Mohaç döyüşü (1526) — Vikipediya

Moxaç döyüşü
Tarix 1526
Yeri Macarıstanda yerləşən moxaç ovası
Nəticəsi Osmanlı imperiyasının qalib gəlməsi
Münaqişə tərəfləri
Osmanlı imperiyası
 • Krım xanlığı

Macarıstan krallığı
Xorvatiya krallığı
Bohemiya krallığı
Müqəddəs Roma imperiyası
Bavariya
Vatikan
Polşa krallığı

Komandan(lar)

I Süleyman
Parqalı İbrahim Paşa
Bali Bəy
I Dövlət Gəray
Behram Paşa
Qazi Xüsrəv bəy

II Layoş
Pal Tomori
Qriqori Zaporiya
VII Stefan Batori

Tərəflərin qüvvəsi

55.000

  • 160 top

35.000

  • 85 top
İtkilər

1.500

14.000 - 20.000

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moxaç döyüşü (türk. Mohaç Meydan Muharebesi, mac. Mohácsi csata) — 1526-cı ilin 29 avqust tarixində Osmanlı imperiyasıMacarıstan krallığı arasında Macarıstan ərazisində yerləşən Moxaç ovasında baş vermiş döyüş. Moxaç döyüşü nəticəsində Macarıstan ərazisinin böyük bir qismi Osmanlı imperiyasının nəzarəti altına keçmişdir. Döyüşdə Osmanlı ordusu səhra toplarından geniş şəkildə istifadə etmişdir. Sultan Süleyman Qanuninin əmri ilə qısa zamanda hazırlanan toplar macarların ağır suvari birliklərini sıradan çıxartmağa hesablanmışdı. Macarlar şiddətli top atəşini gözləmdiklərindən bir çox birlik açıq əraziyə çıxmış və böyük bir qismi ağır geyimli suvarilərindən təşkil olunmuş dəstələr 2 saat davam edən döyüşün sonunda məhv olmuşdur. Osmanlı imperiyasının bu döyüşdə düşməninə nisbətən az sayda döyüşçüsünü itirməsi və döyüşü ən qısa zamanda başa vurmasının əsas səbəbi səhra toplarından peşəkar formada istifadə olunması idi. Macarıstan krallığının kralı II Layoş döyüş meydanından qacarkən, bataqlıqda bataraq ölmüşdür.

Döyüşün səbəbləri

[redaktə | mənbəni redaktə et]

Döyüş Habsburqlarla münasibətlərini yaxşılaşdıran Macarıstan krallığının Osmanlı imperiyası tərəfindən təklif olunan şərtlərə əməl etməməsi və tabe olmaqdan imtina etməsindən sonra başlamışdır. Osmanlı imperiyası 1351-ci ildə Rumeli ərazisini fəth etdikdən sonra Macarlar Katolik dünyasına rəhbərlik edən əsas xalqlardan hesab olunurdu. Tərəflər arasında döyüşlər hələ XIV əsrin sonlarına yaxın başlamışdır. Kiçik ölçüdə olan bu döyüşlərin bir çoxunda Osmanlı imperiyası qalib gəldi. Belqrad Macarıstan krallığının ən önəmli şəhərlərindən biri idi. Bu şəhər hündür qala divarları ilə əhatə olunmuşdu və qalanın daxilində yüksək təminatlı silahlı birliklər saxlanılırdı.

1440 və 1456-cı illərdə Belqrad şəhəri Osmanlı imperiyası tərəfindən mühasirəyə alınsada qala divarlarını aşmaq mümkün olmamışdır. Yalnız 1521-ci ildə baş vermiş Belqrad yürüşü zamanı şəhər Osmanlı imperiyası tərəfindən fəth edilmişdir. Belqrad kimi mühüm strateji əhəmiyyət malik şəhərin itirilməsi Macarıstan krallığını sarsıtdı, ancaq tərəflər arasında döyüşlər hələ də davam etməkdə idi. Bəylərbəyi Bali Bəy Sultan Süleyman Qanuniyə Drava və Seva çayları arasında yerləşən Macarıstan krallığına məxsus ərazilərin fəth edilməsini təklif etmişdir. Sultan Süleyman Qanuninin Macarıstan krallığı ilə müharibəyə başlamsında Almaniya kralı V KarlFransa kralı I Fransisk arasında yaşanan mübarizənində müəyyən qədər rolu vardır.

I Fransisk Pavla yaxınlığında V Karla məğlub olaraq əsir düşmüşdür. I Fransiskin anası Luis de Savor İstanbul şəhərinə elçi heyəti göndərərək və oğlunun əsirlikdən azad edilməsi üçün Sultan Süleyman Qanunidən kömək istədi. Sultan Süleyman Qanuni V Karlı zəiflətmək üçün təklifi qəbul etmişdir. Valaxiya və Boqdan knyazlıqlarıda Osmanlı imperiyasının Fransa kralına kömək etməsi əvəzində Macarıstan krallığının tərəfinə keçmişdir.

