Narmer — Vikipediya

Narmer
Doğum tarixi e. ə. XXXII əsr
Vəfat tarixi e.ə. 3125
Fəaliyyəti suveren[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Narmer (e. ə. XXXII əsre.ə. 3125) — e.ə. 3100-cü illərdə hökm sürmüş və bir çox alim tərəfindən Misirdəki ilk sülaləni qurmuş olan firon olaraq adlandırılır. Keçmişdə Ka-nın (Əqrəb Kralın) vəliəhdi olaraq taxta çıxıb, AşağıYuxarı Misiri birləşdirən firon olaraq tanınmaqda olan Narmerin son vaxtlarda kəşf edilən tapıntılar ilə Əqrəb Kralla eyni adam ola bilmə ehtimalı güclənməkdədir.

1898-ci ildə Hierakonpolda tapılan məşhur Narmer tabletlərində Aşağı və Yuxarı Misirin birləşməsndən bəhs edən Narmerin bu tabletlər sayəsində Misirin ilk fironu ola biləcəyi düşünülür, ancaq ənənəvi tarixçilərin keçərli saydığı Manethonun firon siyahısında sözügedən birləşdirici firondan Menes olaraq bəhs edilir. Bu çərçivədə Misirin ilk fironu məsələsi, hələ də tarixarxeologiya dünyasında mübahisələrin davam etdiyi bir mövzu olaraq gündəmdə qalmağa davam etmişdir.

Narmer tabletlərinin ön və arxa üzləri

Bu dövrə aid arxeoloji məlumatların çox dəqiq olmaması səbəbilə, bəzi elm adamları Manethonun siyahısında yer alan Menes ilə Narmerin görünüş bənzərliyi səbəbi ilə eyni şəxs olduğunu önə sürərkən, bəzi elm adamları ilə Narmerin oğlu və vəliəhdi olan Hor-Aha ilə Menesin eyni adam olduğunu önə sürmüşdür.

Ortaya atılan başqa bir teoremə görə isə, Narmerin Misiri əsl olaraq birləşdirən və Əqrəb Kral olaraq adlandırılan bir Yuxarı Misir fironunun yerinə təcili olaraq taxta keçmək məcburiyyətində olan vəliəhdi olduğu önə sürülmüş, və Misirin birləşdirilməsi qələbəsinin bu təcili dəyişiklik səbəbilə Narmerə ithaf edildiyi iddia edilmişdir.

Yaxın zamanda Den's ve Qa'a's məzarlarında tapılan fironlar siyahısında, Narmerdən Aşağı və Yuxarı misirin birləşdiricisi olaraq bəhs edilərkən, Hor-Ahanın onun yerinə taxta keçdiyindən bəhs edilmiş, fəqət Menesə aid heç bir qeydə rast gəlinməmişdir.

Yoldaşı Neiphotep A ilə 2 oğlu olan Narmerin ilk oğlu Hor-Aha; Narmerdən sonra taxta keçmiş, ondan sonra isə taxta kiçik oğlu Djer keçmişdir.Abidosun Umm el Ga'ab, bölgəsindəki krallar qəbirstanlığında iki otaq (B17 və B18) şəklində kəşf edilə Narmerin məzarı, özündən öncə hökm sürdüyünə inanılan Kanın məzarı yaxınında tapılmışdır.

1994-cü ilin baharında İsraildəki Nahal Tillah qazıntısı əsnasında tapılan keramika bir parça üzərində 1898-ci ildə tapılan Nahmer tabletlərindəki firon simvolunun eynisinə rast gəlmiş, daha sonra edilən tarixləndirmə və mineral testləri nəhayətində və mineral testləri nəticəsində sözügedən keramika parçasının beş min il öncə İsrailə Misirdən gətirilmiş olan bi şərab qrafına aid olduğu müəyyən olunmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]