OpenCritic — Vikipediya
OpenCritic} | |
---|---|
URL | opencritic.com |
Kommersiya | Bəli |
Tipi | Rəy toplayıcısı |
Qeydiyyat | Bəli (qeyri-məcburi) |
Dilləri | İngilis dili |
Sahibi | OpenCritic.com, LLC |
Müəllif (lər) | Metyu Entoven, Çarls Qrin, Aaron Rutlec və Riçard Triqqs[1] |
Açılma tarixi | 30 sentyabr 2015 ) |
Hazırkı statusu | Fəaliyyət göstərir |
Alexa reytinqi | ▲ 48,681 (noyabr 2017)[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Open Critic — videooyunlar üçün rəy toplayan sayt. Metyu Entoven, Çarls Qrin, Aaron Rutlec və Riçard Triqqs tərəfindən təsis edilən "OpenCritic" saytda yerləşən videooyunlar üçün populyar tənqidçilərin gözdən keçirmələrini siyahıya alır. Daha sonra sayt gözdən keçirmələrin orta qiymətini hesablayır və oyuna qiymət verir. Saytda oyunu məsləhət görən tənqidçilərin faizi və ümumsayt renkinqi kimi başqa bir neçə metriklər də mövcuddur.
Tarix
[redaktə | mənbəni redaktə et]"OpenCritic" başqa bir rəy toplayıcısı olan "Metacritic"in videooyun sənayesində yaşadığı qalmaqallardan qaçmaq üçün hazırlanmışdı. Oyunun "Metacritic" qiyməti oyunun daha çox iqtisadi performansından və istehsalçı studiyanın və nəşrçinin oyunun satışa çıxarılmasından sonra etdikləri işlərdən asılıdır. Buna baxmayaraq, "Metacritic" gözdən keçirmə qiymətlərini necə hesabladığı barədə məhdudi məlumat verir və bəzi publikasiyaları digərlərindən daha çox üstün tutur.[3]
"OpenCritic" saytının konsepsiyası "Riot Games" işçisi Metyu Entovenin rəhbərliyindəki bir komanda tərəfindən hazırlanmışdı. Saytın əsas fəlsəfəsi rəy toplamağın təbiətini daha açıq və aydın edərək "Metacritic"in problemlərindən qaçınmaq idi. Onlar həmçinin qiymətlərə daha insani elementlər əlavə etmək istəyirdilər. Məsələn, gözdən keçirmələr müəllifin adının verilməsi ilə nümayiş etdirilir.[4]
Saytın istehsal prosesinə 2014-cü ildə start verilmişdir və 30 sentyabr 2015-ci ildə fəaliyyətə başlamışdır.[5] Fəaliyyətə başladığı ilk dövrlərdə sayt təxminən 75 fərqli mənbədən gözdən keçirmələri siyahıya alırdı.[6] Saytın videooyun siyahısı köhnə oyunları ehtiva etmir. Saytın bütün xüsusiyyətlərini daşımaq üçün onlar Nintendo 3DS və PlayStation Vita platformalarındakı videooyunları öz siyahılarına əlavə etməmək qərarını almışdılar, çünki həmin platformalarda qeympleyin videosunu və skrinşotunu çəkmək qeyri-mümkündür.[7] Buna baxmayaraq, onlar daha sonra bu qərarı ləğv edib həmin iki platforma üçün satışa çıxarılan videooyunların gözdən keçirmələrini də siyahılarına əlavə ediblər.[8] İstehsalçılar öz videooyunlarının təsdiqlənməsi üçün sayta təqdim edə bilərlər. Digər gözdən keçirmə mənbələri də təsdiqlənmələri üçün özlərini sayta təqdim edə bilərlər. "OpenCritic" saytında fərdi publikasiyalar və tənqidçilər üçün də səhifələr mövcuddur. Sayt ilkin dövrlərdə fəaliyyətini reklamsız davam etdirirdi və "Patreon" dəstəyindən istifadə edirdi, ancaq daha sonralar reklam gəliri modelinə keçmişdir.[9]
9 oktyabr 2017-ci ildə "OpenCritic" öz rəsmi "Twitter" hesabında lutboks sisteminə qarşı tədbir görəcəklərini açıqlamışdır. Onlar oyunun biznes modeli məlumatlarını da sayta yerləşdirmək istədiklərini açıqlamışdılar.[10]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lik, Conatan. "OpenCritic's Gamer-Centric Style Is Everything Metacritic Should Have Been". Game Revolution. CraveOnline. 25 sentyabr 2015. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2018.
- ↑ "opencritic.com Traffic Statistics". Alexa. Amazon. November 29, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 12, 2017.
- ↑ Brimbaum, Ayan. "OpenCritic review aggregator launches as a Metacritic alternative". PC Gamer. Future plc. 1 oktyabr 2015. 2015-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2018.
- ↑ Makdonald, Baz. "OpenCritic to battle Metacritic with transparent systems, user customisation". Gameplanet. 1 oktyabr 2015. 2015-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2018. (#invalid_param_val)
- ↑ Vavro, Aleks. "Metacritic has a new challenger: OpenCritic". Gamasutra. UBM plc. 1 oktyabr 2015. 2015-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2018.
- ↑ Səid, Şərif. "OpenCritic is a games-only Metacritic rival that aims to change the way we look at review scores". VG247. 1 oktyabr 2015. 2015-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2018.
- ↑ "OpenCritic - FAQ". OpenCritic. 1 oktyabr 2015. 2015-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2018.
- ↑ Elias, Az. "OpenCritic Rolls Out Individual Critic Pages". Cubed3. 7 yanvar 2016. 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2018.
- ↑ Vanderuall, Coşua. "OpenCritic is Tailor Made for Every Gamer". The Escapist. Defy Media. 18 mart 2016. 2016-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2018.
- ↑ Maçkoviç, Sem. "Loot boxes in video games will soon get a review flag from OpenCritic". Ars Technica. Condé Nast. 9 oktyabr 2017. 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2018.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- opencritic.com — "OpenCritic"in rəsmi saytı