Nəsil artırma — Vikipediya
Nəsil artırma — bütün canlı orqanizmlərə xas olan özünə oxşarların təbii-təkrarı, həyat ardıcıllığı və fasiləsizliyini təmin edən xüsusiyyətdir. Nəsil artırmanın müxtəlif üsulları iki əsas bölgü təşkil edir: qeyri-cinsi və cinsi. Hüceyrəvi quruluşu olan orqanizmlərin nəsil artırmasının əsasında, üsullardan asılı olmayaraq, hüceyrənin bölünməsi dayanır.
Qeyri-cinsi nəsil artırma
[redaktə | mənbəni redaktə et]Qeyri-cinsi nəsil artırma - nəsil artırmanın elə bir növüdür ki, növbəti nəsil onun özündə olan somatik hüceyrələrdən reproduktiv hüceyrələrin (qametlərin) iştirakı olmadan inkişaf edir.
Qeyri-cinsi nəsil artırma ən qədim və ən sadə nəsil artırma üsuludur və birhüceyrəli orqanizmlər arasında geniş yayılmışdır (bakteriyalar, аmöb, infuzorlar, göy-yaşıl yosunlar). Birhüceyrəli orqanizmlərin ən geniş yayılan çoxalma üsulu iki hissəyə bölünməklə iki ayrı-ayrı fərdlərin yaranmasıdır.
Çoxhüceyrəli orqanizmlərin arasında demək olar ki, bütün bitki və göbələklər qeyri-cinsi nəsil artırma qabiliyyətinə malikdirlər. Bu orqanizmlərin qeyri-cinsi artırma vegetativ üsulla və ya mikrosporlar vasitəsi ilə baş verir.
Buna misal olaraq bitki gülünü göstərmək olar, bu bitki gülü özünəməxsus funksiyası olan dörd hissədən təşkil tapmışdır:
- 1. Kasacıq (Kasa yarpaq) – bu gülün qönçəsini geyindirmiş yaşıl yarpaqcıqlardır.
- 2. Tac – yəni gülün ləçəkləri.
- 3. Gülün mərkəzi (toz kisəsi və ya qoxu kiusəsi). Gülün içərisində zərif bayraqlar şəklində erkəkcik telləri müşahidə olunurlar. Erkəkcik tellərinin üzərində sarı və kiçik çıxıntılar vardır ki, ona erkəkcik deyilir. Erkəkciyin içərisində çox kiçik bir kisə vardır ki, tozcuq dənəcikləri(mikrosporlar) bu kisənin içərisindədir. Tozluq kisəsindəki tozcuq dənəciklərini sporlar (rüşeym) adlandırırlar və sporlar dişi hissəyə daxil olması nəticəsində gül toxumu əmələ gəlir.
- 4. Toxumluq və ya dişicik: Gülün bu hissəsi gülün tam mərkəzində yerləşir. Toxumluğun yuxarı hissəsində xüsusi bir çıxıntı vardır ki, dişicik ağzı adlanır. Dişicik ağzının səthi yapışqanlı maye (nektar) ilə doludur. Bu yapışqanlı mayenin funksiyası erkək dənəcikləri cəzb etmək, qorumaq və onların inkişaf edib böyüməsinə kömək etməkdir.
Bitkilərin mayalanma prosesi belə baş verir: Küləyin əsməsi nəticəsində tozluq kisələrini öz üzərində saxlayan nazik erkəkcik telləri hərəkət etməyə başlayır. Açılmış tozluq kisələri tozcuq dənəciklərini (sporları) aşağısı geniş olan dişiciyin üzərinə səpir. Tozcuq dənəcikləri dişicik ağzından keçdikdən sonra gülün toxumluğunda dişi yumurtacıqlara qarışıb gül toxumunu əmələ gətirir[1].
Cinsi nəsil artırma
[redaktə | mənbəni redaktə et]Cinsi nəsil artırma - cinsi prosesi (hüceyrələrin birləşməsi), həmçinin, iki biri-birini tamamlayan cinsi kateqoriyaların (dişi və erkək hüceyrələrin) mövcudluğu faktı ilə bağlıdır. Cinsi nəsil artırma zamanı qametlər (cinsi hüceyrələr) əmələ gəlir. Genetikada mayalanmağa qabil cinsi hüceyrələrə qamet, dişi və erkək hüceyrələrindən (qametlərdən) mayalanmış yumurtaya ziqota deyilir[2]. Ziqotadan, müəyyən vaxtdan sonra, hər iki valideynin genetik informasiyasını özündə daşıyan orqanizm əmələ gəlir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bitki aləmi". 2014-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-31.
- ↑ M.Axundov. İnsan genetikasına səyahət. Bakı: Azərnəşr, 1975, səh. 44