Ob (çay, Rusiya) — Vikipediya
Ob çayı | |
---|---|
| |
Ölkə | Rusiya |
Mənbəyi | Biya ilə Katun |
• Yüksəkliyi | 160 m |
Mənsəbi | Ob estuarisi |
• Yüksəkliyi | 0,8 m |
Uzunluğu | 3650 km |
Su sərfi | 12.492 m³/s |
Hövzəsinin sahəsi | 2990000 km² |
| |
DSR[rus.] | 14010100112115300000010, 13010500112115200000019 13010200312115200000019, 14010100112115300000010, 13010500112115200000019 |
Vikianbarda əlaqəli mediafayllar |
Ob çayı və ya Divanu Luğati-t-Türkə görə Yamar çayı[1] (tatar. Ümər, Үмәр) — Qərbi Sibir ərazisindən axan çay. Altay dağlarında formalaşan çay. Çay Biya ilə Katun çaylarının birləşməsindən əmələ gəlir. Ob çayının uzunluğu 3650 km təşkil edir. Su toplayıcı sahəsi 2 990 000 km²-dir. Mənsəbdə Ob estuarisini əmələ gətirərək Kara dənizinə tökülür.
Tarixi və etimologiyası
[redaktə | mənbəni redaktə et]Nenlər çayın aşağı axarlarında yaşayırlar. Onlar çayı Salya-yam adlandırırlar ki, buda "burun çayı" adlanır. Xantılar və mansilər ona Аs adını vermişlər. Bu isə tərcümədə "böyük çay" anlamını verir. Selkunlar çayı Kvay, Eme, Kuay olaraq adlanır ki, bu da "iri çay" mənasındadır. Altaylılar Ob adlandırır. Ruslar çayla hələ Ural dağlarınl keçərkən tanış olmuşdular. Yermakın Sibiri ələ keçirməmişdən öncə Ob çayının axarı boyunca ərazilər Obdorski diyarı adlanırdı. Belə bir fikirdə vardır ki, skif-sarmat məşhəlli söz olub *ap yəni "su" mənasını (tac. Об) verir. Bu adı hələ tunc dövrünsə Qərbi Sibir ərazisində yaşamış irandilli xalqlar qoymuşdur[2].
1844-cü ildə çayda paraxod istifadəyə verilmişdir. İlk paraxodu istismar edən kommersiya məsləhıtçisi N. F. Myasnikov olmuşdur[3]. 1895-ci ildə paraxodların sayı 20-yə çatır. Bu paraxodlar qollarada da hərəkət edirdilər. Onların çoxu xüsusi mülkiyyətçilərin idi[3]. 1923-cü ildə yük və sərnişinləri Qərbi-Sibir çay nəqliyyatı adlı qurum daşıyırdı[4].
Qidalanması
[redaktə | mənbəni redaktə et]Çayın qidalanmasında əsasən qar suları böyük rol oynayır. İllik su axınının böyük hissəsi yaz-yay gursululuq dövrünə düşür. Yuxarı axarlarda gursululuq aprelin əvvəli, orta axarlarda aprelin ortaları, aşağı axarlarda isə aprelin sonu mayın əvvəlinə düşür. Aşağı axarların buzdan geç azad olması bi çox hallarda su basmalsrına gətirib çıxarır. Ortalama ilin 180–220 gününü buzun altlnda olur. Bu qışın nə qədər sərt keçməsindən asılıdır[5].
Hövzəsi
[redaktə | mənbəni redaktə et]Ob çayının hövzəsi 2 990 000 km² təşkil edir. Bu səbəbdən hövzəsinə görə Rusiyada birinci çaydır. Su həcminə görə Yenisey və Lena çaylarından sonra üçüncüdür.
Obun cənub hissəsində Novosibir su anbarı yerləşir. İnşası 1950–1961-ci illərdə həyata keçirilmiş su anbarının doldurulması zamanı bir çox kəndlər və Betdsk şəhərinin bir hissəsi su altında qalmışdır.
XIX əsrin sonunda Ob-Yenisey kanalı inşa edilmişdir. Bu kanal sayəsində ili çay birləşir və paraxodla uzun məsafələr qısalırdı. Hazırda bu kanal atılmış vəziyyətdədir
Qolları
[redaktə | mənbəni redaktə et]Obun əsas qolu İrtışdır. Monqolustan və Çin sərhədlərindən başlayaraq obla birlikdı Kara dənizinə tökülür. Ümumi uzunluqları 4248 km təşkil edir..
