Murad Cabbarlı — Vikipediya
Murad Cabbarlı | |
---|---|
21 aprel 2010 – 23 may 2011 | |
Əvvəlki | Nazim İbrahimov |
Sonrakı | Elxan Usubov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1960 (64 yaş) |
Doğum yeri |
Murad Cabbarlı (5 may 1960, Bakı) – Şəki Şəhər İcra Hakimiyyətinin başçısı (2010–2011-ci illər).
Həyatı
[redaktə | mənbəni redaktə et]Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı il may ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə A. Qarayev adına Uşaq Kliniki Xəstəxanasında başlayıb. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini elmi kommunizm ixtisası üzrə bitirib. Fəlsəfə elmləri namizədidir.
1983–1991-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, 1991–1992-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində işləmişdir. 1992–1994-cü illərdə Moskva şəhərində "Soyuzvneştorq" istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994–1996-cı illərdə "Neftemaşimpeks" SC-də kommersiya işləri üzrə direktor, 1996–1998-ci illərdə "Texnotsentr-5" MMC-nin direktor müavini vəzifələrində çalışmışdır. 1998–2000-ci illərdə Bakı şəhərində "Şəms-R" elm-istehsalat şirkətində baş direktorun müavini, 2000–2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, həmçinin
2002–2006-cı illərdə əvəzçilik qaydasında "Savalan" ATSC idarə heyətinin sədri, 2006–2008-ci illərdə "ADA-Mülkiyyət" MMC-nin direktoru vəzifəsində işləmişdir. 2008-ci ildə "Şəki Aqro İndastris" MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008–2010-cu illərdə "Şəki Kərpic" MMC-nin direktoru vəzifəsində çalışmışdır. 2010-cu il aprel ayının 21-dən 2011-ci il may ayının 23-dək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir, bir övladı var.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Şəki Şəhər İcra Hakimiyyəti Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine