Om Şanti Om (film, 2007) — Vikipediya

Om Şanti Om
hind. ओं शान्ति ऒं
ing. Om Shanti Om
Janr döyüş
komediya
dram
Rejissor Fərəh Xan
Prodüser Qauri Xan
Ssenari müəllifləri Fərəh Xan
Müştaq Şeyx
Mayur Puri
Baş rollarda Şahrux Xan
Dipika Padukone
Operator V. Manikandan
Geyim rəssamı Karan Cohar
İstehsalçılar Warner Bros., Warner Bros. Pictures[d]
Distribütor Netflix, Warner Bros., Warner Bros. Pictures[d]
İlk baxış tarixi 9 noyabr 2007
Filmin digər adı Bir ömür az olanda
Filmin növü bədii film
Müddət 162 dəqiqə
Ölkə Hindistan Hindistan
Dil hind dili
İl 2007
Rəng rəngli
IMDb ID1024943

"Om Şanti Om" (hind. ओं शान्ति ऒं) — rejissor Fərəh Xanın filmi.

Filmdəki hadisələr 30 il əvvəldən başlayır və 70-ci illərin Bombeyi təsvir olunur. Om Prakaş Mahica və onun dostu Pappu sənətə yeni başlayan aktyorlardır. Rejissorlar onlara deyiləcək çox sözü olmayan kiçik və epizodik rollar verirlər. Baş qəhrəman belə hesab edir ki, onun şöhrət qazanmaq üçün möhtəşəm soyadı yoxdur. Məsələn, belə: Om Kapur! Omun anası oğlunu inandırır ki, o, nə vaxtsa böyük bir filmdə baş rol ifa edəcək...

Om Prakaş gənc kino ulduzu Şanti Priyaya aşiqdir. Filmlərdən birinin çəkilişi zamanı yanğın baş verəndə Om Şantini alovun içindən xilas edir və beləcə onlar dost olurlar. Şanti minnətdarlıq əlaməti kimi Omla görüşməyə razılıq verir. Om isə elə güman edir ki, bu görüşlər bir gün tam ciddi münasibətlərə çevriləcək. Lakin sonra Om öyrənir ki, Şanti artıq ərdədir – prodüser Mukeş Mehranın arvadıdır. Onlar uzun müddətdir ki, bu nikahı hamıdan gizlədirlər. Om təsadüfən Mukeşlə Şantinin danışığını eşidir və anlayır ki, Şanti ərindən uşaq gözləyir. Mukeşsə Şantiyə yeni filmə çəkilmək üçün hazırlaşmağını tapşırır. Axşam onlar hər ikisi filmin yeni dekorasiyalarına baxmağa gedirlər. Lakin həmin axşam faciə ilə sona çatır. Mukeş dekorasiyalar olan pavilyonu yandırır və Şantini həmin pavilyonda qoyub qapını bağlayır. Onu xilas etməyə çalışan Om buna müvəffəq olmur və Şanti ölür. Om yaralı vəziyyətdə xəstəxanaya gətirilir. Həmin axşam böyük hind aktyoru Rac Kapurun arvadı da xəstəxanaya gətirilir. Beləliklə, eyni vaxtda həm uşaq dünyaya gəlir, həm də Om Prakaş vəfat edir.

İkinci hissə, hazırkı dövrü göstərir. Artıq 30 il keçib. Rac Kapurun oğlu Om Kapur 30 yaşını qeyd edir. İstedadlı və tanınmış aktyor Om Kapur bütün arzuolunan şeyləri əldə etmişdir. Yeganə qorxusu isə alovdandır. Getdikcə o, qəribə və ona yad olan xatirələri yadına salır. Və o, özündə Om Prakaş Mahicanı hiss etməyə başlayır. Elə bu zaman onun həyatında Mukeş Mehra peyda olur. Om məhəbbəti naminə intiqam almaq qərarına gəlir bə Mukeşi böyük aktrisa Şanti Priya haqqında film çəkməyə inandırır. Şanti roluna aktrisa seçimləri elan edilir. Bu seçimlərə Om öz dostunu və qoca anasını da cəlb edir... Daha sonra əsl Şantinin ruhu Mukeşin ölümünə səbəb olur. Beləcə Om intiqam almağa müvəffəq olur.

Bu filmdə komediya və faciə, melodram və mistika eyni zamanda verilir.

Şahrux Xan Berlində filmin mətbuat konfransına gələrkən.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri : Fərəh Xan, Müştaq Şeyx, Mayur Puri
Rejissor : Fərəh Xan
Operator : V. Manikandan
Prodüserlər : Sanciv Çavla, Qauri Xan, Şahrux Xan
Bəstəkarlar : Vişal Dadlani, Şexar Ravciani
Aktyor Rol
Şahrux Xan Om Prakaş Mahica / Om Kapur
Dipika Padukone Şanti Priya / Sandi
Şreyyaz Talpeyd Pappu
Cavid Şeyx Raceş Kapur
Arcun Rampal Mukeş "Mayk" Mehra
Şəhvər Əli Şavar
Uvika Çaudhari Dolli
Kiron Kher Bela Makhica
Bindu Kamini
Satiş Şah Partho Roy
Sanciv Çavla filmin prodüseri
Akşay Kumar özü
Vişal Dadlani özü
Məleykə Arora özü
Rişi Kapur özü
Subhaş Qhayi özü
Karan Cohar özü
Amitabh Baççan özü
Abhişek Baççan özü
Ritik Roşan özü
Rani Mukherci özü
Priti Zinta özü
Zayed Xan özü
Ərbaz Xan özü
Dino Morea özü
Riteş Deşmukt özü
Aftab Şivdasani özü
Rekha özü
Şabanə Əzmi özü
Kacol özü
Priyanka Çopra özü
Şilpa Şetti özü
Lara Datta özü
Vidya Balan özü
Amrita Arora özü
Cuhi Çavla özü
Saif Əli Xan özü
Sancay Datt özü
Salman Xan özü
Dharmendra özü
Citendra özü
Tuşar Kapur özü
Mithun Çakraborti özü
Karişma Kapur özü
Tabu özü
Urmila Matondkar özü
Kanqana Ranaut özü
Sunil Şetti özü
Qovinda özü
Bobbi Deol özü
Müştaq Şeyx özü
Amişa Patel özü
Diya Mirzə özü

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]