası" şeirinə klip çəkilib. Həmçinin "Qal sənə qurban" mahnısının sözləri şairə aiddir.
Kitabları
[redaktə | mənbəni redaktə et]- "Süsən-sünbül",
- "Qürbət diyarda",
- "Bir əba qoynunda beş müqəddəsim",
- "Ya Məhəmməd, Xocalıda görüşərik",
- "Sənə güvəndiyim dağlar",
- "Pəhpəhnamə",
- "Dördüncü təcavüz olmayacaq",
- "Mən Allaha yaxınam Könül nəğmələrim",
- "Bir ömürdən səhifələr",
- "Hacıqabuldan çıxan yollar" (2 hissə),
- "Dünyadan böyük eşqim",
- "Ədəbiyyət nəğməsi",
- "Qanadlı misralar",
- "Mövlailər",
- "Sənsizlikdə səninlə",
- "Muğan övladları",
- "Allah sevgisi",
- "İlhamnamə",
- "Azərbaycan, sənin üçün"
- "Xalqın Mehribanı"
- "333 rübai"
Tədbirləri
[redaktə | mənbəni redaktə et]Şairin 70 illiyinə və sənətinin 55 illiyinə həsr olunmuş tədbirlər xalqımız tərəfidən təntənəli surətdə qeyd olunmuşdur. Hətta, Moskova şəhərində "Bakı" kinoteatrında şairin yubileyi də qeyd olunmuşdur. Tədbir Ümum-Rusiya Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunmuşdur.
Vəfatı
[redaktə | mənbəni redaktə et]Şair-dramaturq Miryusif Mirnəsiroğlu 2012-ci il yanvar ayının 29-da Hacıqabul rayonunda vəfat edib.