Hazırlıqların başlanması

[redaktə | mənbəni redaktə et]
Osmanlı imperiyasının Macarıstan ərazisində genişlənməsi (1683)
Moxaç döyüşünün təsvir olunduğu Osmanlı miniatürü
Sultan Süleyman Qanuni Moxaç düzündə, döyüş meydanında.
Moxaç döyüşünün baş verdiyi yerdə yerləşən xatirə parkı

Sultan Süleyman Qanuni 10 mart, 1526-cı ildə Rumelidə yerləşən ordu başçılarından Bəhram Paşaya, Bosniya bəylərbəyinə və Krım xanına səfərə hazırlaşmaq barədə göstəriş verdi. Səfərdə Suriya və Misir əyalətlərində yerləşən əsəgərlərində iştirak etməsinə icazə verildi. Sultan Süleyman Qanuni 23 aprel 1526-cı ildə Topqapı sarayından yola çıxdı. Qanuninin ordusunda 50–60 min nəfərlik ordu və 300 səhra topu vardı. Rumeli bəylərinin hərbi birləşmələri yol boyu Qanuninin ordusuna qoşulurdular, bu şəkildə orduda olan əsgərlərin sayı sürətlə artırdı. Belqrad şəhərinə gedən yolun üzərində yerləşən Petervaradin, Ujlak və Eszek qalaları fəth edildi.

Eszek qalası fəth edilərəkən qoşuna əsas məqsədin Budin şəhərini fəth etmək olduğu barədə məlumat verildi. Qoşun drava çayını keçərək Moxaç ovasına yaxınlaşdı. Macar və digər müttəfiq ordular Osmanlı ordusunu Moxaç ovasında gözləyirdi. Burada Macar ordusu tərəfindən hərbi düşərgə salınmış və döyüşə başlamaq üçün son hazırlıq işləri görülməkdə idi. Macar odusuna Macarıstan kralı II Layoş rəhbərlik edirdi. II Layoş Erdel voyvodası Yanos Szapolyaya öz qoşunu ilə birlikdə dəstək olmasını istədi. Ancaq iddialara əsasən Yanos Szapolya 30 minlik qoşunla yola çıxmış, lakin Osmanlı ordusuna qarşı döyüşməyin mənasız olması səbəbidən qoşununu Erdelə doğru geri çəkmişdir.

Digər bir iddiaya görə Yanos Szapolya kral II Layoşa aralarında olan mənfi münasibətlər səbəbindən köməklik etməmişdir. İki saat davam etmiş Moxaç döyüşü nəticəsində Macarıstan krallığı ağır şəkildə məğlub oldu və kral II Layoş öldü. Vatikan bu döyüşə qədər Osmanlı imperiyasına qarşı mübarizə apara biləcək tək güc kimi Macarıstan krallığını görürdü. Döyüşdən sonra Vatikanda Osmanlı ordusunun Vatikana qədər irəliləmək ehtimalının olması dövrünün Roma Papasında böyük təşviş yaratmışdır. Moxaç döyüşü Osmanlı ordusunun ən qısa zamanda böyük zəfər qazandığı ilk döyüşdür. Beləliklə ikinci Vyana yürüşünə qədər Mərkəzi AvropaBalkan yarımadası Osmanlı imperiyasının nəzarəti altına qalmışdır.

Döyüşün başlanması

[redaktə | mənbəni redaktə et]

Macar ordusu, Osmanlı ordusunu Moxaç ovasında qarşılamağa hazırlaşırdı. Macarların son tamamlama işlərini aparmaqları üçün cəmi bir neçə gün vaxtları qalmışdı. Macar qoşunununa kral II Layoş və hərbi başçı Nodor Bathory rəhbərlik edirdi. Erdal voyvodasın Yanos Zapolya tərəfindən göndəriləcək, 30 minlik qoşunla birlikdə, macarlar say baxımından osmanlı qoşununu üstələyirdi. Ancaq vəd oldunduğu kimi 30 minlik qoşun gəlmədi və kral II Layoş Osmanlı ordusunun qarşısına kiçik müttəfiqləri ilə çıxmalı oldu. Sultan Süleyman Qanuni ətraf ərazilərə göndərdiyi akıncılarla, Macar ordusunun mümkün hərbi yardım almasının qarşısını kəsdi. Osmanlı ordusu 1526-cı ilin 28 avqust tarixində Moxaç ovasına gəldi.