Digər əhəmiyyətli qolları:
- sol — Pesçannaya çayı, Anuy çayı, Çarış, Aley çayı, Barnaulka, Kasmala çayı, Şeqarks çayı, Çaya, Parabel çayı, Basyuqan, Böyük Yuqan, Şimali Sosva, Şuçya, Sınya;
- sağ — Çumış, Berd çayı, İnya çayı, Tom çayı, Çulım çayı, Ket, Tım, Kiyevski Yoqan, Vax çayı, Vatinski Yoqan, Tromeqam, Pim çayı, Lyamin çayı, Kazım çayı, Poluy çayı.
Ob sahilində olan şəhərlər
[redaktə | mənbəni redaktə et]- Biyask
- Barnaul
- Novoaltaysk
- Kamen-na-Obi
- Novosibirsk
- Kolpaşevo
- Strjevoy (Pasol qolu üzərində)
- Nijevartovsk
- Meqion
- Langepas (Kayukovskaya qolu üzərində)
- Surqut
- Nefteyuqansk
- Labıtnanqi
- Salexard
Ob-İrtış hpvzəsində yerləşın limanlar: Biya çau limanı, Barnaul çay limanı, Novosibirsk, Tomsk, Samus, Nijnevartovsk, Surqut, Labıtnanqi, Pavlodar, Omsk, Tobolsk, Tümen, Xantı-Masiysk.
Körpüləri
[redaktə | mənbəni redaktə et]Mənsəbdən mənbəyə olan körpülər:
- Yaqorski körpüsü (Surqut;
- dəmiryol körpüsü (Surqut);
- Şeqarski körpüsü (Melnokovo kəndi, Tomsk vilayəti);
- Şimal körpüsü (Novosibir vilayəti (2008))[6];
- Dmitrovski körüsü;
- Birinci dəmiryolu körpüsü;
- Kommunalnı körpüsü;
- Novovosibir metro körpüsü;
- Burqinski körpüsü;
- Komsomol dəmiryol körpüsü;
- Novosibir bəndi üzərindən olan körpü;
- Kamen-na-Obidə dəmiryol körpüsü;
- Kommunalnı körpüsü (avto, dəmiryol.) Barnaul;
- Yeni Barnaul körpüsü.
Yeni körpünün tikilməsi planlaşdırılsada maliyyə çatışmazlığı səbəbindən icra edilmir. Bu körpü Tomks vilayəti ərazisindən keçəcək Şimal en magistralı üzərində olmalıdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Обской нахлыст. Книга известного Новосибирского рыболова Сергея Шаталова Arxivləşdirilib 2009-05-01 at the Wayback Machine
- Кириллов В. В., Безматерных Д. М., Яныгина Л. В., Третьякова Е. И., Кириллова Т. В. Котовщиков А. В., Ермолаева Н. И. Факторы и показатели самоочищения реки Оби // Фундаментальные проблемы воды и водных ресурсов: Матер. III всерос. конф. с междунар. участием (Барнаул, 24–28 августа 2010 г.). — Барнаул: Изд-во АРТ, 2010. — С. 137–140.
- Расход воды у Салехарда за 1930–1999
- Лоция реки Обь Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dīwān Lughāt al-Turk, يَمارْ — Jamar (Обь)
- ↑ Матвеев А. К. Географические названия Урала: Топонимический словарь. — Екатеринбург: Сократ, 2008. — С. 198. — 352 с. — ISBN 978-5-88664-299-5.
- ↑ 1 2 Долгоруков В. А. Путеводитель по всей Сибири и Средне-Азиатским владениям России. Год третий. — Томск: Паровая типолитография П. И. Маркушина, 1896. — 466 с.
- ↑ "Официальный сайт ОАО «Западно-Сибирское речное пароходство»". 2013-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
- ↑ "Rusiyanın böyük çayları" (PDF). 2014-02-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-10.
- ↑ Северный мост Arxivləşdirilib 2020-08-09 at the Wayback Machine НГС.НОВОСТИ