Döyüşdən əvvəl Sultan Süleyman Qanuni, Parqalı İbrahim Paşa, Bali Bəy və Bəhram Paşanın iştirakı ilə döyüş divanı toplandı. Divanda iştirak edənlər arasında olan Malqoçoğlu Bali Bəy zəncirlərlə birbirlərinə bağlanmış Macar süvari birlikləri ilə açıq döyüşə girməyin təhlükəli olduğunu bildirdi. O, bunun əvəzində düşmənə yan və arxa tərəflərdən hücum etməyi təklif etdi. Qısa müzakirədən sonra təklif qəbul olundu. Macar ordusunun döyüş taktikasına əsasən ordu iki mərkəzi hissəyə ayrılmalı idi. Birinci mərkəz sol və sağ cinahlarda yerləşdirildi. İkinci mərkəz isə öz aralırında dörd yerə bölünüb, düşmənə müxtəlif istiqamətlərdən hücum etməli idi. II Layoş Osmanlı ordusunun ikinci mərkəzinin yerləşdiyi ərazinin qarşı tərəfində dayanmışdı.

Mohaç döyüşündə ölən gənç Macaristan Kralı II Layoş

29 avqust tarixində II Layoş döyüşə başlamaq barədə əmr verdi. Moxaç ovasının yerləşdiyi ərazinin bir tərəfi bataqlıq digər tərəfi isə təpəlik ərazidən ibarətdir. Bali Bəy tərəfindən təklif olunan plana əsasən Osmanlı əsgərləri arxa — arxaya üç çərgədə düzülmüşdü. Birinci cərgədə Parqalı İbrahim Paşa rəhbərliyində Rumelidən olan əsgərlər, ikinci cərgədə Bəhram Paşa rəhbərliyində Anadoludan olan əsgərlər, üçünçü cərgədə isə Yeniçərilərin başçısı yerləşirdi. Döyüşün planına əsasən macarların birinci hücuma keçməsi gözlənəcəkdi. Macar qoşunu müqavimət ilə qarşılaşmadıqda Osmanlı qoşununu üzərinə doğru hücum edəcək, Osmanlı qoşunu isə sol və sağ cinahlara doğru cəkiləcəkdi.

Bundan sonra isə macarlar Osmanlının topları ilə qarşı-qarşıya qalacaqdılar. Döyüş macarların hücumu ilə başladı. Rumelidən olan və Parqalı İbrahim Paşanın rəhbərliyi altında döyüşən birlik bir müddət döyüşdükdən sonra qeri çəkilməyə, düşməni öz arxasınca aparmağa başladı. Bali Bəy tabeliyində olan akıncı birliyi düşmənin geri çəkilmək üçün mümkün yollarını bağladı, beləliklə macar birlikləri mühasirəyə düşdülər. Anadolu birliklərinin üzərinə hücum etməkdə olan II Layoşun əsas birliklərindən biridə mühasirəyə düşdü. Macar qoşunu Osmanlı toplarının qarşısına gətirilmişdi. Ani əmrdə sonra 300 top eyni vaxtda atəş açmağa başladı. Macar ordusu bir neçə dəqiqənin ərzində dağılmağa başladı.

II Layoş Osmanlı birliklərinə əsir düşməmək üçün şəxsi mühafizəsi ilə birlikdə döyüş meydanından qaçmaq istəyərkən, Qarasu bataqlığında bataraq öldü. Döyüş meydanında altı gün istirahət edən Osmanlı birlikləri Macarıstan krallığının paytaxtı Budin şəhərinə doğru hərəkət etməyə başladı. Başda kralica Maria olmaqla kübar cəmiyyətin bütün üzvüləri və orta təbəqə şəhəri tərk etmişdi. Şəhərdə yalnız Yəhudilər qalmışdılar. Şəhərdə yaşayan yahudi icmasının rəhbəri Salamon Budin yaxınlığında yerləşən Foedvard kəndində şəhər açarlarını Sultan Süleyman Qanuniyə təqdim etdi.

  • Stavrianos, L. S. Balkans Since 1453, C. Hurst & Co. Publishers, 2000.
  • Stephen Turnbull, The Ottoman Empire 1326–1699, Osprey Publishing, 2003.
  • Molnár, Miklós, A Concise History of Hungary, Cambridge University Press, 2001.
  • Nicolle, David, Hungary and the fall of Eastern Europe, 1000–1568, Osprey Publishing, 1988.
  • Lord Kinross, The Ottoman Centuries: The Rise and Fall of the Turkish Empire (1977) ISBN 0-688-08093-6
  • History Foundation, Improvement of Balkan History Textbooks Project Reports (2001) ISBN 975-7306-91-6
  • Minahan, James B. One Europe, many nations: a historical dictionary of European national groups, Greenwood Press, 2000.
  • Palffy, Geza. The Kingdom of Hungary and the Habsburg Monarchy in the Sixteenth Century (East European Monographs, distributed by Columbia University Press, 2010)